Uçotda dəyişiklik: Yalnız bu yolla aparılacaq
Digərləri 27 Fev 2026 11:54:00 266 0
Sığortaolunanların sığortaçıda uçotu yalnız FİN vasitəsilə aparılacaq.
Bu xəbəri də oxu: Maaş və pensiyalar artırıla BİLƏR
Son.az xəbər verir ki, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirə olunan Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, dövlət sosial sığorta sistemində elektron xidmətlərə keçidin sürətləndirilməsi və innovativ həllərin tətbiqi mütəmadi olaraq bu sistemlə bağlı dəyişikliklərin aparılmasını və təkmilləşdirilmələrin həyata keçirilməsini zəruri edir. Sosial sığorta nömrəsi (SSN) verilərkən elektron sistemlərdə həmin şəxsin şəxsiyyət vəsiqəsinin fərdi identifikasiya nömrəsi (FİN) ilə əlaqələndirilir.
Vurğulanıb ki, hazırda sığortaedənlər tərəfindən muzdlu işlə əlaqədar vahid rüblük bəyannamə təqdim edilərkən SSN və FİN məlumatların hər ikisinin daxil edilməsi əlavə iş yükü yaradır və sistemdə məlumat bazasının yüklənməsinə səbəb olur. Həmçinin, əksər dövlət orqanlarının müvafiq sahələrində məlumatların uçotu da FİN üzərindən aparılır.
Bununla əlaqədar sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN ilə aparılması məqsədilə "Azərbaycan Respublikasının Əmək Məcəlləsində, "Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında" və "Əmək pensiyaları haqqında" qanunda dəyişiklik edilməsi ilə bağlı layihə hazırlanıb.
Qanun layihəsində sığortaolunanların sığortaçıda uçotunun yalnız FİN ilə aparılması təklif edilir.
İqtisadiyyat Nazirliyinə məxsus Bakı Biznes Mərkəzi MMC borca düşüb.
Xarici prodüserləri Azərbaycan Respublikası ərazisində film istehsalına c
"Zanger"-Gorayk yolunun Sünik bölgəsinə giriş hissəsində bütü
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosia
Bakının Binəqədi rayonunda Hüseyn Seyidzadə küçəsində bir neçə gün
Aparıcı və prodüser Tarix Əliyev (Tolik) bu gün tamaşaçılarla son dəf
2026-cı ilin fevral ayına olan vəziyyətə görə Azərbaycanda tikinti mater
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilir.
"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın iki xanımla getdiyi
Böyük Britaniyanın müdafiə naziri Con Hili keçmiş şahzadə Endryunun mal
Tezliklə "BakuBus" MMC Naxçıvan şəhərində fəaliyyətə başlay
Azərbaycan Milli Elmlər Akademiyasının rəhbərliyi ləğv edilir və qurumu
Xəbər verdiyimiz kimi, aparıcı və prodüser Tarix Əliyev (Tolik) Space TV
Fevralın 27-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Efiop
Mikayıl Müşfiqin 6 il əvvəl sümük qalıqları tapıldığı iddia olunur
