Kolumbiyada Xocalı soyqırımı qurbanları anılıb
Digərləri 26 Fev 2026 19:17:00 206 0
Kolumbiyanın aparıcı dövlət ali təhsil müəssisələrindən biri olan "Universidad Distrital Francisco José de Caldas"da Azərbaycanın bu ölkədəki diplomatik nümayəndəliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş təbliğat-məlumat xarakterli silsilə tədbirlər keçirilib.
Son.az AZƏRTAC-a istinadən bildirir ki, tədbirdə diplomatik nümayəndəliyin əməkdaşı Namik Ramazanov geniş auditoriya qarşısında çıxış edərək XX əsrin ən qanlı faciələrindən biri olan Xocalı soyqırımı və onun ağır nəticələri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, Xocalı faciəsinə ilk hüquqi-siyasi qiymət Ümummilli Lider Heydər Əliyev tərəfindən verilib, sonrakı dövrdə "Xocalıya ədalət!" beynəlxalq kampaniyası çərçivəsində mühüm təşəbbüslər irəli sürülüb.
Çıxışda beynəlxalq ictimaiyyətin Xocalı soyqırımına münasibətinə də toxunulub, hazırda 18 ölkənin, o cümlədən Kolumbiya parlamentinin bu qətliamı soyqırımı kimi qiymətləndirərək pislədiyi vurğulanıb. Bildirilib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, 2023-cü il oktyabrın 15-də Xocalıda Azərbaycan Bayrağı ucaldılıb. İşğaldan azad edilmiş ərazilərdə hazırda genişmiqyaslı bərpa və quruculuq işləri aparılır, Böyük Qayıdış prosesi ardıcıl şəkildə həyata keçirilir. Diplomat vurğulayıb ki, Xocalı soyqırımının xatırlanması nifrət deyil, ədalət və tarixi yaddaş naminədir və bu faciənin beynəlxalq hüquq və insan hüquqları kontekstində tanınması mühüm əhəmiyyət daşıyır.
Fevralın 26-da İqtisadi Şurasının sədri, Baş nazir Əli Əsədovun rəhb�
Artur Rasizadə 22 il Azərbaycan Respublikasının Baş naziri olub və ölkə
Birinci vitse-prezident Mehriban Əliyeva "Instagram" hesabında Prezi
Azərbaycan Milli İncəsənət Muzeyində Xocalı faciəsinin 34-cü ildönüm�
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşer
DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anmış
Məşhur türkiyəli aktyor Burak Özçivit şəxsi baxım vərdişləri ilə ba
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O
Müavinətləri istənilən bankdan almaq mümkün olacaq.
Bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz
Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli fe
Beynəlxalq Muğam Mərkəzində Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilat�
Mərhum Xalq artisti Ramiz Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli
Bəzi tərəvəzlər dadına görə uşaqların sevmədiyi qidalar arasında yer
