Naxçıvan Kənd Təsərrüfatı Nazirliyinə 20 yeni vəzifə verildi


Digərləri 12 Fev 2026 19:15:00 239 0

Naxçıvan Kənd Təsərrüfatı Nazirliyinə 20 yeni vəzifə verildi

Naxçıvan Kənd Təsərrüfatı Nazirliyinin (KTN) vəzifələri artırılıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq fərman imzalayıb.

Fərmana əsasən, KTN "Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə" ilə müəyyən edilən fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirəcək:

Naxçıvan Muxtar Respublikasında akvakultura obyektlərinin istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmənin inkişafı ilə əlaqədar proqramlar hazırlamaq və onların icrasını təmin etmək; şəhərlərdə balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün müvafiq torpaq sahələrinin ayrılmasına razılıq verilməsini, torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə rəy verilməsini təşkil etmək; "Balıqçılıq haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri pozulduqda, qiymətli balıq və digər su bioresursları növlərinin üstün mühafizə rejimini müəyyən etmək, balıqçılıq subyektlərinin uçotunu aparmaq; daxili sularda suyun bioloji sərvətlərinin istismarı həcmini və elmi əsaslandırılmış rejimini müəyyən etmək; balıqartırma və balıqyetişdirmə müəssisələrinin fəaliyyətinin əsas istiqamətlərini dəyişdirmədən balıqçılıq haqqında qanunvericiliyə uyğun akvakultura əmtəə balıqçılığının yaradılması üçün tədbirlər görmək; ixtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə sxemini aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırmaqla müəyyən etmək; dövlət sifarişi ilə akvakultura təsərrüfatlarında balıq və digər su bioresurslarının artırılması, bərpası, iqlimləşdirilməsi məqsədilə akvakultura subyektləri ilə müqavilələr bağlamaq, aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə balıq və digər su bioresurslarının artırılması, bərpası, iqlimləşdirilməsi, balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatının monitorinqi, kadastrı və meliorasiyası işlərini həyata keçirmək; qiymətli balıq növlərinin artırılması istiqamətində tədbirlər görmək; akvakultura təsərrüfatı subyektləri üçün bioloji və texnoloji əsaslandırmanı qeydiyyata almaq və şəhadətnamə vermək; balıq və digər su bioresurslarının bərpası və mühafizəsi məqsədilə törədici balıqların və onların sürülərinin yaradılması, saxlanması, istifadəsi üzrə texniki normativ hüquqi aktlar qəbul etmək, törədici balıqların və onların sürülərinin uçotunu aparmaq; balıq və digər su bioresurslarının iqlimləşdirilməsinə və iqlimləşdirilmə obyektlərinin daşınmasına nəzarət etmək; balıqçılıq haqqında qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması və yetişdirilməsi nəzərdə tutulan keçici, yarımkeçici balıqların törədicilərinin tədarükü məqsədilə balıq və digər su bioresurslarının ov vətəgələrinin yaradılması barədə təkliflər hazırlamaq; daxili su obyektlərindən səmərəli istifadə etməklə, artırılması və yetişdirilməsi nəzərdə tutulan vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondunun yaradılmasına və qorunub saxlanılmasına dair təkliflər hazırlamaq; balıqartırma müəssisələrində balıqçılıq haqqında texniki normativ hüquqi aktlara uyğun olaraq törədici balıqların, balıq körpələrinin və inkubasiya edilən kürülərin inventarlaşdırılmasını aparmaq, balıq və digər su bioresursları körpələrinin su obyektlərinə buraxılışı aktını tərtib etmək; Naxçıvan Muxtar Respublikasının su obyektlərində balıqçılığa aid qanunvericiliyə uyğun olaraq, beynəlxalq hüquq normaları əsasında xarici dövlətlərin hüquqi və fiziki şəxslərinə, balıq və digər su bioresurslarından istifadə hüququ verilməsini təmin etmək; balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərə vətəgə sahələrinin, idman və həvəskar ov üçün dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərinin və ya onların müəyyən hissəsinin ayrılmasına dair tədbirlər görmək; daxili sularda suyun bioloji sərvətlərinin istismarının həcmini və elmi əsaslandırılmış rejimini müəyyən etmək, o cümlədən, onların ovu və artırılması ilə bağlı işləri tənzimləməklə, süni yolla çoxaldılmasını həyata keçirmək; hər il növbəti təqvim ili üçün balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarının (kvotasının), balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsünü müəyyənləşdirmək; təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılmasına nəzarət etmək;

Azərbaycan Respublikasının "Qırmızı Kitab"ına daxil edilmiş nadir və nəsli kəsilməkdə olan balıq və digər su bioresurslarının qorunması üçün müvafiq rejim və xüsusi mühafizə olunan su sahələri (akvatoriyalar) müəyyən etmək. ​Son.az 

Sumqayıtda ayaqqabı təmir məntəqəsi yanır like
  • 12 Fev 19:13  
Digərləri Sumqayıtda ayaqqabı təmir məntəqəsi yanır

Sumqayıtın 45-ci məhəllə adlanan hissəsində yerləşən ayaqqabı təmir

arrow Ətraflı
Tanınmış aparıcının canlı yayımda "filtri sürüşdü" – gündəm oldu like
  • 12 Fev 19:01  
Şou-biznes Tanınmış aparıcının canlı yayımda "filtri sürüşdü" – gündəm oldu

Türkiyəli aparıcı Didem Arslanın canlı yayım zamanı istifadə etdiyi fil

arrow Ətraflı
Azərbaycanda zəlzələ oldu like
  • 12 Fev 18:51  
Digərləri Azərbaycanda zəlzələ oldu

İsmayıllıda zəlzələ qeydə alınıb.

arrow Ətraflı
Şəhid qardaşı vəfat etdi like
  • 12 Fev 18:33  
Digərləri Şəhid qardaşı vəfat etdi

Vətən müharibəsi şəhidi Əli Mehdizadənin kiçik qardaşı Əhməd Mehdiz

arrow Ətraflı
Azərbaycan COP31ə hazırlıqla bağlı ilk strateji planlama iclasında iştirak etdi like
  • 12 Fev 18:29  
Digərləri Azərbaycan COP31ə hazırlıqla bağlı ilk strateji planlama iclasında iştirak etdi

11-12 fevral tarixlərində Türkiyənin İstanbul şəhərində COP31-ə hazır

arrow Ətraflı
Güclü külək GƏLİR  Sarı XƏBƏRDARLIQ like
  • 12 Fev 17:55  
Digərləri Güclü külək GƏLİR Sarı XƏBƏRDARLIQ

Küləkli hava ilə bağlı sarı xəbərdarlıq verilib.

arrow Ətraflı
Madaqaskarda milli fəlakət rejimi elan olundu like
  • 12 Fev 17:46  
Dünya Madaqaskarda milli fəlakət rejimi elan olundu

Madaqaskarda 30-dan çox insanın həyatına son qoyan "Gezani" siklon

arrow Ətraflı
"Mən öləndə ürəyim kimə lazımdır götürsün" like
  • 12 Fev 17:28  
Şou-biznes "Mən öləndə ürəyim kimə lazımdır götürsün"

Aparıcı Elgiz Əkbər orqanlarını bağışladığını açıqlayıb. 

arrow Ətraflı
"Hər dəfə konsert afişam vurulanda doğmalarım ÖLÜB" like
  • 12 Fev 17:27  
Şou-biznes "Hər dəfə konsert afişam vurulanda doğmalarım ÖLÜB"

“Bir də heç vaxt konsert verməyəcəyəm”

arrow Ətraflı
Ramiz Mehdiyevin telefonda danışdığı qadın Elmlər Akademiyasının əməkdaşı İMİŞ like
  • 12 Fev 17:21  
Digərləri Ramiz Mehdiyevin telefonda danışdığı qadın Elmlər Akademiyasının əməkdaşı İMİŞ

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) bu gün ictimaiyyətə təqdim etdiy

arrow Ətraflı
Bu şəxslərə ən azı 46 gün məzuniyyət verilməlidir  SİYAHI like
  • 12 Fev 17:17  
Digərləri Bu şəxslərə ən azı 46 gün məzuniyyət verilməlidir SİYAHI

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi illik məzuniyyətlə bağlı

arrow Ətraflı
16 yaşlı qızla yazışan bələdiyyə sədri İŞDƏN ÇIXARILDI like
  • 12 Fev 17:10  
Digərləri 16 yaşlı qızla yazışan bələdiyyə sədri İŞDƏN ÇIXARILDI

Türkiyədə 16 yaşlı qız uşağını mesaj vasitəsilə təqib edən CHP-li

arrow Ətraflı
Sabiq nazir Ramiz Mehdiyev haqda DANIŞDI  Mən Ramiz Mehdiyevlə... like
  • 12 Fev 16:55  
Digərləri Sabiq nazir Ramiz Mehdiyev haqda DANIŞDI Mən Ramiz Mehdiyevlə...

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının keçmiş rəhbəri Ra

arrow Ətraflı
Aeroport yolunun hansı hissəsində hərəkət məhdudlaşdırılacaq?  AÇIQLANDI like
  • 12 Fev 16:36  
Digərləri Aeroport yolunun hansı hissəsində hərəkət məhdudlaşdırılacaq? AÇIQLANDI

14-15 fevral tarixlərində paytaxtın Suraxanı rayonu, Aeroport şosesində (&

arrow Ətraflı