Almaniyada 1000 manat olsa da, Azərbaycanda 3000dir Kosmetoloq və influencerlər icazəsiz satır
Digərləri 26 Noy 2025 12:45:00 54 0
Azərbaycanda şəkərli diabet xəstələri üçün nəzərdə tutulan "Mounjaro" dərmanının estetik məqsədlərlə, xüsusilə arıqlama vasitəsi kimi istifadəsi ciddi təhlükə mənbəyinə çevrilib.
Bu xəbəri də oxu: Yeni yol tikintisi partlayışa səbəb oldu? – AÇIQLAMA
Son.az xəbər verir ki, preparat sosial şəbəkələr, gözəllik salonları və hətta ev şəraitində reseptsiz şəkildə satılır.
Araşdırmalara görə, "Mounjaro" Almaniyada 1000-1600 manat arasında dəyişən qiymətlərlə satılır. Azərbaycanda isə 3000 manata qədər təklif olunur.
Satışı isə apteklər yox, kosmetoloqlar, influencerlər və qeyri-ixtisaslı şəxslər həyata keçirir.
Ən narahatedici məqam odur ki, bu iynəni vuran şəxslərin əksəriyyətinin tibbi bilik və sertifikatı yoxdur.
Məlumata görə, artıq bir neçə nəfər "Mounjaro" istifadəsi nəticəsində ağır vəziyyətə düşərək xəstəxanaya yerləşdirilib. Onlardan biri baş həkimdir. Daha bir tanınmış şəxsin isə bu iynədən sonra həyatını itirdiyi bildirilir.
Bir çox qadının hazırda reanimasiyada olduğu, lakin "Instagram"da eyni şəxslərin hələ də arıqlama reklamlarını davam etdirdiyi qeyd olunur.
"Mounjaro" arıqlama iynəsi deyil və hormon sisteminə, mədəaltı vəzə, qalxanabənzər vəzə, həmçinin psixikaya birbaşa təsir göstərir.
Yan təsirlərinə kəskin pankreatit, böyrək çatışmazlığı, anafilaktik şok, nəfəs dayanması, depressiya və panik atak, boyunda şiş - qalxanabənzər vəz xərçəngi riski daxildir.
Bir həftə əvvəl Yasamal rayonunun Mirəli Seyidov küçəsindəki binada ba�
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Novruz Novruzov və Axun
Bir zamanlar peşəkar fəaliyyət göstərən həkim-ginekoloq haqqında yayıl
Elm və Təhsil Nazirliyi D. Deyl Karneginin "Yeniyetmə qızlar: Dostları
Azərbaycanlı sənətçilərin toy məclislərində çıxış üçün tələb e
Bakı Dairəvi Yolunun "Sədərək" istiqamətinə gedən hissəsində
Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəh
Paytaxt sakini Naiq Rzayevin başına qəribə hadisə gəlib.
Paytaxtın Yasamal rayonunda Təzəpir məscidi ətrafında aparılan genişmiqy
Türkiyəli aktrisa Hande Erçel özəl həyatı barədə səsləndirdiyi fikirl
Avropanın enerji siyasəti elə bir mərhələyə daxil olub ki, artıq iqtisad
Noyabrın 21-də Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş v
Samirə Əfəndinin erməni iştirakçıya 12 bal verməsi yeni qalmaqal yaradı
