"35 yaşıma kimi həkim ərə getməyimə İCAZƏ VERMİR"
Şou-biznes 16 Fev 2026 10:00:00 235 0
"Miss Azərbaycan" Səmra Hüseynova "Öz aramızda" verilişində səsləndirdiyi fikirlərlə gündəmə gəlib.
Son.az xəbər verir ki, model uşaqlıq travmaları, şəxsi münasibətləri və OKP (obsesiv-kompulsiv pozuntu) ilə bağlı açıqlamaları ilə sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.
Səmra bildirib ki, həyatının yarısı psixoloji travmalar fonunda keçib. Onun sözlərinə görə, münasibətlərində dəfələrlə ciddi görünən təkliflərlə qarşılaşsa da, sonradan müxtəlif bəhanələrlə tərk edilib. "Əvvəl evlilik təklifi edirlər, sonra '3 ay görüşək' deyib vaxt uzadırlar. Daha sonra isə müxtəlif səbəblər gətirib münasibətdən uzaqlaşırlar", - deyə o vurğulayıb.
Model sevgi və ailə mövzusunda da diqqətçəkən fikirlər səsləndirib. O, hesab edir ki, əgər münasibətin başlanğıcında ailə qurmaq niyyəti yoxdursa, sevgi zamanla sönür: "Sevginin müddəti var, təxminən üç ilə qədər davam edir. Daha sonra münasibət övlad üzərində qurulur və ailə bu səbəbdən dağılmır".
Səmra Hüseynova nevropatoloqunun ona 35 yaşına qədər ailə qurmamağı və ciddi münasibətdən uzaq durmağı tövsiyə etdiyini də açıqlayıb. Onun sözlərinə görə, bəzi insanlar belə bir xəstəliyin mövcudluğunu inkar etsə də, OKP real psixoloji pozuntudur və travmalar nəticəsində yarana bilər. "Kimsə toxunduqda belə şüuraltı travma işə düşür", - deyə model qeyd edib.
Verilişdən sonra yenidən həkimə müraciət etdiyini bildirən Səmra müalicə prosesinin 35 yaşında başa çatacağını deyib. O əlavə edib ki, hazırkı psixoloji vəziyyəti ilə ailə qurarsa, yaşadıqlarının övladına da təsir edə biləcəyindən ehtiyat edir.
Onun bu etirafları sosial mediada birmənalı qarşılanmayıb. Bəzi izləyicilər açıqlamaları səmimi qiymətləndiriblər, digərləri isə səsləndirilən fikirlərlə razılaşmadıqlarını bildiriblər.
Hüseyn Son.az
8 Mart - Beynəlxalq Qadınlar Günü ilə əlaqədar Azərbaycanda iş və isti
Gəncədə zəhərlənmə hadisəsi baş verib.
Belqradda baş verən hadisə formal baxımdan rəsmi səfər protokoluna tam uy
Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda və Ağdərə rayonu ə
Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkətinin ən müdafiəsiz iştirak�
Aparıcı Vüsalə Əlizadə ikinci dəfə böyrək köçürmə əməliyyatı ol
Misirin şimalındakı Nil deltasında aparılan qazıntılar zamanı bəşəriy
Mətbəxdəki dəmir və ya çuqun tabaqlar rütubət nəticəsində zamanla pas
Çox vaxt makaron suyunu süzərkən və ya tıxanmış boruları açmaq məqsə
Dünyada sudan sonra ən çox istehlak edilən içki olan qara çay tərkibində
Evdə hazırlanan qatığın həm dadlı, həm də bərk olması üçün tempera
Bir vaxtlar avtomobillərin çoxluğundan addım atmağa yer olmayan Bakı Gömr
Bakıda ana öz azyaşlı övladına qarşı qeyri-insani rəftar nümayiş etdi
