Hökümənin ailəsinin 80 minini oğurlayana bu cəza VERİLDİ
Digərləri 24 Fev 2026 13:21:00 255 0
Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və dələduzluq əməllərində ittiham edilən 1995-ci il təvəllüdlü Ayaz İsgəndərova hökm oxunub.
Son.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, onun kibercinayətkarlıq yolu ilə bir neçə vətəndaşa məxsus bank kartlarından külli miqdarda pul oğurladığı bildirilib.
İttihama görə, A.isgəndərov xaricdə yaşayan "Petroviç" soyadlı şəxslə cinayətkar əlaqəyə girib və Azərbaycanda onun üçün "m10" pul kisələri yaradaraq hər birini 300 manata satıb. Kuryer işləyən Ayaz aldığı tapşırıqlar əsasında sosial şəbəkələrdə "ABB-dən payız sürprizi" və digər bu kimi yalan məzmunlu elan yerləşdirib.
Həmin səhifələrdə olan elana inanan müştərilər qeyd olunan güzəştlərdən yararlanmaq məqsədilə yaradılmış saxta səhifələrdəki linklərə daxil olmaqla qeydiyyatdan keçərək anket məlumatlarını, həmçinin onlara məxsus bank kartının üzərindəki 16 rəqəmli nömrəni və "OTP" təhlükəsizlik şifrəsini müvafiq xanalara daxil edib.
O və istintaqla digər şəxslər istintaqla müəyyən edilməyən xüsusi informasiya proqramları vasitəsilə müştərilərin bank kartlarından həmin məxfi məlumatları əldə edib qeyd edilən kartlardakı pul vəsaitlərini elektron məlumat daşıyıcılarından və informasiya texnologiyalarından istifadə ediblər.
Zərərçəkənlər arasında Milli Qəhrəman Hökümə Əliyevanın atası Cəlil Alıyev də olub. A.İsgəndərov və əlbir olduğu şəxslərin C.Alıyevə məxsus bank hesabından 80 min manatdan artıq pulu ələ keçirdiyi müəyyənləşib. Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə o saxlanılıb və barəsində cinayət işi açılıb.
Məhkəmə A.İsgəndərovu Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3-1, 177.2.4, 178.3.2-cü maddələri üzrə təqsirli bilib. O, 8 il 6 ay həbs cəzasına məhkum edilib.
"Tam dəyişmiş insan GÖRƏCƏKSİNİZ”
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) tabeliyində İnformasi
Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları sahəsində icazə
100 yaşdan yuxarı insanlar üzərində aparılan araşdırmalar qan qrupları
Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin xanım tələbələri
Bakıda və Abşeron yarımadasında fevralın 25-də hava şəraitinin dəyişk
Attestat və diplomlar yalnız elektron qaydada veriləcək.
Ləğv edilmiş Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abd
Novruz bayramı baharın gəlişini, təbiətin oyanışını və yeni ilin baş
Avtomobilin dövlət qeydiyyat nişanı nəqliyyat vasitəsini ölkə ərazisind
Müğənni Rəqsanə İsmayılova ilk dəfə estetik müdaxilələri ilə bağl�
Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan
Milli Məclis "Yol hərəkəti haqqında" və "Avtomobil yolları
Bu gün saat 11:18 radələrində Bakı metropoliteninin "İçərişəhər-
Bakıda "İdrak" liseyində şagirdi tərəfindən güllələnən mü�
