Səhiyyə Nazirliyi xəbərdarlıq yaydı


Digərləri 24 Fev 2026 19:45:00 258 0

Səhiyyə Nazirliyi xəbərdarlıq yaydı

Son dövrlərdə Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin adından qanunsuz istifadə olunması halları qeydə alınır.

Son.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi xəbərdarlıq yayıb.

Qeyd olunub ki, Mərkəzin adından çıxış edən bəzi şəxslər Bakı şəhərinin müxtəlif rayonlarında, eləcə də respublikanın digər bölgələrində fəaliyyət göstərən obyektlərə yaxınlaşaraq sanitar-epidemioloji vəziyyətin guya qənaətbəxş olmadığı barədə əsassız iddialar irəli sürür, dezinfeksiya, dezinseksiya, deratizasiya və digər xidmətlərin həyata keçirilməsinin zəruri olduğunu bildirir, əks təqdirdə inzibati məsuliyyət tədbirlərinin görüləcəyi ilə bağlı xəbərdarlıq edirlər.

Nazirliyin xəbərdarlığında bildirilib ki, qüvvədə olan qanunvericiliyinə əsasən, dövlət sanitariya-epidemioloji nəzarəti çərçivəsində yoxlamalar yalnız qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. Bu zaman vəzifəli şəxslər mütləq qaydada öz xidməti vəsiqələrini təqdim etməli, həmçinin sahibkarlıq subyektlərinə münasibətdə yoxlamanın aparılması barədə qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması haqqında çıxarışı təqdim etməlidirlər.

"Rəsmi yoxlamalar yalnız Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin səlahiyyətli əməkdaşları tərəfindən və müvafiq hüquqi əsaslar mövcud olduqda aparılır. Mərkəzin adından istifadə etməklə hər hansı kommersiya xidmətlərinin təklif edilməsi və ya hədə-qorxu yolu ilə ödəniş tələb olunması qanunsuzdur.

Vətəndaşlardan və sahibkarlıq subyektlərindən belə hallarla qarşılaşdıqda dərhal aidiyyəti üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 9103 qaynar xətti, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (012) 421-13-93 nömrəsi və ya Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin 102 xidməti vasitəsilə məlumat vermələri xahiş olunur", - məlumatda vurğulanır.

Səhiyyə Nazirliyi bir daha vətəndaşları diqqətli olmağa, bu kimi hallara qarşı həssas yanaşmağa və yalnız rəsmi dövlət qurumlarının təqdim etdiyi məlumatlara etibar etməyə çağırıb. Son.az

Güllünün ölümü "Arka sokaklar"da like
  • 24 Fev 19:43  
Şou-biznes Güllünün ölümü "Arka sokaklar"da

"Arka Sokaklar" serialı yeni bölümü ilə yenidən diqqət mərkəz

arrow Ətraflı
Trampın oğlu ilə eyni universitetdə oxuyacaq azərbaycanlı: "Kənddən Çinə getmək asan deyil" like
  • 24 Fev 19:16  
Digərləri Trampın oğlu ilə eyni universitetdə oxuyacaq azərbaycanlı: "Kənddən Çinə getmək asan deyil"

Dünyanın nüfuzlu ali təhsil müəssisələrindən biri olan NYU Şanxay Univ

arrow Ətraflı
Uşaqlar xarici dil öyrənməyə neçə yaşda başlamalıdır?  Ekspert AÇIQLADI like
  • 24 Fev 19:05  
Digərləri Uşaqlar xarici dil öyrənməyə neçə yaşda başlamalıdır? Ekspert AÇIQLADI

Son illərin psixolinqvistik və pedaqoji araşdırmaları göstərir ki, uşaql

arrow Ətraflı
Axşam saatlarında Xankəndidə həyat like
  • 24 Fev 18:59  
Digərləri Axşam saatlarında Xankəndidə həyat

Gün batanda şəhərlər başqa cür görünür. İşıqlar yanır, küçələr

arrow Ətraflı
Toliklə Səidə də həbs edilir? like
  • 24 Fev 18:53  
Digərləri Toliklə Səidə də həbs edilir?

Baş Prokurorluq sosial şəbəkələrdə təhqiramiz ifadələr işlədən, əx

arrow Ətraflı
Azərbaycan ictimaiyyətinə ağır itki like
  • 24 Fev 18:51  
Digərləri Azərbaycan ictimaiyyətinə ağır itki

Azərbaycan ictimaiyyətinə ağır itki üz verib.

arrow Ətraflı
Gültəkin Hacıbəylinin evində axtarış aparıldı like
  • 24 Fev 18:42  
Digərləri Gültəkin Hacıbəylinin evində axtarış aparıldı

Əldə edilmiş məlumata əsasən, Ramiz Mehdiyev və digərləri barəsində D

arrow Ətraflı
Fevralın 25nə tibbimeteoroloji proqnoz açıqlandı like
  • 24 Fev 18:28  
Digərləri Fevralın 25nə tibbimeteoroloji proqnoz açıqlandı

Fevralın 25-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.

arrow Ətraflı
"Epşteyn işi"ndə adı hallanan keçmiş Baş katib dəhşətli əmələ əl atdı like
  • 24 Fev 18:05  
Dünya "Epşteyn işi"ndə adı hallanan keçmiş Baş katib dəhşətli əmələ əl atdı

"Epşteyn işi"ndə adı hallanan Torbyorn Yaqland özünə qəsdə c�

arrow Ətraflı
Ramiz Mehdiyevin kadrı AMEAda vəzifəyə gətirildi? – RƏSMİ like
  • 24 Fev 17:52  
Digərləri Ramiz Mehdiyevin kadrı AMEAda vəzifəyə gətirildi? – RƏSMİ

Aynur Günəşli Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri dokto

arrow Ətraflı
Bu ərazilərdən ev ALMAYIN  1 mənzil 34 nəfərə SATILIRMIŞ like
  • 24 Fev 17:44  
Digərləri Bu ərazilərdən ev ALMAYIN 1 mənzil 34 nəfərə SATILIRMIŞ

Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar

arrow Ətraflı
Həbs edilən Aslan Əliyevin milyonluq vergi borcu YARANIB like
  • 24 Fev 17:38  
Digərləri Həbs edilən Aslan Əliyevin milyonluq vergi borcu YARANIB

"Şəmkir Un-Yem" Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC) dövlə

arrow Ətraflı
Məşhur türk müğənni 250 milyonluq əkiz ViLLAsını qızına HƏDİYYƏ ETDİ like
  • 24 Fev 17:30  
Şou-biznes Məşhur türk müğənni 250 milyonluq əkiz ViLLAsını qızına HƏDİYYƏ ETDİ

Türkiyəli məşhur müğənni Ebru Gündeş səxavətli addımı ilə gündəm

arrow Ətraflı
Kıvanç Tatlıtuğ həmin qəza ilə bağlı ifadə verdi like
  • 24 Fev 17:19  
Şou-biznes Kıvanç Tatlıtuğ həmin qəza ilə bağlı ifadə verdi

Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ Balıkəsirdə məhkəmə bina

arrow Ətraflı