“Videodakı mənim qızım deyil, sifarişlə hazırlanıb” Deputat Günay Ağamalı
Digərləri 26 Noy 2025 15:42:00 51 0
Sosial mediada ailə üzvlərim haqqında əsassız, təhrif olunmuş məlumatlar yayımlanır.
Bu xəbəri də oxu: Bu qidadan uzaq durun Bədənə gizli təsirləri VAR
Bunu Son.az-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədr müavini Günay Ağamalı deyib.
Onun sözlərinə görə, şəxsi həyata aid saxta görüntülərin siyasi məqsədlərlə ictimailəşdirilməsi və övladımın adına çıxarılması şəxsiyyətimi, fəaliyyətimi və ictimai nüfuzumu hədəfə almağa yönəlmiş qərəzli və manipulyativ kampaniyanın tərkib hissəsidir.
"Qeyd etmək istəyirəm ki, yayılan videodakı şəxs mənim övladım deyil. Bu sifarişlə hazırlanmış bir qara-piar kampaniyasıdır. Videodakı qızın qızıma müəyyən bənzərliyi olsa da, onun qızıma heç bir aidiyyəti yoxdur. Bu cür saxta materiallardan istifadə etməklə ailəmə, övladlarıma və fəaliyyətimə kölgə salmaq cəhdi həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir. Hər bir vətəndaş Konstitusiya ilə təsbit edilmiş şəxsi toxunulmazlıq hüququna malikdir.
Bizi yolumuzdan heç kim çəkindirə bilməz.
Bu yolda atdığımız hər bir addım, gördüyümüz hər bir iş dövlətimizin və xalqımızın mənafeyinə xidmət edir və bundan sonra da belə olacaq. Media qurumlarını və cəmiyyətə yanlış məlumat ötürənləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırıram".
Qeyd edək ki, sosial şəbəkələrdə Günay Ağamalının qızı olduğu deyilən şəxsin videoları yayılıb. Videoda boynunda xaç olan gənc xanım rəqs edir.
Ağdamdan olan keçmiş məcburi köçkün uzun illərdən sonra doğma rayonda
İslamiadada ən yüksək nəticələr göstərmiş idmançıları mükafatland�
Britaniyada sosial xidmətlərin himayəsində olan minlərlə uşaq itkin düş
İki Azərbaycan və bir Türkiyə vətəndaşının 7 aydan çoxdur əsassız i
Müğənni Tacir Şahmaloğlunun ifası zamanı diqqətlər həmkarı Əminə Ş
Azərbaycan və Türkiyənin opera müəssisələri arasında birgə layihələr
Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov
Paytaxtın Yasamal rayonu İslam Səfərli küçəsinin piyadalaşdırılması m
Səbail rayonu, "Park Bulvar" Ticarət Mərkəzində oğurluq edən xa
Türkiyədə silahlı şəxs universitet əməkdaşını girov götürüb.
Rusiyanın Novosibirsk qarnizon hərbi məhkəməsi rüşvət işi üzrə Ukrayn
Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib. İ
Təranə Qumralın qızı müğənni Qumral Musayeva diqqətçəkən açıqlam
Tanınmış türkiyəli jurnalist Fatih Altaylı barəsində məhkəmə hökmü
