Damarlar üçün faydalı olan MƏHSULLAR
Digərləri 15 Fev 2026 05:05:00 233 0
"Damarların möhkəm və elastik qalması üçün zərərli vərdişlərdən imtina, fiziki aktivlik və balanslı qidalanma vacibdir".
Son.az oxu.az-a istinadən xəbər verir ki, bunu rusiyalı kardioloq Polina Savina bildirib.
Həkim qeyd edib ki, damar divarlarının elastikliyi üçün C vitamini ilə zəngin məhsulları mütəmadi qəbul etmək lazımdır. Kardioloqun sözlərinə görə, bu qrupa sitrus meyvələri, itburnu, qara qarağat, çaytikanı, kivi, bolqar bibəri, qarabaşaq yarması və göyərti (cəfəri, ispanaq, şüyüd və ya keşniş) daxildir.
Savina, həmçinin menyuya E vitamini tərkibli məhsulların əlavə edilməsini tövsiyə edib. Bu vitamin "pis" xolesterinin (LDL) oksidləşməsinin və damar divarlarında çökməsinin qarşısını alan güclü antioksidantdır. Həkimin fikrincə, ən yaxşı seçimlər zeytun, kətan və günəbaxan yağı (xüsusilə soyuq yeməklərdə), həmçinin qoz-fındıq, tumlar və avokadodur.
Onun sözlərinə görə, Omeqa-3 mənbələri də az əhəmiyyət kəsb etmir. Çoxdoymamış yağ turşuları "pis" xolesterinin səviyyəsini azaltmağa kömək edir, damar divarının elastikliyini artırır və qan dövranını yaxşılaşdırır.
Savinanın daha bir tövsiyəsi rasiona flavonoidlərlə zəngin yaşıl çay, tünd şokolad, giləmeyvələr və pomidorun daxil edilməsidir.
Florida Universitetinin ağız biologiyası üzrə mütəxəssisləri şəkərin
Üz nahiyəsində zamanı ən tez büruzə verən hissə göz ətrafıdır və b
Xəbər verdiyimiz kimi, türkiyəli aktyor Kanbolat Görkem Arslan 45 yaşında
Tanınmış teleaparıcı İlhamiyyə Rza ilə birlikdə yazıçı Həmid Heris�
Sabah Yer kürəsində maqnit qasırğası gözlənilmir.
Türkiyənin məşhur müğənnisi Ebru Gündeşin Yaxın Şərqdəki konsert ç
Müğənni Lətifə Sevgililər günündə aldığı özəl hədiyyələri nüma
Xəritədə kiçik bir nöqtə kimi görünməsinə baxmayaraq, Lüksemburq sahi
Bir vaxtlar inqilab kimi təqdim edilən və hər yeni avtomobildə standart hal
Hazırda Suraxanı rayonu, Aeroport şosesində ("Buta Palace" yaxınl
Bu börək növü həm dadlı, həm də zülalla zəngindir. Hazırlanması sad�
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Xalq artisti Röya Ayxan qardaşı İsmayılın oğlu Mete Beyazla paylaşım ed
Üç müavini vəzifəsindən azad olunan fövqəladə hallar naziri Kəmaləddi
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytax
