"Qardaşımın ailə faciəsi qızının dənizdə boğulması ilə BAŞLADI"
Şou-biznes 17 Fev 2026 10:50:00 290 0
Tanınmış müğənni canlı efirdə ailəsində yaşanan faciələrdən danışaraq duyğulu anlar yaşayıb.
Bu xəbəri də oxu: Səidə illərdir danışdırmadığı anası və xalası ilə barışmasından DANIŞDI
Son.az-ın məlumatına görə, sənətçi bildirib ki, qardaşının ailəsində baş verən hadisələr onların həyatını tamamilə dəyişib.
Onun sözlərinə görə, ilk ağır zərbə qardaşının 17 yaşlı qızının dənizdə boğulması olub:
"Qardaşımın ailə faciəsi qızının dənizdə boğulması ilə başladı. 17 yaşında dənizdə boğuldu. Ondan sonra anası xəstə oldu, qardaşım da vəfat etdi".
Müğənni qeyd edib ki, qardaşı 54 yaşında dünyasını dəyişib. Gitarist kimi fəaliyyət göstərən qardaşının həyat yoldaşı isə xərçəng xəstəliyindən vəfat edib:
"Qardaşım gitara ifaçısı idi, 54 yaşında rəhmətə getdi. Yoldaşı xərçəng xəstəliyindən öldü. Xanımının 40-da yatdı, oyanmadı".
Sənətçi bildirib ki, hazırda qardaşının üç övladı qalıb və onlarla daim maraqlanır:
"Üç övladı qalıb. Hər gün maraqlanıram, köməklik edirəm. Qohumlara baxıram, amma heç vaxt bunu deməmişəm, ayıbdır".
Ailəsi haqqında da danışan ifaçı qeyd edib ki, bacılarından biri həkim, digəri isə xarici dil müəllimidir. Özü isə Pedaqoji universiteti bitirib:
"Qardaşımın oğlu ilə bir məktəbdə oxumuşuq, uşaqlığımız bir yerdə keçib. Qardaşım evləndikdən sonra mən dünyaya gəlmişəm. Bacılarımdan biri həkimdir, digəri xarici dil müəllimidir. Özüm də Pedaqoji universiteti bitirmişəm".
Sənətçi əlavə edib ki, Şimali Kiprdə yaşayan bacısının yanına son 8 ildə gedə bilməyib.
Onun bu səmimi etirafları studiyada və sosial şəbəkələrdə maraqla qarşılanıb.
Musa Son.az
Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon
Xəbər verdiyimiz kimi, Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon
Bakı Şəhər İcra Hakimiyyətində paytaxtın rayon icra hakimiyyətlərinin
Fevralın 16-da Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə ü
Bilgəh bağları istiqamətində işıq kəsiləcək.
Məşhurları hədəf alan narkotik istintaqı çərçivəsində müğənni Mura
Bu gün Bakı Hərbi Məhkəməsində Ruben Vardanyan barəsində cinayət işi
Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) sürücülərə müraciət edərək
Göygöldə orta məktəbdə kütləvi zəhərlənmə olub.
"Bananlar zəngin vitamin və minerallar tərkibi ilə sağlam qidalanmanı
Türkiyəli iqtisadçı-ekspert İslam Memiş ABŞ-nin İrana mümkün müdaxil�
Mərhum Əməkdar artist Aygün Bəylərin bacısı Zümrüd Hümbətova xanənd
Bir zamanlar xarici görünüşünə görə "Yerli Leonardo Dikaprio"
Dişləri hər gün fırçalamaq sağlamlıq üçün vacibdir. Ancaq bir çox in
