İlham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik edib
Siyasət 22 Fev 2026 11:02:00 251 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səudanı təbrik edib.
Son.az xəbər verir ki, təbrik məlumatında yazılıb:
"Əziz Qardaşım,
Səudiyyə Ərəbistanı Krallığının Təsis Olunması Günü münasibətilə Sizi və Sizin simanızda qardaş xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında möhkəm dostluğun yaxşı nümunəsi olan və qardaşlığa əsaslanan münasibətlərin gündən-günə genişlənməsi və yeni məzmunla zənginləşməsi bizi olduqca sevindirir. Aramızda mövcud olan yüksək səviyyəli siyasi dialoq iqtisadi, enerji, humanitar və digər sahələrdə əməkdaşlığımız ilə müşayiət olunmaqdadır.
Bərpaolunan enerji və investisiya sahələrində ölkələrimizin səmərəli birgə fəaliyyətini xüsusi qeyd etmək istərdim. Qardaş ölkənizin "ACWA Power" şirkəti tərəfindən 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının tikilərək bu yaxınlarda istismara verilməsi sıx tərəfdaşlığımızın bariz nümunəsidir.
Əminəm ki, Azərbaycan-Səudiyyə Ərəbistanı dövlətlərarası münasibətlərini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.
Bu xoş fürsətdən istifadə edərək Sizi və qardaş xalqınızı müqəddəs Ramazan ayının başlaması münasibətilə də səmimi-qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanına daim əmin-amanlıq və firavanlıq diləyirəm".
Ukrayna ordusu Dnepropetrovsk vilayətində cəbhənin müəyyən istiqamətlər
Rusiya hökuməti Dövlət Dumasına əmək miqrantlarının 18 yaşına çatmı
"Çocuklar duymasın"ın aktrisası Pınar Altuğ açıqlaması ilə d
Hazırda paytaxt Bakı şəhərində bir neçə istiqamətdə söküntü işlər
Bir müəllim oruc tutan şagirdlərin valideynlərinə mesaj göndərib. Sosial
Astroloqların fikrincə, bəzi bürclər var ki, praktik bacarıqları, zəhmə
Xəbər verildiyi kimi, paytaxtın Tbilisi prospekti, Tibb Universiteti, Rusiya
Xalq artisti Röya Ayxan və Əməkdar artist Xəyyam Nisanov uzun müddətdən
Salsa janrının yaradıcılarından biri, Puerto-Riko əsilli bəstəkar Villi
Gəncə şəhərində xəstəxanaya ağır vəziyyətdə gətirilən azyaşlı u
Yerli vaxtla saat 05:07-də Qobustan stansiyasından 35 km cənub-qərbdə, Şam
Müasir dünyada məlumatların saxlanılması ən böyük problemlərdən birid
Yaponiyanın dövlət borcu ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 260%-dən
Həm görüntüsü, həm də dadı ilə süfrələrin bəzəyi olan bülbül yuv
Dəsmalların bir neçə yuyulmadan sonra sərtləşməsi və su udma qabiliyyə
