Bakıda yeni metrostansiya açılır Adı isə...


Digərləri 22 Fev 2026 09:35:00 241 0

Bakıda yeni metrostansiya açılır  Adı isə...

Xəbər verildiyi kimi, paytaxtın Tbilisi prospekti, Tibb Universiteti, Rusiya səfirliyi və Semaşko xəstəxanası kimi tanınan 1 saylı Kliniki Tibbi Mərkəzin yaxınlığında yeni metrostansiya tikilib. Artıq stansiyada son tamamlanma işləri aparılır.

Son.az xəbər verir ki, sakinlərin sözlərinə görə, illərdir təmiri gedən stansiyanın təhvil verilməsi onların hərəkətini xeyli rahatlaşdıracaq.

"Bakı Metropoliteni" QSC-dən bildirildi ki, b4 stansiyasının tikinti quraşdırma işləri hazırda iş qrafikinə uyğun sürətli şəkildə davam etdirilir. "8 Noyabr" - b4 stansiyaları arasında ümumi uzunluğu 1690 metr olan mənzil tunelləri tam olaraq inşa edilib.

"Bakı Metropoliteni"ninin rəsmisi bildirib ki, stansiyanın ilin sonuna qədər hazır olması və təhvil verilməsi nəzərdə tutulur.

Bəs stansiyanın adı nə olacaq? Bu yöndə müzakirə gedirmi? Ərazidəki mühüm tibb ocaqlarının mövcudluğu nəzərə alınaraq, yeni stansiyaya tanınmış tibb alimlərindən birinin , məsələn, Mustafa Topçubaşovun, yaxud milli qəhrəmanlardan birinin adı verilə bilərmi? Ümumiyyətlə, advermə proseduru necədir?

"Bakı Metropoliteni" QSC-dən Musavat.com-a bildirilib ki, mövcud qanunveriliciyə uyğun olaraq, stansiyalara adların verilməsi Nazirlər Kabinetinin səlahiyyətindədir və yeni stansiyanın adı ilə bağlı rəsmi məlumat yoxdur.

Qeyd edək ki, metrostansiyaların adları Azərbaycanda müstəqillik illərinə qədər SSRİ Nazirlər Soveti və Bakı Şəhər Xalq Deputatları Soveti İcraiyyə Komitəsi tərəfindən müəyyənləşdirilirdi. Azərbaycan müstəqillik qazandıqdan sonra isə stansiyaların adlandırılması Nazirlər Kabinetinin səlahiyyətindədir.

Məlumat üçün bildirək ki, 1967-ci il 6 noyabrda fəaliyyətə başlayan Bakı metrosunda stansiyaların adları bir neçə dəfə dəyişdirilib.

Adları dəyişdirilən stansiyalardan biri də indiki "20 Yanvar" stansiyasıdır. 1985-ci ildən fəaliyyətə başlayan bu stansiyanın ilk adı "XI Qızıl Ordu Meydanı" olub. Məlum 20 yanvar hadisələri zamanı da stansiya "XI Qızıl Ordu Meydanı" kimi fəaliyyət göstərib. Hadisədən 2 il sonra, 27 aprel 1992-ci ildə stansiyanın adı "20 Yanvar"la əvəzlənib.

İndiki "28 May" stansiyası ilk illərdə "28 Aprel" adlandırılıb. Bu stasiyanın adı 9 aprel 1992-ci ildə dəyişdirilib.

1972-ci ildən fəaliyyətə başlayan "Avrora" stansiyası 27 aprel 1992-ci ildən "Qara Qarayev" adlandırılıb. "26 Bakı Komissarı" stansiyasının adı isə 9 aprel 1992-ci ildə "Sahil" olub.

"Bakmil" stansiyası da adı dəyişdirilənlərdəndir. 1979-cu ildə fəaliyyətə başlayan stansiyanın o vaxtki adı "Elektrozavod" olub. 1 yanvar 1993-cü il tarixində həmin ad "Bakmil" adı ilə əvəzlənib.

"Bakı Soveti"nin adı isə uzun müddət qalıb. Yalnız 25 aprel 2007-ci iltarixində "İçәrişәhәr" adı ilə əvəzlənib.

Adı dəyişdirilən hələlik sonuncu stansiya "Koroğlu"dur. 1972-ci ildə fəaliyyətə başlayan stansiyanın adı əvvəllər "Məşədi Əzizbəyov" olub. Lakin 30 dekabr 2011-ci il tarixində stansiyanın adı dəyişdirilib və "Koroğlu" adlandırılıb. 

Röyanın əməkdar artistlə rəqsi GÜNDƏM OLDU like
  • 22 Fev 09:25  
Şou-biznes Röyanın əməkdar artistlə rəqsi GÜNDƏM OLDU

Xalq artisti Röya Ayxan və Əməkdar artist Xəyyam Nisanov uzun müddətdən

arrow Ətraflı
Villi Kolon vəfat etdi like
  • 22 Fev 09:15  
Kriminal Villi Kolon vəfat etdi

Salsa janrının yaradıcılarından biri, Puerto-Riko əsilli bəstəkar Villi

arrow Ətraflı
Gəncədə azyaşlı qızdırmadan öldü like
  • 22 Fev 09:05  
Digərləri Gəncədə azyaşlı qızdırmadan öldü

Gəncə şəhərində xəstəxanaya ağır vəziyyətdə gətirilən azyaşlı u

arrow Ətraflı
Azərbaycanda zəlzələ oldu like
  • 22 Fev 08:43  
Digərləri Azərbaycanda zəlzələ oldu

Yerli vaxtla saat 05:07-də Qobustan stansiyasından 35 km cənub-qərbdə, Şam

arrow Ətraflı
Şüşə üzərində məlumat saxlama ixtirası: Bəşəriyyət üçün dönüş nöqtəsidir? like
  • 22 Fev 08:41  
Digərləri Şüşə üzərində məlumat saxlama ixtirası: Bəşəriyyət üçün dönüş nöqtəsidir?

Müasir dünyada məlumatların saxlanılması ən böyük problemlərdən birid

arrow Ətraflı
Dünyanın ən borclu ölkəsində niyə hər kəsin kefi kökdür? like
  • 22 Fev 08:08  
Dünya Dünyanın ən borclu ölkəsində niyə hər kəsin kefi kökdür?

Yaponiyanın dövlət borcu ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 260%-dən

arrow Ətraflı
Bülbül yuvası: Şərbətli şirniyyatların ən zərif forması like
  • 22 Fev 07:07  
Digərləri Bülbül yuvası: Şərbətli şirniyyatların ən zərif forması

Həm görüntüsü, həm də dadı ilə süfrələrin bəzəyi olan bülbül yuv

arrow Ətraflı
Dəsmalların ömrünü uzadan 5 qızıl qayda like
  • 22 Fev 06:06  
Digərləri Dəsmalların ömrünü uzadan 5 qızıl qayda

Dəsmalların bir neçə yuyulmadan sonra sərtləşməsi və su udma qabiliyyə

arrow Ətraflı
Hərbi xidmətdən qayıdan əsgərin anasına sürprizi KÖVRƏLTDİ like
  • 22 Fev 05:05  
Digərləri Hərbi xidmətdən qayıdan əsgərin anasına sürprizi KÖVRƏLTDİ

Hərbi xidmətdən yeni qayıdan gəncin anasına etdiyi sürpriz sosial şəbə

arrow Ətraflı
İftar süfrəsi üçün ləzzətli və zəngin menyu TƏKLİFLƏRİ like
  • 22 Fev 04:04  
Digərləri İftar süfrəsi üçün ləzzətli və zəngin menyu TƏKLİFLƏRİ

Ramazan ayında iftar süfrəsi həm ailəni bir araya gətirən, həm də mən�

arrow Ətraflı
"Pikaçu"nu səsləndirən O, İMİŞ... like
  • 22 Fev 03:03  
Digərləri "Pikaçu"nu səsləndirən O, İMİŞ...

İkue Otani 1997-ci ildən etibarən məşhur "Pokémon" anime-seriyas

arrow Ətraflı
Eyyub Yaqubov tanınmaz halda  gənclik illərindəki... like
  • 22 Fev 01:01  
Şou-biznes Eyyub Yaqubov tanınmaz halda gənclik illərindəki...

Xalq artisti Eyyub Yaqubovun gənclik illərinə aid arxiv videosu sosial şəb�

arrow Ətraflı
Çatdırılma robotları yayılır, vandallıq artır: Texnologiya insan faktoruna qarşı like
  • 22 Fev 00:53  
Digərləri Çatdırılma robotları yayılır, vandallıq artır: Texnologiya insan faktoruna qarşı

Küçələrdə avtonom şəkildə hərəkət edən və yemək-bağlama çatdıra

arrow Ətraflı
Qızılın saxta olubolmadığını ev şəraitində belə bilmək olar like
  • 22 Fev 00:47  
Digərləri Qızılın saxta olubolmadığını ev şəraitində belə bilmək olar

Son aylarda qızılın qiymətinin bahalaşması fonunda bazarda saxta məhsulla

arrow Ətraflı