Azərbaycanda Ramazan ayı qızıl bazarına necə təsir edir?


Digərləri 21 Fev 2026 10:27:00 231 0

Azərbaycanda Ramazan ayı qızıl bazarına necə təsir edir?

Azərbaycanda Ramazan ayının qızıl bazarına təsiri əsasən satış həcmi (tələbat) üzərindən özünü göstərir, qiymətlərin formalaşmasına isə daha çox qlobal bazarda müşahidə olunan meyillər təsir edir.

Bunu Son.az-a açıqlamasında Azərbaycan Zərgərlər Assosiasiyası İdarə Heyətinin sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov deyib.

O bildirib ki, yerli zərgərlik bazarında satışların əsas hissəsi toy və ailə mərasimləri ilə bağlı olduğundan, ilin ayrı-ayrı dövrlərində bazar aktivliyi fərqli olur.

"Belə ki, bəzi dövrlərdə (məsələn, 8 Mart və Novruz bayramı ərəfəsində) satışlarda artım müşahidə edildiyi halda, bəzi dövrlərdə əksinə, bazar fəallığı azalır. Ramazan ayında toy məclislərinin sayının azalması ilə əlaqədar olaraq zərgərlik bazarında alıcılıq qabiliyyətində təxminən 40-60 faiz intervalında azalma müşahidə oluna bilər.

Eyni zamanda, spot qızılın qiymətinin hazırda təxminən 5000 ABŞ dolları/unsiya ətrafında olması daxili bazarda qiymətlərin yüksək səviyyədə qalmasını şərtləndirən əsas amillərdən biri hesab olunur. Xalis metal üzrə 1 qram qızılın rəsmi dəyəri unsiyanın qram ekvivalentinə əsasən təxminən 270 AZN təşkil edir. Yerli bazarda isə satış qiymətləri əyyar dərəcəsindən, emal səviyyəsindən və satış şərtlərindən asılı olaraq dəyişir. Hazırda 585 əyyar qızılın satış qiyməti təxminən 180-200 AZN, 750 əyyar qızılın satış qiyməti 240-280 AZN, daha yüksək əyyarlı qızıl məmulatlarının satış qiyməti isə təxminən 300 AZN və yuxarı səviyyədə formalaşır".

R.Əmircanov qeyd edib ki, daxili bazara təsirin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda qızıl məmulatlarının pərakəndə satış qiyməti yalnız xalis metalın dəyəri ilə müəyyən olunmur.

"Qiymətlərin formalaşmasına məhsulun hazırlanma və işlənmə səviyyəsi, dizayn xüsusiyyətləri, əlavə komponentlərin dəyəri, tədarük və satış xərcləri, eləcə də satış məntəqələrinin qiymət siyasəti də əhəmiyyətli təsir göstərir. Bu səbəbdən qlobal bazarda qızılın qiyməti artdıqda daxili bazarda da qiymət artımı müşahidə olunsa da, pərakəndə satış qiymətlərinin dəyişmə tempi bəzi hallarda birja göstəricilərindən fərqlənə bilər. Nəticə etibarilə, Ramazan ayında Azərbaycanda qızıl bazarında adətən satış həcminin azalması müşahidə olunur, lakin qiymətlərin səviyyəsi daha çox qlobal qızıl bazarındakı dəyişikliklərlə müəyyən edilir. Bu baxımdan, Ramazan ayının təsiri əsasən tələbat və dövriyyə üzərində özünü göstərir, qiymət formalaşmasında isə əsas rol xarici bazar amillərinə məxsus olur", - deyə R. Əmircanov qeyd edib.

Ayxan Son.az

Bu gün Beynəlxalq Ana Dili Günüdür like
  • 21 Fev 10:26  
Digərləri Bu gün Beynəlxalq Ana Dili Günüdür

Bu gün dünyada Beynəlxalq Ana Dili Günü qeyd olunur.

arrow Ətraflı
Dünən polis 77 cinayətin üstünü açıb like
  • 21 Fev 10:19  
Digərləri Dünən polis 77 cinayətin üstünü açıb

Fevralın 20-də ölkə ərazisində qeydə alınan 72, əvvəlki dövrlərdən

arrow Ətraflı
2026cı ilin şanslı BÜRCLƏRİ  Bolluq, firavanlıq like
  • 21 Fev 10:16  
Digərləri 2026cı ilin şanslı BÜRCLƏRİ Bolluq, firavanlıq

Astroloji proqnozlara görə, 2026-cı il bəzi bürclər üçün maliyyə baxı

arrow Ətraflı
Röyal Cəfərovun ölkədən çıxışına "stop" qoyuldu  SƏBƏB like
  • 21 Fev 09:20  
Digərləri Röyal Cəfərovun ölkədən çıxışına "stop" qoyuldu SƏBƏB

Yevlax Rayon Məhkəməsi vergi orqanının müraciəti əsasında Xaldan bələ

arrow Ətraflı
Türkiyədə zəlzələ oldu like
  • 21 Fev 09:09  
Dünya Türkiyədə zəlzələ oldu

Türkiyənin Malatya vilayətində 4,5 maqnitudalı zəlzələ baş verib.

arrow Ətraflı
Hormonal akne ilə mübarizədə yeni trend: Buruq nanə (Spearmint) çayı like
  • 21 Fev 08:43  
Digərləri Hormonal akne ilə mübarizədə yeni trend: Buruq nanə (Spearmint) çayı

Dəri baxımı mütəxəssisləri və dermatoloqlar xüsusilə çənə xətti bo

arrow Ətraflı
22 illik inadın mükafatı: Eyni nömrələrlə böyük cekpotu qazandı like
  • 21 Fev 08:08  
Digərləri 22 illik inadın mükafatı: Eyni nömrələrlə böyük cekpotu qazandı

Ohayo lotereyasında 22 il boyunca eyni rəqəmlərlə kupon dolduran şəxs, n�

arrow Ətraflı
Cəfərinin saralmaması üçün ən təsirli 5 üsul like
  • 21 Fev 07:07  
Digərləri Cəfərinin saralmaması üçün ən təsirli 5 üsul

Göyərtilərin, xüsusilə də cəfərinin tez saralması mətbəxdə ən çox

arrow Ətraflı
Ən çalışqan bürclər bəlli oldu like
  • 21 Fev 06:06  
Digərləri Ən çalışqan bürclər bəlli oldu

Bəzi insanlar anadangəlmə hədəf yönümlü və intizamlı olurlar. Astroloq

arrow Ətraflı
Sahurda bu sirkəni İÇİN  Möcüzəvi faydası çoxdur like
  • 21 Fev 05:05  
Digərləri Sahurda bu sirkəni İÇİN Möcüzəvi faydası çoxdur

Sahurda alma sirkəsinin istehlakı qan şəkəri səviyyəsinin sürətlə qalx

arrow Ətraflı
Tez tez üşümək ciddi xəstəliyin əlaməti ola bilər like
  • 21 Fev 04:04  
Digərləri Tez tez üşümək ciddi xəstəliyin əlaməti ola bilər

Daim üşümək ciddi xəstəliyin əlaməti ola bilər.

arrow Ətraflı
Bu qidalar uşaqların İQ səviyyəsini azaldır  Xəbərdarlıq like
  • 21 Fev 03:03  
Digərləri Bu qidalar uşaqların İQ səviyyəsini azaldır Xəbərdarlıq

Alimlər müəyyən ediblər ki, erkən yaşlarda tez-tez hazır əriştə, şir

arrow Ətraflı
Ramazan ayında necə düzgün qidalanmalıyıq? like
  • 21 Fev 02:02  
Digərləri Ramazan ayında necə düzgün qidalanmalıyıq?

Ramazan ayı həm mənəvi, həm də fiziki yenilənmə dövrüdür. Oruc tutark

arrow Ətraflı
"Teztez xəstələnirsinizsə, səbəb diş fırçanız ola bilər" like
  • 21 Fev 01:01  
Digərləri "Teztez xəstələnirsinizsə, səbəb diş fırçanız ola bilər"

Tez-tez təkrarlanan soyuqdəymənin gözlənilməz səbəbi açıqlanıb.

arrow Ətraflı
Bloqerin qalmaqal yaşadığı vəzifəli şəxsin FOTOSU like
  • 21 Fev 00:58  
Digərləri Bloqerin qalmaqal yaşadığı vəzifəli şəxsin FOTOSU

Xəbər verdiyimiz kimi, bloqer Çelsi Baxşıyeva Fövqəladə Hallar Nazirliyi

arrow Ətraflı