Ankarada “Cənubi Qafqazda normallaşma prosesi” paneli keçirildi
Siyasət 10 Dek 2025 16:26:00 68 0
Ankarada Hacettepe Universiteti Türk Dövlətləri Gənclik Topluluğu və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (AIR Center) birgə təşkilatçılığı ilə "Cənubi Qafqazda Normallaşma Prosesi: Türkiyə-Azərbaycan əməkdaşlığının yaratdığı imkanlar" adlı panel keçirilib.
Bu xəbəri də oxu: İlham Əliyev Keniya Prezidentini təbrik edib
Son.az xəbər verir ki, tədbir Hacettepe Universitetinin Prof. Dr. Mehmet Yüksel adına Konfrans salonunda baş tutub.
Paneldə Hacettepe Universitetinin rektoru Prof. Dr. Mehmet Cahit Güran, Azərbaycanın Türkiyədəki səfiri Dr. Rəşad Məmmədov, Türk Dünyası Gənclik Vəqfinin rəhbəri Ramazan İzol, AIR Center-in İdarə Heyətinin üzvü Dr. Cavid Vəliyev, Hacettepe Universitetinin hüquq fakültəsinin müəllimi Dr. Bahadır Bumin Özarslan, Türkiyə Xarici İşlər Nazirliyinin Qafqaz üzrə baş direktor müavini səfir Ayşe Uzer, Hacettepe Universiteti Türkiyat Araşdırmaları İnstitutunun professoru Dr. Tufan Gündüz, Azərbaycan Dövlət Televiziyasının Sosial-Siyasi Proqramlar Studiyasının Tarix şöbəsinin rəhbəri Mahir Qəribov, Hacettepe Universiteti Strateji Araşdırmalar Mərkəzinin (HÜSAM) direktor müavini Dr. Özlem Pınar Oran, TİKA rəhbər müavini Dr. Rahman Nurdun, Trend Beynəlxalq Xəbər Agentliyinin baş direktor müavini Sahil Kərimli, akademiklər, tələbələr və qonaqlar iştirak ediblər. Panel çərçivəsində "Keçmişdən bu günə Türk dünyası" və "Türk dünyasında əməkdaşlıq imkanları" adlı iki sessiya təşkil olunub.
"Demirören xəbər agentliyi ilə ortaq media platformu"
Trend Beynəlxalq Xəbər Agentliyinin baş direktor müavini Sahil Kərimli "Türk dünyasında əməkdaşlıq imkanları" panelində çıxışı zamanı bildirib:
"Türkiyə və Azərbaycanın əməkdaşlığının daha da gücləndirilməsi vacib məsələdir. Bölgədə təhlükəsizlik, rifah və sülh üçün aktiv şəkildə çalışan əsas dövlətlər məhz Türkiyə və Azərbaycandır. Cənubi Qafqazda Ermənistanla olan problemlərin həllində Türkiyənin dəstəyinə güvənirik. Ermənistan-Azərbaycan münasibətlərində sülhün və qarşılıqlı anlaşmanın bərqərar olması həm regional təhlükəsizlik, həm də iqtisadi inkişaf baxımından böyük əhəmiyyət daşıyır.
Türkiyə və Azərbaycan arasında strateji tərəfdaşlıq regional siyasətdə mühüm rol oynayır. Siyasi, iqtisadi, sosial və media sahələrində sıx əməkdaşlıq normallaşma prosesinə ciddi töhfə verir. Biz bu istiqamətdə səylərimizi daha da artırmalıyıq".
Sahil Kərimli əlavə edib ki, Trend Beynəlxalq Xəbər Agentliyi Türkiyənin Demirören Xəbər Agentliyi (DHA) ilə birlikdə ortaq media platforması yaradıb:
"Trend və DHA birlikdə dhapress.com saytını təsis edib. Türkiyədəki Albayrak Holdinqlə də ortaq media platformamız mövcuddur. Bu media qurumları dövlət başçılarımızın tövsiyələri əsasında formalaşdırılıb. Azərbaycan xəbərləri Türkiyə media platformalarında, Türkiyə xəbərləri isə Azərbaycan media platformalarında yayımlanır".
"Bugün üçün vacib olan yeni birlik platforması"
Trend rəsmisi daha sonra deyib: "Trend və DHA-nın ortaq media layihəsi müasir informasiya texnologiyalarına əsaslanan multimedia stok platformasıdır. Bu, bu gün üçün zəruri olan genişmiqyaslı media əməkdaşlığını özündə birləşdirən yeni modeldir. Artıq bu layihəyə digər ölkələr, o cümlədən türk dilində danışmayan dövlətlər də qoşulub. Çinin Xinhua Agentliyi də platformaya qatılmağa razılıq verib. Türk dövlətlərindən olan bütün media tərəfdaşlarımızı da bu platformaya dəvət etmişik. Burada geniş multimedia arxivi formalaşdırılıb.
Dezinformasiyanın sürətlə yayıldığı bir dövrdə belə bir platformanın mövcudluğu çox önəmlidir".
Sosial şəbəkədə paylaşım edən valideyn övladına xarici, xüsusilə İr
"Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Slovakiya
Sumqayıt şəhər sakinlərindən birinin bank kartından 4244 manat vəsaiti n
Mavritaniya səhrasında yerləşən ucqar bir kənd uzun illərdir elmi araşd
Hindistanın Uttar-Pradeş ştatının Deoriya şəhərində maraqlı hadisə ba
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Hacıqab
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mülki Müdafiə Qoşunlarının "N&
"Beş ildir burada fəaliyyət göstərirəm, heç bir zəhərlənmə fakt�
Yeni il bayramına sayılı günlər qalsa da, Bakıda Şaxta baba və Qar qız�
Sosial şəbəkələrdə yayılan video müzakirələrə səbəb olub.
Xalq artisti Afaq Bəşirqızı ailə qurmanın məsuliyyəti barədə fikirlər
Son günlər marketlərdə dovşan ətinin satışı ilə bağlı müzakirələr
Binəqədidə "Lake Hotel"də baş verən bədbəxt hadisə zamanı h
Babək prospektində fəaliyyət göstərən və "Təkər aləmi" kimi
Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralov illər sonra görünüb.
