Bu xanım 32 ildir yüksək vəzifədədir FOTO
Digərləri 12 Fev 2026 20:10:00 345 0
Azərbaycanda ən stajlı məmurlardan biri də Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadədir. Görkəmli dövlət xadimi, Sosialist Əməyi Qəhrəmanı Mehdi Mustafayevin ailəsində doğulan Məleykə Abbaszadənin həyatının ən məhsuldar illəri Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət İmtahan Mərkəzi ilə bağlıdır. Xanım Abbaszadə 32 ildir bu qurumun rəhbərliyində təmsil olunur.
Son.az xəbər verir ki, Məleykə Abbaszadə 1953-cü ildə Bakı şəhərində anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hesablama riyaziyyatı və kibernetika fakültəsinin məzunudur. Texnika elmləri namizədidir.
Məleykə Abbaszadə Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanları ilə 1994-cü ilin avqust ayında Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sədrinin birinci müavini təyin edilib, 1995-ci ilin yanvar-iyun aylarında və 1996-cı ilin iyun ayından 2000-ci ilin oktyabrınadək sədr vəzifəsini müvəqqəti icra edib. 2000-ci ilin oktyabr ayında isə TQDK-nın sədri vəzifəsinə təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 12 aprel 2016-cı ildə Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının, 23 iyul 2024-cü ildə isə İdarə Heyətinin sədri təyin edilib.
Fevralın 9-13-də Özbəkistanın paytaxtı Daşkənddə İslam Dünyası Təhs
Bu gün paytaxtın Yasamal rayonu ərazisində marşrut avtobuslarının iştira
Naxçıvan səhiyyə nazirinin birinci müavini vəzifəsi ləğv edilib.
Xalq artisti Aygün Kazımovanın dövlət qarşısında vergi öhdəliyinin yar
Kənd Təsərrüfatı Nazirliyinin bir sıra Dövlət Aqrar İnkişaf Mərkəzl�
Sabah Siyəzən, Şabran və Qusar rayonlarının qaz təchizatında fasilə yar
Naxçıvan Kənd Təsərrüfatı Nazirliyinin (KTN) vəzifələri artırılıb.
Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki va
Sumqayıtın 45-ci məhəllə adlanan hissəsində yerləşən ayaqqabı təmir
Türkiyəli aparıcı Didem Arslanın canlı yayım zamanı istifadə etdiyi fil
Vətən müharibəsi şəhidi Əli Mehdizadənin kiçik qardaşı Əhməd Mehdiz
11-12 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində COP31-ə hazır
Madaqaskarda 30-dan çox insanın həyatına son qoyan "Gezani" siklon
