Milli İncəsənət Muzeyində “Xocalı soyqırımı təsviri sənətdə” adlı mühazirə keçirilib
Kriminal 26 Fev 2026 17:56:00 231 0
Azərbaycan Milli İncəsənət Muzeyində Xocalı faciəsinin 34-cü ildönümünə həsr olunmuş "Xocalı soyqırımı təsviri sənətdə" adlı mühazirə keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Muzeyin Sərgi və tərtibat şöbəsinin müdiri, sənətşünas Əsəd Quliyev tərəfindən təqdim olunan mühazirədə Xocalı soyqırımının Azərbaycan təsviri sənətində əks olunmasından, mövzuya fərqli bədii yanaşmalardan geniş danışılıb. Qeyd olunub ki, muzeyin kolleksiyasında qorunan çoxsaylı rəngkarlıq və qrafika nümunələri tarixi faciənin bədii salnaməsi kimi xüsusi əhəmiyyət daşıyır.
Tədbirdə Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri, ehtiyatda olan polkovnik Bəhram Şeydayev çıxış edərək Xocalı həqiqətlərinin təbliğinin vacibliyini vurğulayıb, faciə qurbanlarının xatirəsinin yaşadılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib.
Mühazirə iştirakçılar tərəfindən maraqla qarşılanıb, Xocalı soyqırımının təsviri sənətdə əksinin tarixi yaddaşın formalaşmasında mühüm rol oynadığı xüsusi qeyd olunub.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Son.az
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Abşer
DTX-nin əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anmış
Məşhur türkiyəli aktyor Burak Özçivit şəxsi baxım vərdişləri ilə ba
M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O
Müavinətləri istənilən bankdan almaq mümkün olacaq.
Bu gün bu Memorial Kompleksin timsalında biz Azərbaycan xalqının əyilməz
Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əli fe
Beynəlxalq Muğam Mərkəzində Bakı Müasir Musiqi Cəmiyyətinin təşkilat�
Mərhum Xalq artisti Ramiz Əzizbəylinin həyat yoldaşı Zümrüd Əzizbəyli
Bəzi tərəvəzlər dadına görə uşaqların sevmədiyi qidalar arasında yer
Fevralın 26-da Elm və Təhsil Nazirliyinin rəhbərliyi və kollektivi Xocalı
Ölkədə istismar müddəti başa çatmış çoxmərtəbəli yaşayış binalar
Son günlər bəzi xəbər saytlarında Azərbaycan Həmkarlar İttifaqları Kon
2026-cı ilin yanvar ayında Azərbaycanda banklar tərəfindən nağd ABŞ doll
Bəzi hallarda fərdi yaşayış evlərinin tikintisi üçün icazə tələb olu
