Bayramov Fuad Oqtay və Nikoloz Şamxaradze ilə görüşdü


Siyasət 24 Fev 2026 14:48:00 268 0

Bayramov Fuad Oqtay və Nikoloz Şamxaradze ilə görüşdü

Bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komitəsinin sədri Fuad Oqtay və Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradzenin başçılıq etdiyi nümayəndə heyətlərini qəbul edib.

Son.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Görüş zamanı, Azərbaycan-Türkiyə arasında müttəfiqlik və Azərbaycan-Gürcüstan arasında strateji tərəfdaşlıq münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri, eləcə də geniş bölgədə təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Görüşdə, Parlamentlərarası əməkdaşlığın genişləndirilməsinin, xüsusilə xarici əlaqələr komitələri arasında müntəzəm təmasların əhəmiyyəti diqqətə çatdırılıb. Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin 10-cu üçtərəfli iclasının münasibətlərə əlavə təkan verdiyi məmnunluqla qeyd olunub.

Tərəflər Parlamentlər ilə yanaşı xarici işlər və müdafiə nazirləri arasında üçtərəfli əməkdaşlıq formatlarının regionda sülh, sabitlik, təhlükəsizlik və rifahın möhkəmləndirilməsinə töhfə verdiyini qeyd ediblər. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, o cümlədən Orta Dəhlizin inkişafı, regional iqtisadi inteqrasiya müzakirə olunan əsas mövzular sırasında olub.

Bununla yanaşı, post-münaqişə dövründə regionda davamlı sülhün və sabitliyin təmin olunması, normallaşma prosesi və parlament diplomatiyasının bu istiqamətdə rolu barədə fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Azərbaycan-Ermənistan sülh və normallaşma prosesi barədə ətrafı məlumat verib, ölkəmizin atdığı addımları və gözləntilərimizi diqqətə çatdırıb.


Xəbərə aid fotolar

111 nömrəli məktəbdə Su çərşənbəsinə həsr olunan videoçarx hazırlanıb like
  • 24 Fev 14:00  
Digərləri 111 nömrəli məktəbdə Su çərşənbəsinə həsr olunan videoçarx hazırlanıb

5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin metodisti, 111 nömrəli mək

arrow Ətraflı
ABŞnin qlobal idxal rüsumları qüvvəyə minib like
  • 24 Fev 13:55  
Digərləri ABŞnin qlobal idxal rüsumları qüvvəyə minib

ABŞ idxalına tətbiq olunan qlobal rüsumlar qüvvəyə minib.

arrow Ətraflı
Ətin qiyməti DƏYİŞİR  Bazardakı son vəziyyət NECƏDİR? like
  • 24 Fev 13:52  
Digərləri Ətin qiyməti DƏYİŞİR Bazardakı son vəziyyət NECƏDİR?

Azərbaycanda ət idxalının həcmi azalır. Satıcıların sözlərinə görə

arrow Ətraflı
Hökümənin ailəsinin 80 minini oğurlayana bu cəza VERİLDİ like
  • 24 Fev 13:21  
Digərləri Hökümənin ailəsinin 80 minini oğurlayana bu cəza VERİLDİ

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və dələduzluq əməlləri

arrow Ətraflı
Zibeydə Bayramova yüksək vəzifəyə təyin EDİLDİ like
  • 24 Fev 13:14  
Digərləri Zibeydə Bayramova yüksək vəzifəyə təyin EDİLDİ

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasi

arrow Ətraflı
Sərnişin və yük daşımaq üçün yeni sənədlər TƏLƏB EDİLƏCƏK like
  • 24 Fev 13:09  
Digərləri Sərnişin və yük daşımaq üçün yeni sənədlər TƏLƏB EDİLƏCƏK

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazə

arrow Ətraflı
Bu qan qrupu sahibləri daha uzunömürlüdür like
  • 24 Fev 13:02  
Digərləri Bu qan qrupu sahibləri daha uzunömürlüdür

100 yaşdan yuxarı insanlar üzərində aparılan araşdırmalar qan qrupları

arrow Ətraflı
BDUnun xanım tələbələri şantaj olunur  İDDİA like
  • 24 Fev 13:00  
Digərləri BDUnun xanım tələbələri şantaj olunur İDDİA

Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin xanım tələbələri

arrow Ətraflı
Fevralın 25də qar yağacaq, duman olacaq  PROQNOZ like
  • 24 Fev 12:47  
Digərləri Fevralın 25də qar yağacaq, duman olacaq PROQNOZ

Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişk

arrow Ətraflı
Sabiq rektorun milyonluq əmlakları müsadirə OLUNDU  SİYAHI like
  • 24 Fev 12:35  
Digərləri Sabiq rektorun milyonluq əmlakları müsadirə OLUNDU SİYAHI

Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abd

arrow Ətraflı
Niyə birinci su çərşənbəsi gəlir? like
  • 24 Fev 12:27  
Digərləri Niyə birinci su çərşənbəsi gəlir?

Novruz bayramı baharın gəlişini, təbiətin oyanışını və yeni ilin baş

arrow Ətraflı
Avtomobilin dövlət qeydiyyat nişanı itərsə, nə ETMƏLİYİK? like
  • 24 Fev 12:22  
Digərləri Avtomobilin dövlət qeydiyyat nişanı itərsə, nə ETMƏLİYİK?

Avtomobilin dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsini ölkə ərazisind

arrow Ətraflı