"Black Friday" böhran günü idi Xaosdan qlobal alışveriş festivalına
Digərləri 26 Noy 2025 13:00:00 65 0
Dünyanın hər tərəfində milyonlarla insanın səbirsizliklə gözlədiyi, mağazaların isə aylar öncədən hazırlaşdığı "Black Friday" (Qara Cümə) əslində heç də xoş mənşəyə malik olmayıb. Bir vaxtlar polis üçün kabusa çevrilən, iqtisadiyyatda böhran günü kimi xatırlanan bu tarix, bu gün qlobal endirimlər və rekord satışlarla yadda qalır.
Bu xəbəri də oxu: Bakıda taksi sürücüsü təhlükə saçdı: Ətrafdakı maşınları əzdi
Black Friday nədir?
Son.az qlobal endirimlər günü ilə bağlı qısa araşdırma edib:
"Black Friday" ABŞ-dı Şükranlıq Günündən sonrakı cümə gününə təsadüf edir və bayram alış-veriş mövsümünün rəsmi başlanğıcı sayılır. Mağazalar milyonlarla məhsulu böyük endirimlərlə təklif edir, onlayn platformalar isə trafik və sataş rekordları qırır.
Qısa tarix - "Qara" başlanğıc
1869, "Black Friday" ifadəsi ilk dəfə ABŞ maliyyə böhranı, qızıl bazarının çökməsi günü üçün işlədilib.
1950-60-cı illərdə isə Philadelphia polisinin sıx trafik, izdiham və qarışıqlıq səbəbilə bu cüməni "qara gün" adlandırması ilə alış-veriş mənası formalaşmağa başlayıb.
1960-cı illərdə Şükranlıqdan sonra işçilərin "xəstəlik bəhanəsi" ilə işə gəlməməsi də bu günün populyarlaşmasına səbəb olub.
1980-ci illərdə isə satıcılar bu günü "qırmızı rəqəmlərdən qara rəqəmlərə keçid", yəni zərərdən gəlirə çıxış kimi təqdim edərək geniş miqyasda kommersiya bayramına çeviriblər.
Maraqlı faktlar
"Black Friday" ilk vaxtlar bugünkü kimi endirim deyil, böhran günü idi.
Philadelphia polisi onu "xaos günü" adlandırırdı.
Alternativ ad kimi "Big Friday" təklif olunsa da, özünü doğrultmadı.
Bu gün artıq təkcə ABŞ-də deyil, onlarla ölkədə rəsmi alış-veriş tədbiri kimi keçirilir.
Onlayn alış-veriş platformaları üçün ilin ən yüksək trafik günü hesab edilir.
Bugünkü "Black Friday"
Bu gün "Black Friday" markaların satış hədəflərini müəyyən edən əsas tarixlərdəndir. Azərbaycan da daxil olmaqla bir çox ölkədə mağazalar, elektronika şirkətləri, geyim brendləri və onlayn platformalar xüsusi kampaniyalar elan edirlər.
Bu gün endirimlər qədər vacib olan bir şey də var: səbrli olmaq və yalnız həqiqətən ehtiyac duyduğun şeyləri almaq. Çünki "Qara Cümə" həm fürsət, həm də impuls alış-veriş tələsi ola bilər. Kənan Son.az
Rusiya Prezidenti Vladimir Putin Qırğızıstanın paytaxtı Bişkekə səfər
Azərbaycanda şəkərli diabet xəstələri üçün nəzərdə tutulan "Mo
Bir həftə əvvəl Yasamal rayonunun Mirəli Seyidov küçəsindəki binada ba�
Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində, Novruz Novruzov və Axun
Bir zamanlar peşəkar fəaliyyət göstərən həkim-ginekoloq haqqında yayıl
Elm və Təhsil Nazirliyi D. Deyl Karneginin "Yeniyetmə qızlar: Dostları
Azərbaycanlı sənətçilərin toy məclislərində çıxış üçün tələb e
Bakı Dairəvi Yolunun "Sədərək" istiqamətinə gedən hissəsində
Milli Məclisin ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəh
Paytaxt sakini Naiq Rzayevin başına qəribə hadisə gəlib.
Paytaxtın Yasamal rayonunda Təzəpir məscidi ətrafında aparılan genişmiqy
Türkiyəli aktrisa Hande Erçel özəl həyatı barədə səsləndirdiyi fikirl
Avropanın enerji siyasəti elə bir mərhələyə daxil olub ki, artıq iqtisad
