Paytaxt rayonlarının icra başçıları məsuliyyətə ÇAĞRILDI
Digərləri 17 Fev 2026 10:32:00 300 1
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin başçıları və şəhər kommunal xidmətlərinin rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib. Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, müşavirədə şəhərin sanitar təmizliyinin və onun yaz-yay mövsümünə hazırlığının vəziyyəti, əsaslı təmir, abadlıq və yaşıllaşdırma işləri və o cümlədən qanunsuz tikintilərlə bağlı məsələlər müzakirə olunub.
Son.az xəbər verir ki, iclasda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib ki, Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan özünün müasir tarixində çiçəklənmə və tərəqqinin yüksək zirvəsinə çatmışdır. Vurğulanıb ki, qazanılan uğurların əsasında məhz dövlət başçısının siyasi dahiliyi və onun xalqla möhkəm birliyi durur ki, bu da Azərbaycanın bu günkü və gələcək inkişafının təminatıdır.
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı qeyd edib ki, rayon icra hakimiyyəti başçıları rayonlarda olan nöqsanları operativ şəkildə aşkar edib aradan qaldırmalı, məsuliyyət və təşəbbüskarlığın bu gün zamanın tələbi olduğunu yadda saxlamalıdırlar.
Eldar Əzizov Suraxanı, Qaradağ və Xəzər rayonlarında sanitar təmizlik məsələlərinin vəziyyətini kəskin tənqid edərək, bu rayonların bəzi qəsəbələrinin ümumşəhər standartlarından geri qaldığını qeyd edib. Yol verilən nöqsanlara görə Suraxanı Rayon İcra Hakimiyyətinin başçısına töhmət, Xəzər Rayon İcra Hakimiyyətinin başçısına isə şifahi xəbərdarlıq elan edilib. Şəhər rəhbəri rayon başçılarından yerlərdə vəziyyəti yaxşılaşdırmaq üçün təcili tədbirlərin görülməsini tələb edib. Töhmət alan Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxış edərək bütün çatışmazlıqların bir ay ərzində aradan qaldırılacağına söz verib.
Toplantıda paytaxt rayonlarinda təmizlik, abadlıq və yaşıllaşdırma ilə bağlı məsələlər müzakirə olunub. Əldə edilən nəticələr qənaətbəxş hesab edilib, Novruz bayramına hazırlıq və işlərin daha da təkmilləşdirilməsi üçün tapşırıqlar verilib.
Fevralın 16-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə ü
Bilgəh bağları istiqamətində işıq kəsiləcək.
Məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində müğənni Mura
Bu gün Bakı Hərbi Məhkəməsində Ruben Vardanyan barəsində cinayət işi
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək
Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.
"Bananlar zəngin vitamin və minerallar tərkibi ilə sağlam qidalanmanı
Türkiyəli iqtisadçı-ekspert İslam Memiş ABŞ-nin İrana mümkün müdaxil�
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanənd
Bir zamanlar xarici görünüşünə görə "Yerli Leonardo Dikaprio"
Dişləri hər gün fırçalamaq sağlamlıq üçün vacibdir. Ancaq bir çox in
Evdə ayaqyalın gəzmək bir çox insana rahatlıq versə də, mütəxəssislə
"Aynı Yağmur Altında" serialının yeni bölümündən paylaşılan
Yüksək kommunal ödənişlər bizi çox vaxt olduğundan da artıq təəccübl
