Avtomobillərdəki "StartStop" texnologiyası tarix olur
Digərləri 15 Fev 2026 00:37:00 269 0
Bir vaxtlar inqilab kimi təqdim edilən və hər yeni avtomobildə standart hala gələn "Start-Stop" sistemi artıq mübahisə mövzusuna çevrilib. Bir çox istehsalçı və ekspert bu sistemin faydasından çox zərəri olduğunu düşünməyə başlayıb.
Son.az xəbər verir ki, Start-Stop sistemi tıxaclarda mühərriki söndürüb yenidən işə salmaqla işləyir. Lakin normal bir mühərrik ömrü boyu təxminən 50 min dəfə işə düşmək üçün nəzərdə tutulsa da, Start-Stop olan avtomobillərdə bu rəqəm 500 mini keçə bilir.
Nəticədə marş mühərriki (starter), akkumulyator və mühərrik yataqları daha tez sıradan çıxır.
Bu sistemlə işləyən avtomobillər üçün adi akkumulyatorlar kifayət etmir; onlar üçün daha güclü və bahalı AGM və ya EFB tipli akkumulyatorlar tələb olunur. İstehlakçılar qənaət etdikləri yanacaq pulunu, sonda bahalı akkumulyator dəyişiminə xərcləməli olurlar.
Araşdırmalar göstərir ki, Start-Stop sistemi şəhər daxili sıx tıxacda yanacaq qənaətinə cəmi 3% ilə 5% arasında təsir edir. Sürücülərin çoxu bu kiçik qənaət üçün mühərrikin daimi sönüb-yanmasından yaranan sarsıntı və komfort itkisini qəbul etmək istəmir.
Start-Stop texnologiyasının sonunu gətirən ən böyük amil elektrikli keçiddir.
Daxili yanma mühərriki söndükdə belə, avtomobil elektrik mühərriki ilə hərəkətə davam etdiyi üçün köhnə nəsil "Start-Stop"a ehtiyac qalmır.
Bu avtomobillərdə zatən "rölanti" (boşda işləmə) anlayışı olmadığı üçün sistem tamamilə mənasını itirir. Lalə Qüdrətova Son.az
Hazırda Suraxanı rayonu, Aeroport şosesində ("Buta Palace" yaxınl
Bu börək növü həm dadlı, həm də zülalla zəngindir. Hazırlanması sad�
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Xalq artisti Röya Ayxan qardaşı İsmayılın oğlu Mete Beyazla paylaşım ed
Üç müavini vəzifəsindən azad olunan fövqəladə hallar naziri Kəmaləddi
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə paytax
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqay
Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Azərbaycan xarici işlər
Qardaşı şəhid olduqdan sonra səhnədən uzaqlaşan Xana Babayeva (Xanım Ba
Bakıda yerləşən ticarət mərkəzlərindən birində 14 Fevral - Sevgililər
"Birinci qızım çıxır, mən isə ondan sonra səhnəyə çıxıram. Gö
Azərbaycan Milli İncəsənət Muzeyində vizual sənətlər nəzəriyyəçis
Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təchizat İdarəsinin keçmiş rəisi
"Adını Feriha Koydum" serialı ilə bağlı açılmış məhkəmə i
