Tərkibi bəlli olmayan çay və qəhvələrdən istifadə risklidir XƏBƏRDARLIQ
Digərləri 27 Fev 2026 15:48:00 224 0
Son dövrlərdə müxtəlif sosial şəbəkə platformalarında arıqlama məqsədilə təqdim olunan çay və qəhvə məhsullarının istifadəsi geniş yayılıb.
Son.az xəbər verir ki, qısa müddətdə çəki itkisi vəd edən, "yağ yandırıcı", "metabolizmanı sürətləndirən" kimi ifadələrlə təşviq olunan bu məhsulların reklamı intensiv xarakter alıb.
"Qida təhlükəsizliyi haqqında" Qanunun 17.2.3-cü və 17.2.5-ci yarımbəndlərinə əsasən, qida məhsullarının etiketində və ya reklamında həmin məhsula xas olmayan təsir və ya xüsusiyyətlər göstərilməməli, həmçinin onların insan xəstəliklərinin qarşısını alması və ya müalicəvi xüsusiyyətlərə malik olması barədə iddialar irəli sürülməməlidir.
Arıqladıcı və ya kökəlməyə yardım edən dərman vasitələri mövcud ola bilər, lakin belə məhsullar müvafiq qaydada dövlət qeydiyyatına alınmalı və "Dərman vasitələri haqqında" Qanunun tələblərinə uyğun olaraq dövriyyəyə buraxılmalıdır.
İstehlakçıların tərkibi bəlli olmayan, şübhəli mənbələrdən, xüsusilə sosial şəbəkələr və digər elektron ticarət platformaları vasitəsilə qeyri-rəsmi qaydada təklif olunan məhsulların əldə edilməsi və istifadəsi məqsədəuyğun hesab edilmir.
Çəkinin azaldılması və ya artırılması məqsədilə hər hansı məhsulun istifadəsi yalnız həkim məsləhəti əsasında həyata keçirilməlidir. Sağlam və balanslaşdırılmış qidalanma prinsipləri, eləcə də müntəzəm fiziki aktivlik əsas prioritet kimi nəzərə alınmalıdır.
Asya Son.az
Mərdəkan Mədəniyyət Sarayında keçirilən Bakı Rəqs Çempionatı 2026 ö
Xəbər verdiyimiz kimi, aparıcı Elgiz Əkbərin Arb-dəki "Elgizlə izl
""Rəngarəng" verilişi bağlanmayıb. İnşallah bazar ertəsi
Xəbər verdiyimiz kimi, aparıcı və prodüser Tarix Əliyev (Tolik) Space TV
Milli Məclisin Elm və təhsil komitəsinin sədr müavini, Böyük Britaniya v
Aktrisa Sonaxanım Əliyeva "Öz Aramızda" verilişində şəxsi həy
Fevralın 27-də Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Efiopiyan
Bu gün doğma yurduna yola salınan növbəti köç karvanı Cəbrayılın Horo
"Azəriqaz"da 80 xadimə işdən çıxarılıb.
Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN vasitəsilə aparılac
İqtisadiyyat Nazirliyinə məxsus Bakı Biznes Mərkəzi MMC borca düşüb.
Xarici prodüserləri Azərbaycan Respublikası ərazisində film istehsalına c
"Zanger"-Gorayk yolunun Sünik bölgəsinə giriş hissəsində bütü
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
