Məişət zorakılığı üzrə ən çox müraciət bu rayonlardan gəlib
Digərləri 25 Noy 2025 17:46:00 75 0
Dünya üzrə noyabrın 25-i Qadınlara Qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günüdür. Azərbaycanda da bu gün qadınlara qarşı zorakılığın qarşısının alınması, zərərçəkmişlərin qorunması və maarifləndirmə tədbirlərinin gücləndirilməsi məqsədilə tədbirlər keçirilir. Ölkəmizdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadınların məişəa zorakılığı ilə bağlı müraciətlərini qəbul edir, zərərçəkmişlər üçün sığınacaqlar və dəstək mexanizmləri fəaliyyət göstərir.
Bu xəbəri də oxu: Canavar hücumları sakinləri təşvişə saldı
Bəs, zorakılıqla bağlı ölkəmizdə statistika necədir və mübarizə məqsədi ilə hansı tədbirlər həyata keçirilir?
Son.az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi Təminat şöbəsinin baş mütəxəssisi Rahil Süleymanzadə açıqlamasında bildirib ki, hər il məişət zorakılığı ilə bağlı təxminən 600-ə yaxın müraciət daxil olur.
"Komitə tərəfindən müraciətlərə baxılır, daxil olan hər bir müraciət nəzarətə götürülür və müraciət edənlərə dəstək olmaq üçün dövlət orqanları arasında əlaqələndirmə tədbirləri həyata keçirilir.
Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı 2025-ci ilin 10 ayı ərzində 474 müraciət daxil olub. Ən çox müraciət Oktyabr ayında qeydə alınıb. Belə ki, ötən ay məişət zorakılığı ilə bağlı Komitəyə 72 müraciət daxil olub. Bu müraciətlərin 459-u qadınlar tərəfindən edilib.
Ən çox müraciət Bakı üzrə Sabunçu, Binəqədi, Xətai, Abşeron-Xızı üzrə Abşerondan, Gəncə-Daşkəsən region üzrə isə Gəncə şəhərindən olub", - o əlavə edib.
Komitə rəsmisi bildirib ki, məişət zorakılığı ilə mübarizə məqsədilə 2025-ci ildə bir sıra layihələr hazırlanıb:
"2024-2025-ci illər ərzində Məişət zorakılığı haqqında Qanunun təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər həyata keçirilib. 2025-ci ildə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı yeni layihələr də hazırlanıb. Zərəçəkmiş şəxslərə uzunmüddətli mühafizə orderi verilməsi ilə əlaqədar onların dövlət rüsumundan azad olunması, eyni zamanda, mühafizə orderlərinin Daxili İşlər Nazirliyi tərəfindən də verilməsi, məişət zorakılığı faktlarının kriminallaşdırılması ilə bağlı yeni layihələrin hazırlanaraq aidiyyəti qurumlara göndərilməsi həyata keçirilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə daxil olan müraciətlər əsasında 2025-ci ilin 10 ayı ərzində 474 müraciətin 134-ü psixi, 302-si fiziki, 28-i iqtisadi, 10-u isə cinsi zorakılıqla bağlı olub.
Məişət zorakılığının qarşısının alınması məqsədilə əhali arasında maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, zərərçəkmiş qadınların sığınacaqlara yerləşdirilməsi, qurumlararası əlaqələrin gücləndirilməsi və zorakılıq törədən şəxslərlə tərbiyələndirici-qabaqlayıcı tədbirlərin görülməsi məsələləri də gündəmdədir".
Türkiyədə keçirilən rəsmi bələdiyyə iclası zamanı maraqlı anlar yaş
Yaponiyanın Kumamoto və Oitada prefekturalarında 5,8 maqnitudalı zəlzələ
"Gordon Murray Special Vehicles" atelyesinin istehsalını planlaşdı
Daxili işlər naziri Gəncədə vətəndaş qəbulu və sıra baxışı keçir�
Kürdəmirdə canavarların xırdabuynuzlu heyvanlara hücumu kənd sakinlərini
Xaricdən avtomobil almaq istəyən üç qardaşın 60 min manatı ələ keçiri
Şanlıurfanın Haliliye rayonunda ədliyyə binasının zirzəmisində partlay
Dövlət yol polisi idarəsinin paylaşdığı video müzakirələrə səbəb ol
Xalq artisti Yaşar Nurinin qızı Ülkər Yaşarqızı "Elgizlə izlə&quo
Moskvada 16 yaşlı azərbaycanlı yeniyetmə saxlanılıb. Hadisə noyabrın 23
Ali Məhkəmədə dələduzluqda və vəzifə cinayətlarında ittiham edilərə
"Bakı Metropoliteni" QSC sərnişin tələbatının qarşılanması v
Külli miqdarda dələduzluqda təqsirli bilinərək 7 il həbsə məhkum edilə
Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə saxla
2025-2026 tədris ili üzrə 63 özəl məktəbəqədər təhsil müəssisəsin�
