Bu gün məhkəmə Vardanyan barəsində qərar VERƏCƏK


Digərləri 17 Fev 2026 09:47:00 224 0

Bu gün məhkəmə Vardanyan barəsində qərar VERƏCƏK

Bu gün Bakı Hərbi Məhkəməsində Ruben Vardanyan barəsində cinayət işi üzrə açıq məhkəmə iclası keçiriləcək.

Son.az xəbər verir ki, Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyana hökm oxunacaq.

Qeyd edək ki, fevralın 10-da keçirilən məhkəmə prosesində məhkəmə baxışının başa çatdığı elan edilib, məhkəmə heyəti müşavirəyə gedib.

Xatırladaq ki, R.Vardanyan CM-nin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

Qeyd edək ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə fevralın 5-də başa çatıb.

Ötən il yanvarın 17-də başlamış və bir ildən çoxdur davam edən prosesdə təqsirləndirilən şəxslər barəsində bu il fevralın 5-də yekun qərar (hökm ) elan edilib.

DYPdən yük avtomobillərinin sürücülərinə ÇAĞIRIŞ like
  • 17 Fev 09:26  
Digərləri DYPdən yük avtomobillərinin sürücülərinə ÇAĞIRIŞ

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək

arrow Ətraflı
Azərbaycanda 10a yaxın şagird məktəbdə ZƏHƏRLƏNDİ like
  • 17 Fev 09:16  
Digərləri Azərbaycanda 10a yaxın şagird məktəbdə ZƏHƏRLƏNDİ

Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.

arrow Ətraflı
Banan alarkən diqqətli olun  Bəzi ölkələr qadağa qoyub like
  • 17 Fev 09:00  
Digərləri Banan alarkən diqqətli olun Bəzi ölkələr qadağa qoyub

"Bananlar zəngin vitamin və minerallar tərkibi ilə sağlam qidalanmanı

arrow Ətraflı
Nə qızıl, nə gümüş  ekspertdən 2026cı il üçün "çempion" namizəd like
  • 17 Fev 08:41  
Digərləri Nə qızıl, nə gümüş ekspertdən 2026cı il üçün "çempion" namizəd

Türkiyəli iqtisadçı-ekspert İslam Memiş ABŞ-nin İrana mümkün müdaxil�

arrow Ətraflı
"Aygün Bəylərin vəsiyyətini yerinə yetirirəm" like
  • 17 Fev 08:08  
Şou-biznes "Aygün Bəylərin vəsiyyətini yerinə yetirirəm"

Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanənd

arrow Ətraflı
Türkiyənin "Leonardo Dikaprio"su sevgilisini ilk dəfə paylaşdı like
  • 17 Fev 06:06  
Şou-biznes Türkiyənin "Leonardo Dikaprio"su sevgilisini ilk dəfə paylaşdı

Bir zamanlar xarici görünüşünə görə "Yerli Leonardo Dikaprio"

arrow Ətraflı
Diş fırçalayarkən bu səhvləri ETMƏYİN like
  • 17 Fev 05:05  
Digərləri Diş fırçalayarkən bu səhvləri ETMƏYİN

Dişləri hər gün fırçalamaq sağlamlıq üçün vacibdir. Ancaq bir çox in

arrow Ətraflı
Evdə ayaqyalın gəzənlərdə bu xəstəlik olur like
  • 17 Fev 04:04  
Digərləri Evdə ayaqyalın gəzənlərdə bu xəstəlik olur

Evdə ayaqyalın gəzmək bir çox insana rahatlıq versə də, mütəxəssislə

arrow Ətraflı
Hülya Avşarın serialındakı "donuz əti" səhnəsi müzakirələrə səbəb oldu like
  • 17 Fev 03:03  
Şou-biznes Hülya Avşarın serialındakı "donuz əti" səhnəsi müzakirələrə səbəb oldu

"Aynı Yağmur Altında" serialının yeni bölümündən paylaşılan

arrow Ətraflı
Bu yuma rejimindən istifadə etməyin  İşıq pulu çox "yazır" like
  • 17 Fev 02:02  
Digərləri Bu yuma rejimindən istifadə etməyin İşıq pulu çox "yazır"

Yüksək kommunal ödənişlər bizi çox vaxt olduğundan da artıq təəccübl

arrow Ətraflı
NURANdan gözlənilməz addım!  VİDEO like
  • 17 Fev 01:30  
Şou-biznes NURANdan gözlənilməz addım! VİDEO

Müğənni NURAN "Niyə?" adlı mahnısını yayımlayıb.

arrow Ətraflı
"TikTok"da yeni dələduzluq sxemi ifşa olundu  VİDEO like
  • 17 Fev 01:15  
Digərləri "TikTok"da yeni dələduzluq sxemi ifşa olundu VİDEO

"Krediti, borcu olan yazsın, kömək edim...", "Ərzağa ehtiyac

arrow Ətraflı
Murat Dalkılıçın bu görüntüləri müzakirə yaratdı like
  • 17 Fev 01:01  
Şou-biznes Murat Dalkılıçın bu görüntüləri müzakirə yaratdı

Türkiyəli müğənni Murat Dalkılıç səhnədə yaşadığı hadisə ilə g�

arrow Ətraflı
Sumqayıtda binada yanğın olub like
  • 17 Fev 00:49  
Digərləri Sumqayıtda binada yanğın olub

Sumqayıt şəhərinin birinci mikrorayon ərazisində yerləşən yaşayış bi

arrow Ətraflı
Vətən müharibəsi qazisi vəfat etdi like
  • 17 Fev 00:46  
Digərləri Vətən müharibəsi qazisi vəfat etdi

Vətən müharibəsi qazisi Elnur Quliyev vəfat edib.

arrow Ətraflı