Ramazan ayında necə düzgün qidalanmalıyıq?
Digərləri 21 Fev 2026 02:02:00 233 0
Ramazan ayı həm mənəvi, həm də fiziki yenilənmə dövrüdür. Oruc tutarkən düzgün qidalanmaq bədənin gün ərzində enerjili qalmasına və sağlamlığın qorunmasına kömək edir. Bu dövrdə ən vacib məqamlardan biri su balansının qorunmasıdır. İftarla imsak arasında kifayət qədər su içmək, həmçinin maye tərkibli qidalara üstünlük vermək orqanizmin susuz qalmasının qarşısını alır. Orucu ilıq su ilə açmaq daha məqsədəuyğundur.
Son.az xəbər verir ki, imsak mütləq edilməlidir, çünki səhər düzgün qidalanma gün ərzində enerji və su balansını qoruyur. Yulaf, düyü və ya bulqur kimi tox saxlayan qidalar, həmçinin yumurta və pendir kimi protein mənbələri seçilə bilər. Tərəvəz və meyvələr isə lifli olduqları üçün həm toxluq hissi yaradır, həm də susuzluğu azaldır.
İftar zamanı tələsmədən qidalanmaq vacibdir. Su içdikdən sonra xurma, zeytun və ya yüngül salat qəbul edilə bilər. Bir qədər fasilə verdikdən sonra əsas yeməyə keçmək həzm sistemini yükləmir. Yeməyə əvvəlcə şorba kimi sulu qidalarla başlamaq daha faydalıdır.
Ramazan ayında çox yağlı, qızardılmış, xəmir xörəkləri və ağır souslu yeməklərdən uzaq durmaq tövsiyə olunur. Qatıq, kefir və ayran kimi fermentləşdirilmiş süd məhsulları isə həzmi yaxşılaşdırır.
İftardan sonra qidalanmanı bir neçə mərhələyə bölmək, kiçik porsiyalarla və yavaş-yavaş yemək daha məqsədəuyğundur. Qidaların yaxşı çeynənməsi həzm problemlərinin qarşısını alır. Axşam saatlarında yüngül piyada gəzmək və yuxu rejiminə diqqət etmək də Ramazan ayını daha rahat keçirməyə kömək edir.
Aysel Son.az
Tez-tez təkrarlanan soyuqdəymənin gözlənilməz səbəbi açıqlanıb.
Xəbər verdiyimiz kimi, bloqer Çelsi Baxşıyeva Fövqəladə Hallar Nazirliyi
Hollivud ulduzu Ceyson Stethemin model nişanlısı Rozi Hantinqton-Uaytlinin ye
Hər gün duş qəbul etmək bir çoxumuz üçün adi vərdiş olsa da, mütəx�
Dünya orbitində fırlanan və artıq istifadə olunmayan peyklər ilə raket h
Fevralın 16-da Rusiyada azərbaycanlı ailəsində faciə baş verib.
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən Akademik Mustafa Topçubaş
ABŞ prezidenti Donald Tramp ölkəyə idxal olunan bütün mallara 10% həcmind
ABŞ-nin Oreqon və Nevada ştatlarının sərhədində yerləşən qədim bir v
İsveçin süni intellekt (AI) sahəsində fəaliyyət göstərən startapları
"Cennetin Çocukları"nın baş qəhrəmanı İsmayıl Hacıoğlu qada
Qusar rayonunda 23 fevral saat 10:00-dan etibarən 3 209 abonentin qaz təchizat
Astara şəhərinin Park-Bulvar ərazisində abadlıq işləri aparan işçilər
