Libido artıran qida əlavəsi ilə bağlı xəbərdarlıq İlk dəfə qeydə alındı: Sağlam qadında belə...
Digərləri 08 Dek 2025 23:00:00 70 0
Türkiyədə geniş istifadə olunan jenşen qida əlavəsi bağlı diqqətçəkən tibbi hadisə qeydə alınıb.
Bu xəbəri də oxu: Şəhid atası vəfat etdi FOTO
Son.az xəbər verir ki, kardioloq Dr. Sabri Onur Çağlar sağlam qadında yüksək doza jenşen qida əlavəsindən sonra yaranan ciddi ritm pozuntusu müşahidə edib.
Bu hadisə jenşen qida əlavəsinin sağlam insanda atrial fibrilasiya yaratdığının ilk sübutu kimi qeyd olunub.
Araşdırma "European Journal of Case Reports in Internal Medicine" jurnalında dərc edilib.
Hadisə Bandırmada baş verib. 29 yaşlı qadın günlərlə davam edən güclü ürək döyüntüsü ilə xəstəxanəyə müraciət edib. O, yorğunluq üçün iki ay ərzində gündə iki dəfə 500 milliqram qırmızı ginseng kapsulu qəbul etdiyini bildirib. EKG müayinəsində onun ürəyinin sürətli və nizamsız döyündüyü aşkarlanıb. Həkimlər xəstəyə atrial fibrilasiya diaqnozu qoyub.
Xəstə dərhal müalicə olunub və ürək ritmi qısa müddətdə normallaşdırılıb. Aparılan testlərdə tiroid pozuntuları, elektrolit problemi və ya başqa bir ürək xəstəliyi müəyyən edilməyib. Həkimlərə görə, ritm pozuntusuna səbəb yalnız ginseng olub. Ginseng dayandırıldıqdan sonra qadın tam sağalıb.
Dr. Çağlar bildirib ki, ginseng çox vaxt "ürək dostu" kimi təqdim olunur. Lakin bu hadisə əks təsirin mümkün olduğunu göstərib. Onun sözlərinə görə, ginseng ritm pozuntusu yarada bilər və bu səbəbdən həkimlər ürək şikayəti olan xəstələrdən bitki tərkibli məhsulları da soruşmalıdır.
Həkimlər qeyd edir ki, bitki tərkibli məhsullar təhlükəsiz sayılmamalıdır. Nəzarətsiz qəbul edilən doza, hətta sağlam insanlarda belə, ürək ritmi ilə bağlı ciddi problemlər yarada bilər. Nəfəs darlığı yaşayan şəxslərə istifadə etdikləri hər cür əlavə və vitamin barədə həkimə məlumat vermək tövsiyə olunur.
İsmayıl Son.az
Xəbər verdiyimiz kimi, ötən gün Biləsuvar rayonunda "Lexus" mark
Şairə Nazilə Səfərli Əməkdar artist Könül Kərimovanın onu bloka atdı
Ermənistanın Baş naziri Nikol Paşinyan ictimai əsaslarla yeni müşavirini
Dekabrın 8-də Heydər Əliyev Mərkəzində "İslam dünyasında süni in
Abu Dabidə keçirilən Bridge Media Summiti çərçivəsində ARB 24 telekanal�
Nevroloqlar beynə ən zərərli olan 6 qidanı açıqlayıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublika
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Slovakiya Respublika
"Bu il reklam dünyasında ən çox diqqət çəkən dəyişiklik süni int
Dekabrın 8-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Hə
Con Hopkins Tibb Mərkəzinin alimləri müəyyən ediblər ki, siqareti azaltma
Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu aşıq Samirə Əliyevanı tənqid e
Bakıda keçirilən "İslam dünyasında süni intellekt indeksinin təqdim
Şimali Karolina Ştat Universitetinin alimləri itlərdə insana potensial təh
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley
