Abiy Əhməd Əli Səngəçal neft terminalında olub


Siyasət 27 Fev 2026 17:41:00 277 0

Abiy Əhməd Əli Səngəçal neft terminalında olub

Azərbaycanda rəsmi səfərdə olan Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli Səngəçal neft terminalında olub.

Son.az xəbər verir ki, terminalla tanışlıq Xəzər regionunda bənzərsizliyi ilə seçilən Xəzər Enerji Mərkəzindən başlanıb.

Məlumat verilib ki, Azərbaycanın neft-qaz sənayesinin tarixini dolğun əks etdirən bu mərkəz ölkəmizin dünya neft və qaz sənayesindəki rolunu geniş təbliğ edir.

Mərkəz 2005-ci ildə yüksəksəviyyəli rəsmi qonaqların iştirakı ilə Prezident İlham Əliyev tərəfindən açılıb. Mərkəzin istifadəyə verilməsi Bakı-Tbilisi-Ceyhan əsas neft ixrac boru kəmərinin Azərbaycan hissəsinin açılışı ilə eyni vaxta təsadüf edib. Burada qonaqlar rəmzi nişan kimi öz əl izlərini qoyub və bu nişan Xəzər Enerji Mərkəzinin rəmzinə çevrilib. Mərkəzin əsas məqsədlərindən biri Azərbaycanın neft və qaz sənayesinin 150 ildən çox olan tarixini nümayiş etdirməkdir.

Ali qonağa respublikamızın neft tarixinin xronologiyası barədə ətraflı məlumat verilib. Bildirilib ki, neft və qaz sənayesi Azərbaycan üçün yalnız iqtisadi dəyər daşımır, o, eyni zamanda, milli qürur mənbəyidir. Dünyada ilk dəfə mexaniki üsulla neft quyusu 1847-ci ildə Bibiheybət ərazisində qazılıb. XIX əsrə qədər dünyada hasil edilən neftin yarısı ölkəmizin payına düşüb. XIX əsrin ikinci yarısında xarici ölkələrin iş adamları Azərbaycanda biznes fəaliyyətinə başlayıblar. Bunlara bütün dünyada tanınan Rotşildlər və Nobel qardaşlarını misal göstərmək olar. Dünyada məşhur olan Nobel mükafatı həm də Alfred Nobelin Bakıdakı neft yataqları üzrə səhmlərinin satışından əldə olunmuş vəsaitlərin toplanması hesabına yaradılıb.

İkinci Dünya müharibəsi illərində Sovet İttifaqında neftin 75 faizini hasil edən Azərbaycan ordunu yanacaqla təchiz edərək Qələbənin əldə olunmasında əhəmiyyətli rol oynayıb. Ötən əsrin 70-80-ci illəri isə Xəzər dənizinin dərin sulu sektorlarındakı yataqların işlənməsi və neft-kimya sənayesinin inkişafı ilə səciyyəvidir.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə nəhəng "Azəri-Çıraq-Günəşli" yatağının işlənilməsi məqsədilə "Əsrin müqaviləsi" kimi tanınan hasilatın pay bölgüsü haqqında müqavilə imzalanıb. Bu müqavilə ölkənin sürətli inkişafına təkan verərək, onu regional enerji mərkəzinə çevirib.

Efiopiyanın Baş naziri və onu müşayiət edən şəxslər müxtəlif yataqlardan hasil edilən neft nümunələrinə də baxıblar. Sonra Azərbaycanın neft tarixi və "Cənub Qaz Dəhlizi" layihəsindən bəhs edən videoçarx nümayiş etdirilib.

Bildirilib ki, Ümummilli Lider Heydər Əliyevin neft strategiyası çərçivəsində ölkəmizdə irimiqyaslı enerji layihələri həyata keçirilib. Bu layihələrin təməlini qoyan Ulu Öndər Azərbaycana milyard dollarla xarici sərmayələrin cəlb edilməsi üçün mühüm addımlar atıb. İlkin olaraq Xəzərin neft və qaz yataqlarının işlənilməsi və neft kəmərlərinin tikintisinə yönəldilmiş vəsaitlər sonradan digər sahələrin, xüsusilə qeyri-neft sektorunun inkişafına, iri infrastruktur layihələrinin həyata keçirilməsinə, yeni iş yerlərinin açılmasına şərait yaradan gəlir gətirib.

Bu gün Azərbaycanın dünyanın sürətlə inkişaf edən ölkələrindən birinə çevrilməsində və artıq özünün xarici sərmayələr yatırmaq iqtidarında olmasında bunun böyük rolu vardır. Vurğulanıb ki, tikintisinə 2001-ci ildə başlanmış terminalda xam neft üçün ümumi həcmi 880 min barel olan üç çən, baş nasos stansiyası, separatorlar, emal qurğuları və idarəetmə məntəqəsi var. Buraya fiber-optik rabitə kabelləri, sahildən 187 kilometr məsafədə yerləşən dəniz yataqlarından neft və qaz kəmərləri çəkilib.

Ali qonağa xatirə hədiyyələri təqdim olunub. Sonra Abiy Əhməd Əli avtobusla Səngəçal terminalının ərazisini gəzib. Ona terminaldakı texnoloji proseslər barədə ətraflı məlumat verilib. Bildirilib ki, Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesinin döyünən ürəyi hesab edilir. Terminal Azərbaycanın Xəzər dənizindəki yataqlarından hasil edilən xam neftin və qazın qəbul edildiyi, emal olunduğu, saxlandığı və ixrac edildiyi məkandır.

"Azəri-Çıraq-Günəşli" yatağından ötürülən neft və "Şahdəniz"dən nəql edilən qaz terminala daxil olur, əsasən Bakı-Tbilisi-Ceyhan və Cənubi Qafqaz Boru Kəməri ilə ixrac edilir. Dünyanın ən böyük və səmərəli neft və qaz terminallarından sayılan Səngəçal terminalının sahəsi 550 hektardan çoxdur. Terminalda gündə 1,2 milyon bareldən çox xam neft və 40 milyon kubmetrdən artıq qaz emal edilir. Onun xam neft saxlama həcmi 3,2 milyon barel təşkil edir. Terminalın sahəsi mürəkkəb boru kəmərləri və avadanlıq şəbəkəsi ilə əhatə olunub. Dənizdəki qurğulardan terminala daxil olan boru kəmərləri müxtəlif marşrutlara istiqamətlənməklə, Azərbaycanın yüksəkkeyfiyyətli xam neftini və qazını dünya bazarlarına nəql edir. Bundan əlavə, terminal Qazaxıstan və Türkmənistan neftini də qəbul edir. "İlkin Neft Layihəsi" və "Səngəçal Terminalının Genişləndirilməsi Proqramı" çərçivəsində terminalın ötürmə və emal imkanları daha da artırılıb.

Azərbaycanın Dubayda yeni baş konsulu təyin edildi like
  • 27 Fev 17:34  
Siyasət Azərbaycanın Dubayda yeni baş konsulu təyin edildi

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Azərbay

arrow Ətraflı
Cavidan Hüseynov Azərbaycanın Bəhreyndə səfiri təyin olunub like
  • 27 Fev 17:32  
Siyasət Cavidan Hüseynov Azərbaycanın Bəhreyndə səfiri təyin olunub

Cavidan Hüseynov Azərbaycanın Bəhreyn Krallığında səfiri təyin edilib.

arrow Ətraflı
Bu şəxlərin gecə işləməsinə icazə verilmir like
  • 27 Fev 17:30  
Digərləri Bu şəxlərin gecə işləməsinə icazə verilmir

Gecə vaxtı yerinə yetirilən işlərə yaşı 18 az olan işçilərin cəlb e

arrow Ətraflı
Azərbaycanın Dubaydakı baş konsulu geri çağırıldı like
  • 27 Fev 17:29  
Siyasət Azərbaycanın Dubaydakı baş konsulu geri çağırıldı

Cavidan Rizvan oğlu Hüseynov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəh�

arrow Ətraflı
"Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun" — Məşhur seysmoloq like
  • 27 Fev 17:24  
Digərləri "Böyük zəlzələ ola bilər, Allah köməyiniz olsun" — Məşhur seysmoloq

Azərbaycanda ard-arda zəlzələ olub. Bu barədə Respublika Seysmoloji Xidmə

arrow Ətraflı
Bakıda bu ərazidən şəhərə gedənlərə ŞAD XƏBƏR like
  • 27 Fev 16:19  
Digərləri Bakıda bu ərazidən şəhərə gedənlərə ŞAD XƏBƏR

Masazır kəndini Bakı Beynəlxalq Avtovağzal Kompleksi ilə əlaqələndirən

arrow Ətraflı
Başına 15 milyon dollar qoyulan "El Menço" KİM İDİ? like
  • 27 Fev 16:00  
Dünya Başına 15 milyon dollar qoyulan "El Menço" KİM İDİ?

Xəbər verdiyimiz kimi, Meksikada hərbi əməliyyat zamanı öldürüldüyü b

arrow Ətraflı
Əmlak sahibləri üçün vacib dəyişiklik  15 günə... like
  • 27 Fev 15:53  
Digərləri Əmlak sahibləri üçün vacib dəyişiklik 15 günə...

Daşınmaz əmlak üzərində hüquqlarının qeydiyyatı üçün vətəndaşlar

arrow Ətraflı
Tərkibi bəlli olmayan çay və qəhvələrdən istifadə risklidir  XƏBƏRDARLIQ like
  • 27 Fev 15:48  
Digərləri Tərkibi bəlli olmayan çay və qəhvələrdən istifadə risklidir XƏBƏRDARLIQ

Son dövrlərdə müxtəlif sosial şəbəkə platformalarında arıqlama məqs�

arrow Ətraflı
Bakı Rəqs Çempionatı 2026 uğurla baş tutdu like
  • 27 Fev 15:17  
Kriminal Bakı Rəqs Çempionatı 2026 uğurla baş tutdu

Mərdəkan Mədəniyyət Sarayında keçirilən Bakı Rəqs Çempionatı 2026 ö

arrow Ətraflı
Verilişi bağlanan Elgizdən ilk PAYLAŞIM like
  • 27 Fev 14:05  
Şou-biznes Verilişi bağlanan Elgizdən ilk PAYLAŞIM

Xəbər verdiyimiz kimi, aparıcı Elgiz Əkbərin Arb-dəki "Elgizlə izl

arrow Ətraflı
Edis saxlanıldı like
  • 27 Fev 14:00  
Şou-biznes Edis saxlanıldı

Türkiyədə məşhur müğənni Edis Görgülü hüquq-mühafizə orqanları t�

arrow Ətraflı