Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib


Digərləri 23 Fev 2026 14:19:00 248 0

Media nümayəndələri üçün WUF13 haqqında məlumatlandırma sessiyası keçirilib

17-22 may 2026-ci il tarixlərində Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyasına (WUF13) hazırlıq çərçivəsində media nümayəndələri üçün WUF13 Azərbaycan Əməliyyat Şirkətinin və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA Agentliyi) birgə təşkilatçılığı ilə "WUF13: Dayanıqlı şəhərsalmanın inkişafı və medianın rolu" mövzusunda məlumatlandırma sessiyası keçirilib.

Son.az xəbər verir ki, tədbirdə iştirak edən 50-yə yaxın media nümayəndəsinə WUF13-ün əsas mövzusu "Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri"  barədə məlumat təqdim edilib, sessiya zamanı səmərəli və daha effektiv işıqlandırma üçün istiqamətlər və tövsiyələr verilib.

Məlumatlandırma sessiyasında açılış nitqi ilə çıxış edən WUF13-ün milli koordinatorunun müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin aparat rəhbərinin müavini Gülşən Rzayeva iştirakçıları salamlayaraq vurğulayıb ki, WUF13 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi son illər şəhərsalma sahəsində həyata keçirilən genişmiqyaslı tədbir və islahatların məntiqi davamıdır və ölkəni növbəti dəfə qlobal gündəliyin mərkəzinə çıxarır. Bundan irəli gələn məsuliyyətlər, çağırışlar və imkanlar bütün maraqlı tərəflərlə yanaşı, medianın da üzərinə mühüm vəzifələr qoyur. Məlumatlandırma sessiyasının vacibliyini vurğulayaraq o, media nümayəndələrini tədbirə hazırlıq prosesində, tədbir zamanı, habelə WUF13-dən sonra da şəhərsalma mövzusunun ardıcıl və peşəkar şəkildə işıqlandırılmasına fəal töhfə verməyə çağırıb.  

Daha sonra BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Azərbaycan üzrə rəhbəri Anna Soave qeyd edib ki, 2026-cı ilin ölkədə "Şəhərsalma və Memarlıq İli" elan olunması və WUF13 tədbirinin Azərbaycanda təşkili beynəlxalq diqqətin regiona yönəlməsinə və konkret, davamlı nəticələrin əldə edilməsinə unikal imkan yaradır. Onun sözlərinə görə, əsas məqsəd forumun nəticələrini milli təcrübəyə inteqrasiya etmək, institusional mexanizmləri gücləndirmək, mütəxəssislərin bacarıqlarını inkişaf etdirmək, uzunmüddətli tərəfdaşlıqlar qurmaq və insan yönümlü şəhərsalma yanaşmasını təşviq etməkdir. Anna Soave, həmçinin vurğulayıb ki, tədbirdə aparılacaq müzakirələr layiqli mənzil təminatı, mobillik, əlçatanlıq, ekoloji dayanıqlılıq və inklüziv şəhərsalma istiqamətlərində irəliləyişlərə təkan verəcək. O, bu prosesdə medianın əhəmiyyətli rol oynadığını diqqətə çatdırıb.

Məlumatlandırma sessiyasında iştirak edən Medianın İnkişafı Agentliyinin icraçı direktorunun müavini Natiq Məmmədli media nümayəndələrinə müraciət edərək qeyd edib ki, WUF13 çərçivəsində keçirilən tədbir dayanıqlı şəhərsalmanın inkişafı ilə medianın məsuliyyətli və maarifləndirici rolunun vəhdətini ön plana çıxarır. O bildirib ki, müasir urbanizasiya prosesləri yalnız infrastruktur və texnoloji yeniliklərlə deyil, həm də ictimai məlumatlandırma, şəffaf kommunikasiya və düzgün informasiya siyasəti üzərində qurulmalıdır. Natiq Məmmədli vurğulayıb ki, media şəhərsalma təşəbbüslərinin obyektiv çatdırılmasında, ictimai fəallığın artırılmasında körpü rolunu oynayır.

Sessiyanın davamında WUF13 Azərbaycan Əməliyyat Şirkəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndələri tərəfindən iştirakçılara davamlılıq və inklüzivlik mövzularında, eləcə də Ümumdünya Şəhərsalma Forumunun mahiyyəti barədə və Azərbaycanın şəhərsalma inkişafı və dayanıqlılıq siyasəti barədə ətraflı məlumat verilib. Eyni zamanda WUF13 çərçivəsində gerçəkləşən Azərbaycan Şəhərsalma Kampaniyası haqqında da ətraflı məlumat verilib. Şəhərsalma sahəsində ən mühüm və aktual məsələləri əhatə edən praktiki məşğələ keçirilib.

Efirdə məşhur aparıcıya "Ərdoğan ZARAFATI" like
  • 23 Fev 14:15  
Digərləri Efirdə məşhur aparıcıya "Ərdoğan ZARAFATI"

Türkiyənin Beyaz TV kanalında yayımlanan "Sakın Kaçırma" proqra

arrow Ətraflı
2 aydır partlayan su boru xətti niyə təmir edilmir?  ŞİKAYƏT like
  • 23 Fev 14:07  
Digərləri 2 aydır partlayan su boru xətti niyə təmir edilmir? ŞİKAYƏT

Bakının Xətai rayonu, "NZS" qəsəbəsi, Corat küçəsində su bo

arrow Ətraflı
Qalmaqal BÖYÜYÜR: "Ərin varsa, gəlsin.." like
  • 23 Fev 14:00  
Şou-biznes Qalmaqal BÖYÜYÜR: "Ərin varsa, gəlsin.."

Xəbər verdiyimiz kimi, müğənni Səidə Sultan ilə aparıcı Tarix Əliyev

arrow Ətraflı
Kəmaləddin Heydərovun iki general müavini vəzifəsindən azad edildi  RƏSMİ like
  • 23 Fev 13:52  
Digərləri Kəmaləddin Heydərovun iki general müavini vəzifəsindən azad edildi RƏSMİ

General-leytenant Orucəli Hacıyev və general-leytenant Etibar Mirzəyev fövq

arrow Ətraflı
Bakıda oğlu qətlə yetirilən ANA: "Oğlumu öldürən şəxsdən şikayətçi deyiləm" like
  • 23 Fev 13:46  
Digərləri Bakıda oğlu qətlə yetirilən ANA: "Oğlumu öldürən şəxsdən şikayətçi deyiləm"

Bakıda qardaşı oğlunu qətlə yetirməkdə təqsirləndirilən Babək İbad

arrow Ətraflı
"Oğluma nifrət edirəm"  İbrahim Tatlısəs like
  • 23 Fev 13:39  
Şou-biznes "Oğluma nifrət edirəm" İbrahim Tatlısəs

Türkiyəli müğənni İbrahim Tatlıses son günlər övladlarının onun bar�

arrow Ətraflı
Xalq artisti: "Türkiyədə Azərbaycan kanallarını ələ salırlar" like
  • 23 Fev 12:59  
Şou-biznes Xalq artisti: "Türkiyədə Azərbaycan kanallarını ələ salırlar"

Xalq artisti Brilliant Dadaşova TikTok canlı yayımında Tv-də yayımlanan v

arrow Ətraflı
Təqaüdə göndərilən rəis Elçin Quliyevin köməkçisi təyin EDİLDİ like
  • 23 Fev 12:49  
Digərləri Təqaüdə göndərilən rəis Elçin Quliyevin köməkçisi təyin EDİLDİ

Bu yaxınlarda təqaüdə göndərilən 43 yaşlı general-leytenant Babək Qur

arrow Ətraflı
Maşın bazarında niyə alıcı yoxdur? like
  • 23 Fev 12:40  
Digərləri Maşın bazarında niyə alıcı yoxdur?

Hazırda Azərbaycan avtomobil bazarında müşahidə olunan vəziyyət bir neç

arrow Ətraflı
6 ölkə birləşib ittifaq yaradacaqlar  Netanyahu açıqladı like
  • 23 Fev 12:17  
Dünya 6 ölkə birləşib ittifaq yaradacaqlar Netanyahu açıqladı

İsrailin Baş naziri Binyamin Netanyahu İsrailin "radikal" düşmən

arrow Ətraflı
Xalq Artisti konsertdən 77 min manat qazanacaq like
  • 23 Fev 12:12  
Şou-biznes Xalq Artisti konsertdən 77 min manat qazanacaq

Rusiyanın Xalq Artisti Larisa Dolina paytaxt Moskvanın məşhur klublarında s

arrow Ətraflı
Ağdərənin 4 yaşayış məntəqəsinə növbəti köç karvanları yola salındı like
  • 23 Fev 11:55  
Digərləri Ağdərənin 4 yaşayış məntəqəsinə növbəti köç karvanları yola salındı

Ağdərə rayonunun yenidən bərpa olunan 4 yaşayış məntəqəsinə növbət

arrow Ətraflı
Saatlıda 1176 şagirdlik məktəb tamamilə yenidən quruldu like
  • 23 Fev 11:26  
Digərləri Saatlıda 1176 şagirdlik məktəb tamamilə yenidən quruldu

Ölkəmizdə təhsil infrastrukturunun inkişafı istiqamətində həyata keçir

arrow Ətraflı