Müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verildi
Digərləri 10 Dek 2025 16:50:00 68 0
Elm və Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün yeni mobil tətbiq istifadəyə verilib.
Bu xəbəri də oxu: Gürcüstanda ali təhsilin müddəti azaldıldı
Bu barədə Son.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.
"Rəqəmsal məktəb" layihəsi çərçivəsində hazırlanan "Müəllim" tətbiqi mövcud elektron jurnalın funksional imkanlarını genişləndirir və istifadəçilərə sistemə mobil telefon vasitəsilə daha rahat və operativ çıxış imkanı yaradır.
Bildirilib ki, tətbiq müəllimlərə tədrisin planlaşdırılması, şagirdlərin davamiyyətinin operativ şəkildə qeydə alınması, akademik nəticələrin izlənilməsi, həmçinin formativ və summativ qiymətləndirmələrin daxil edilməsi kimi əsas prosesləri mobil mühitdə idarə etmək imkanı verir.
Tətbiqin hazırlanmasında təhlükəsizlik və məlumatların qorunması xüsusi prioritet kimi nəzərə alınıb.
Hazırda "Müəllim" tətbiqi "Rəqəmsal məktəb" layihəsində iştirak edən Bakı şəhərinin ümumi təhsil müəssisələrində istifadə olunur. Mobil tətbiqin mərhələli şəkildə ölkə üzrə bütün təhsil müəssisələrində tətbiqi planlaşdırılır ki, bu da təhsil idarəetməsinin vahid rəqəmsal platforma üzərindən daha səmərəli koordinasiyasına əhəmiyyətli töhfə verəcək.
Qeyd edək ki, tətbiq həm iOS, həm də Android əməliyyat sistemləri üçün hazırlanıb. İstifadəçilər tətbiqi müvafiq platformalarda "Müəllim" adı ilə axtarış edərək yükləyə bilərlər.
2025-2026-cı tədris ili üzrə istilik mövsümünə hazırlıq çərçivəsin
Sabah hava şəraiti ilə əlaqədar avtomobil yollarında görünüş məsafəs
Müğənni Təranə Qumral həmkarı Vəfa Şərifovanın yazdığı məktubu ca
Ankarada Hacettepe Universiteti Türk Dövlətləri Gənclik Topluluğu və Beyn
Sosial şəbəkədə paylaşım edən valideyn övladına xarici, xüsusilə İr
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Slovakiya
Sumqayıt şəhər sakinlərindən birinin bank kartından 4244 manat vəsaiti n
Mavritaniya səhrasında yerləşən ucqar bir kənd uzun illərdir elmi araşd
Hindistanın Uttar-Pradeş ştatının Deoriya şəhərində maraqlı hadisə ba
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Hacıqab
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının "N&
"Beş ildir burada fəaliyyət göstərirəm, heç bir zəhərlənmə fakt�
Yeni il bayramına sayılı günlər qalsa da, Bakıda Şaxta baba və Qar qız�
Sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub.
Xalq artisti Afaq Bəşirqızı ailə qurmanın məsuliyyəti barədə fikirlər
