Təkrar pozuntu edən kanalı nə gözləyir? Dayandırma yoxsa ləğv
Digərləri 23 Fev 2026 15:58:00 313 0
Audiovizual Şuranın mütəmadi olaraq Azərbaycanda fəaliyyət göstərən müxtəlif televiziya kanallarının yayımının müvəqqəti dayandırılması ilə bağlı müvafiq qərarlar qəbul etməsinin şahidi oluruq. Yayımın dayandırılması müddəti adətən bir neçə saat olsa da, bu, 24 saat da təşkil edə bilir.
Bu xəbəri də oxu: Taksi sahiblərinin NƏZƏRİNƏ: Sığorta haqqı ARTIRILDI
Qurumun yaydığı press-relizlərdə qayda pozuntusuna yol verən teleşirkətlərin adı bəzi hallarda eyninilik təşkil edir. Belə ki, hansısa telekanalın müxtəlif zamanlarda yayımı eyni və fərqli səbəblərdən bir neçə dəfə müvəqqəti dayandırılır.
Bəs görəsən, telekanalın yayımı bir neçə dəfə, təkrarən müvəqqəti dayandırıldığı halda, onun lisenziyası ləğv edilə bilərmi?
Son.az xəbər verir ki, məsələ ilə bağlı Audiovizual Şuradan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, "Media haqqında" Qanunda yayımın dayandırılması sanksiyasının tətbiqi ilə əlaqədar lisenziyanın ləğvinə əsas yaradan hal mövcud deyil:
"Tətbiq olunan yayımın dayandırılması sanksiyasının sayı da lisenziyanın ləğvinə təsir etmir və bununla bağlı İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan hər hansı inzibati tənbeh tədbiri (cərimə) yer almayıb.
Bununla yanaşı, eyni qanunvericilik pozuntusu eyni audiovizual media subyekti tərəfindən mütəmadi olaraq törədildikdə Audiovizual Şura üzvləri yayımın dayandırılması müddətinin (1-24 saat arası və 1-30 gün arası) daha uzunmüddətlisini tətbiq edə bilərlər.
Yəni, hər hansı audiovizual media subyektinə qarşı 3 saatlıq dayandırma tətbiq edilirsə, növbəti eyni pozuntu halından sonra bu dayandırma müddəti daha uzun (24 saatdan çox olmayaraq) ola bilər".
Qeyd edilib ki, aidiyyəti qanunvericilik aktlarından irəli gələn tələblərlə bağlı inzibati sanksiya tədbiri nəzərdə tutulmuş hər hansı qanun pozuntusuna münasibətdə həmin sanksiyanın dərəcəsinin, pozuntuya mütənasibliyinin müəyyən edilməsi məhkəmənin səlahiyyətindədir.
Audiovizual media sahəsində lisenziyanın ləğvi
Uzun müddətdir dağınıq skleroz (MS) xəstəliyi ilə mübarizə aparan tür
Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır
ARB TV-nin "Günə Uğurla" verilişində 7 ildən sonra Xalq artisti
Naməlum şəxs Almaniyanın cənubundakı Vürsburq şəhərinin əsas dəmir y
Naxçıvan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətin
Azərbaycanda suyun qiymətinin artacağı ilə bağlı xəbərlər yayılıb. B
Xaçmaz Rayon İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.
Evinizə oğru daxil olarsa, sizə müqavimət göstərərsə və siz də özün
Amerikalı maliyyəçi Ceffri Epşteyn ABŞ-ın müxtəlif ştatlarındakı gizl
İncəsənət əsərlərinin ölkəyə idxalı əlavə dəyər vergisindən (ƏD
Ombudsman Xocalı soyqrımının ildönümü ilə bağlı bəyanat yayıb.
Raritet avtonəqliyyat vasitələrinin idxalı ƏDV-dən, aksizdən və gömrük
17-22 may 2026-ci il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərs
Türkiyənin Beyaz TV kanalında yayımlanan "Sakın Kaçırma" proqra
Bakının Xətai rayonu, "NZS" qəsəbəsi, Corat küçəsində su bo
