Toliklə Səidə də həbs edilir?
Digərləri 24 Fev 2026 18:53:00 185 1
Baş Prokurorluq sosial şəbəkələrdə təhqiramiz ifadələr işlədən, əxlaqsız hərəkətlər edən və bədən üzvlərini nümayiş etdirən istifadəçilərlə bağlı tədbirlərə başlayıb. Məlumata görə, bu əməllərə görə artıq 6 nəfər hüquqi məsuliyyətə cəlb olunub. Onlardan 4-ü barəsində inzibati həbs, 2-si barəsində isə inzibati cərimə tənbeh növləri tətbiq edilib.
Bu xəbəri də oxu: Bir ailədə 6 uşaq dəm qazından zəhərlənib, 2si reanimasiyadadır
Bildirilir ki, internet məkanında ictimai əxlaq normalarını pozan şəxslər barəsində qanunvericiliyə uyğun ciddi addımlar atılacaq. Bu kontekstdə aparıcı Tarix Əliyev(Tolik) ilə müğənni Səidə Sultan arasında sosial şəbəkələrdə qarşılıqlı ağır ifadələrlə müşayiət olunan mübahisə də müzakirə mövzusuna çevrilib. Lakin həmin şəxslərlə bağlı hər hansı cəza tədbiri görülməyib.
Onlar haqda da prokurorluq bu cür addımlar atmalıdırmı? Barələrində hansı işlər görülməlidir?
Son.az bildirir ki, globalinfo.az-a danışan Mətbuat Şurası İdarə Heyətinin üzvü, hüquq müdafiəçisi Azər Həsrət deyib ki, kimliyindən asılı olmayaraq hər kəslə bağlı tədbir görülməlidir:
"Mən də sosial mediada açıq söyüş və ağır ifadələrin yer aldığı həmin paylaşımları gördüm. Bu, qəbuledilməzdir və buna uyğun məsuliyyət müəyyən olunmalıdır. Düşünürəm ki, yalnız Baş Prokurorluq deyil, bütövlükdə cəmiyyət olaraq hamımız birlikdə ciddi mövqe ortaya qoymalıyıq. Azərbaycan elə bir ölkə deyil ki, insanlar bir-biri ilə söyüş və təhqir dili ilə ünsiyyət qursunlar. Xüsusilə ictimai çəkisi və təsir imkanları olan şəxslər davranışlarında ədəb çərçivəsini qorumalıdırlar".
Media eksperti bildirib ki, belə hallar cəmiyyətin əxlaqına və tərbiyə mühitinə mənfi təsir göstərir:
"Mütləq bunun qarşısı alınmalıdır. Hesab edirəm ki, daha sərt addımlar atılmalı və bu yanaşma normal qarşılanmalıdır. Heç kim bundan inciməli deyil, qanun hər kəs üçün eynidir. Özünü ifadə etmək, sərt tənqid, kimləsə razılaşmamaq, əleyhinə çıxış etmək təbiidir. Lakin bütün bunlar təhqir və söyüş olmadan, ədəb çərçivəsində olmalıdır".
Əldə edilmiş məlumata əsasən, Ramiz Mehdiyev və digərləri barəsində D
Fevralın 25-də gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb.
"Epşteyn işi"ndə adı hallanan Torbyorn Yaqland özünə qəsdə c�
Aynur Günəşli Elm və təhsil şöbəsinin müdiri, filologiya elmləri dokto
Bəzən daşınmaz əmlak, xüsusən həyət evi və mənzil alan vətəndaşlar
"Şəmkir Un-Yem" Məhdud Məhsuliyyətli Cəmiyyətinin (MMC) dövlə
Türkiyəli məşhur müğənni Ebru Gündeş səxavətli addımı ilə gündəm
Türkiyənin məşhur aktyoru Kıvanç Tatlıtuğ Balıkəsirdə məhkəmə bina
VTB (Azərbaycan) Novruz bayramı ərəfəsində müştərilər üçün sərfəl
Nazirlər Kabineti 7 may 2012-ci il tarixli qərarı ilə təsdiq edilmiş "
"The Dawns Here Quiet" filminin aktrisası, Rusiyanın əməkdar artis
Balıqçılıq və Akvakultura Mərkəzi balıq populyasiyalarının artırılma
Tanınmış onkoloq Anar Məmmədov mərhum aktrisa Tünzalə Əliyevanın vəf
Bu gün WUF13 Azərbaycan Əməliyyat Şirkəti ilə "AzərEnerji" ASC
