Xalq artisti dələduzluqla üzləşdi Kapital Bankdan AÇIQLAMA


Şou-biznes 26 Noy 2025 13:37:00 65 0

Xalq artisti dələduzluqla üzləşdi  Kapital Bankdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, son zamanlar insanları müxtəlif yollarla aldadaraq onlara məxsus vəsaitləri mənimsəməyə çalışan dələduzların hədəfi bu dəfə Xalq artisti Mehriban Zəki olub.

Kapital Bank-dan məsələ ilə bağlı Son.az-a verilən açıqlamaya görə, aktrisaya həmin nömrənin həqiqətən də banka aid olmadığı bildirilib və zəng edən şəxsin dələduz olduğu təsdiq edilib.

Kapital Bank-dan mövzu ilə bağlı bildirilib ki, ehtiyatlı davrandığı və müştəriləri də bu mövzuda məlumatlandırdığı üçün Mehriban xanıma təşəkkür olunub:

"Bir daha qeyd edirik ki, aidiyyatı qurumların və bankların təhlükəsizlik tədbirləri ilə yanaşı, hər kəsin kiberdələduzluğa qarşı diqqətli olması olduqca vacibdir. Kartın üzərindəki 16 rəqəmli PAN nömrə, kartın arxasında olan 3 rəqəmli CVV kod və mobil nömrəyə göndərilən 4 rəqəmli OTP şifrə yalnız kart sahibinə məxsusdur və bu məlumatları heç kimlə bölüşmək olmaz. Unutmayaq ki, heç bir bank əməkdaşı müştəriyə sosial şəbəkə hesablarından və ya xarici nömrədən zəng edə bilməz. Kapital Bank adından zəng edən şəxslərin isə bank əməkdaşı olub-olmadığını yoxlamaq olduqca asandır. Bunun üçün müştərilər zəng edən şəxsdən mobil tətbiqə bank əməkdaşı olduğunu təsdiq edən bildiriş göndərməsini tələb edilə bilər. O həqiqətən bank əməkdaşıdırsa, vətəndaş Birbank mobil tətbiqində bunu təsdiq edən bildiriş alır".

Bildirişdə qeyd edilir: "Dəyərli Birbanklı, bank məhsulunu təklif edən şəxsin bankımızın əməkdaşı olduğunu təsdiq edirik. Bizə güvəndiyiniz üçün təşəkkür edirik". Qeyd edək ki, mobil tətbiqdə bildiriş alındığı təqdirdə zəng edən şəxslə danışığı davam etdirmək olar, əks halda zəngi dərhal sonlandırmaq lazımdır.

--------

09:30

Xalq artisti Mehriban Zəki sosial şəbəkədə ona qarşı edilən dələduzluq cəhdilə bağlı xəbərdarlıq edib.

Milli.az-ın məlumatına görə, aktrisa bildirib ki, özünü "Kapital Bank" əməkdaşı kimi təqdim edən naməlum şəxs tərəfindən "WhatsApp" vasitəsilə ona zəng edilib.

Mehriban Zəki həmin nömrələri paylaşaraq izləyicilərini daha diqqətli olmağa çağırıb. O həmçinin qeyd edib ki, şəxsi məlumatlarını həmin şəxslərə təqdim etməyib və ehtiyatlı davranaraq aldatmağa imkan verməyib.

Papa sabah Ərdoğanla görüşəcək like
  • 26 Noy 13:30  
Digərləri Papa sabah Ərdoğanla görüşəcək

Katolik Kilsəsinin mənəvi lideri Papa Leo XIV sabah Türkiyəyə ilk beynəlx

arrow Ətraflı
AFEN plazadakı partlayışda yaralananların vəziyyəti AÇIQLANDI like
  • 26 Noy 13:18  
Digərləri AFEN plazadakı partlayışda yaralananların vəziyyəti AÇIQLANDI

Bakı şəhəri, Nərimanov rayonu, Y.V.Çəmənzəminli küçəsində partlay�

arrow Ətraflı
"Ərimə görə ana ola bilmədiyimi illər sonra ÖYRƏNDİM" like
  • 26 Noy 13:13  
Şou-biznes "Ərimə görə ana ola bilmədiyimi illər sonra ÖYRƏNDİM"

Jurnalist və aparıcı Afət Rahilqızı "Günə Uğurla" verilişini

arrow Ətraflı
"Black Friday" böhran günü idi  Xaosdan qlobal alışveriş festivalına like
  • 26 Noy 13:00  
Digərləri "Black Friday" böhran günü idi Xaosdan qlobal alışveriş festivalına

Dünyanın hər tərəfində milyonlarla insanın səbirsizliklə gözlədiyi, m

arrow Ətraflı
Putin hərbçiləri türk dilində salamladı  VİDEO like
  • 26 Noy 12:50  
Dünya Putin hərbçiləri türk dilində salamladı VİDEO

Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekə səfər

arrow Ətraflı
Almaniyada 1000 manat olsa da, Azərbaycanda 3000dir  Kosmetoloq və influencerlər icazəsiz satır like
  • 26 Noy 12:45  
Digərləri Almaniyada 1000 manat olsa da, Azərbaycanda 3000dir Kosmetoloq və influencerlər icazəsiz satır

Azərbaycanda şəkərli diabet xəstələri üçün nəzərdə tutulan "Mo

arrow Ətraflı
Yasamalda yanğından bir həftə keçdi – bina hələ də qaranlıq, susuz və qazsızdır like
  • 26 Noy 12:40  
Digərləri Yasamalda yanğından bir həftə keçdi – bina hələ də qaranlıq, susuz və qazsızdır

Bir həftə əvvəl Yasamal rayonunun Mirəli Seyidov küçəsindəki binada ba�

arrow Ətraflı
Bakıxanov qəsəbəsində uşaq meydançasının yerində bina tikiləcək?  VİDEO like
  • 26 Noy 12:31  
Digərləri Bakıxanov qəsəbəsində uşaq meydançasının yerində bina tikiləcək? VİDEO

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Novruz Novruzov və Axun

arrow Ətraflı
Havalar yenidən isinir  20 dərəcə olacaq like
  • 26 Noy 12:22  
Digərləri Havalar yenidən isinir 20 dərəcə olacaq

Noyabrın 27-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Narkotik həkimi bu hala qoydu: "Güzgüdə özümə baxa bilmirəm" like
  • 26 Noy 12:14  
Digərləri Narkotik həkimi bu hala qoydu: "Güzgüdə özümə baxa bilmirəm"

Bir zamanlar peşəkar fəaliyyət göstərən həkim-ginekoloq haqqında yayıl

arrow Ətraflı
Elm və Təhsil Nazirliyi bu kitaba qadağa qoyub like
  • 26 Noy 12:03  
Digərləri Elm və Təhsil Nazirliyi bu kitaba qadağa qoyub

Elm və Təhsil Nazirliyi D. Deyl Karneginin "Yeniyetmə qızlar: Dostları

arrow Ətraflı
Azərbaycanlı müğənnilərin toy QİYMƏTLƏRİ: Yarım saatı like
  • 26 Noy 12:00  
Şou-biznes Azərbaycanlı müğənnilərin toy QİYMƏTLƏRİ: Yarım saatı

Azərbaycanlı sənətçilərin toy məclislərində çıxış üçün tələb e

arrow Ətraflı
"Sədərək" istiqamətində yolda dəmirlər var  Təkərləri partladır like
  • 26 Noy 11:50  
Digərləri "Sədərək" istiqamətində yolda dəmirlər var Təkərləri partladır

Bakı Dairəvi Yolunun "Sədərək" istiqamətinə gedən hissəsində

arrow Ətraflı
Azərbaycan və Ermənistan parlament nümayəndələri İstanbulda nə barədə danışıblar? like
  • 26 Noy 11:41  
Siyasət Azərbaycan və Ermənistan parlament nümayəndələri İstanbulda nə barədə danışıblar?

Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəh

arrow Ətraflı