“İki Azərbaycan vətəndaşını Ukraynada əsassız yerə tutublar”
Digərləri 26 Noy 2025 15:13:00 50 0
İki Azərbaycan və bir Türkiyə vətəndaşının 7 aydan çoxdur əsassız ittihamlarla Ukraynada saxlanıldığı deyilir.
Bu xəbəri də oxu: Yasamalda polkovniki maşın vurub öldürdü
Son.az xəbər verir ki, bu barədə "qafqazino"ya həbs olunan şəxslərdən birinin qohumu müraciət edib.
Adının çəkilməyini istəməyən şikayətçi iddia edib ki, Əmrah Cəfərzadə, Vüsal Əliyev və İsa Koçar erməni əsilli qadının saxta ittihamlarına görə həbsə salınıblar. Onun sözlərinə görə, adıçəkilən şəxslərə erməni əsilli Ukrayna vətəndaşına qarşı təcavüz kimi ağır, alçaldıcı və etibar zədələyici ittiham irəli sürülüb: "Hazırda həmin şəxslər Kiyevdə Lukyanivska təcridxanasında saxlanılırlar. İttihamlara əsasən, guya həmin şəxslər narkotikin təsiri altında Anya adlı erməni qadına təcavüz ediblər. Lakin ilkin ifadələrlə sonrakı ifadələr arasında fərqlər mövcuddur. İttihamın irəli sürülməsinə baxmayaraq, cinayət işi materiallarında zərərçəkmişdə cırılmış paltar, zədə, xəsarət və ya hər hansı fiziki zorakılıq izi qeydə alınmayıb. Bununla yanaşı, tibbi sənədlərdə bədəndə təzyiq, dartılma, əzilmə və ya digər travmatik izlər aşkar olunmayıb. Hadisə baş verdiyi iddia olunan zamanda zorakılığın izlərini təsdiqləyən kriminalistik əlamətlər müəyyən edilməyib.
Bioloji sübutlar isə tamamilə yoxdur. Yəni DNA (DNK) izi aşkar edilməyib, sperm izinə rast gəlinməyib, hadisə yerindən və ya zərərçəkmişdən götürülmüş nümunələrdə hər hansı bioloji iz tapılmayıb. Eyni zamanda, kriminalistik ekspertizalar ittihamla uyğun gələn nəticə təqdim etmir".
R.Süleymanlı qeyd edib ki, hadisəni birbaşa görən və ya təsdiqləyən heç bir şahid də yoxdur: "Şahid kimi göstərilən şəxslər hadisənin təfərrüatlarını öz gözləri ilə görməyib və məlumatlar eşitmə xarakterlidir. Zərərçəkmişin ifadələri başqa heç bir obyektiv sübutla təsdiqlənmir. Narkotik və ya psixoaktiv maddə izləri yoxdur. Hadisəni təsdiq edən video-audio materiallar, müşahidə kamerası görüntüləri təqdim edilməyib. Telefon, mesaj, sosial şəbəkə və digər elektron sübutlarda ittihamla bağlantı yoxdur. Geolokasiya və ya hərəkət trayektoriyasını göstərən sübutlar təqdim edilməyib. Həmçinin zərərçəkmişin tibbi müayinəsində ittihamı dəstəkləyən nəticələr yoxdur. Ekspert rəyləri ziddiyyətlidir və cinayətin tərkibini təsdiqləmir, hadisənin baş verdiyi iddia olunan vaxt və tibbi nəticələr arasında uyğunluq yoxdur.
Yəni ittihamda qeyd olunan hadisə ssenarisini sübut edən heç bir kriminalistik, texniki və ya bioloji dəlil yoxdur. Hadisənin başvermə şəraitinə dair iddialar fərziyyələrdən ibarətdir və obyektiv sübutlarla təsdiq olunmur".
R.Süleymanlı vurğulayıb ki, hazırda adıçəkilən şəxslərin həbsdə saxlanılması ilə bağlı konsul müdafiəsi təmin edilmir.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinə də sorğu ünvanlamışıq.
Müğənni Tacir Şahmaloğlunun ifası zamanı diqqətlər həmkarı Əminə Ş
Azərbaycan və Türkiyənin opera müəssisələri arasında birgə layihələr
Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov
Paytaxtın Yasamal rayonu İslam Səfərli küçəsinin piyadalaşdırılması m
Səbail rayonu, "Park Bulvar" Ticarət Mərkəzində oğurluq edən xa
Türkiyədə silahlı şəxs universitet əməkdaşını girov götürüb.
Rusiyanın Novosibirsk qarnizon hərbi məhkəməsi rüşvət işi üzrə Ukrayn
Azərbaycan Respublikası Audiovizual Şurasının onlayn iclası keçirilib. İ
Təranə Qumralın qızı müğənni Qumral Musayeva diqqətçəkən açıqlam
Tanınmış türkiyəli jurnalist Fatih Altaylı barəsində məhkəmə hökmü
Sənaye İnqilabının alovları dünyanı dəyişdirməyə başladığı 1800-c
Bir zamanların reytinqli serialı "Yaprak dökümü"ndəki ev artıq
Xəbər verdiyimiz kimi, son zamanlar insanları müxtəlif yollarla aldadaraq o
Katolik Kilsəsinin mənəvi lideri Papa Leo XIV sabah Türkiyəyə ilk beynəlx
Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində partlay�
