Onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə tutuldu


Digərləri 25 Noy 2025 16:47:00 55 0

Onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə tutuldu

Qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən daha iki dəstə saxlanılıb.

Son.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsi (KMBİ) tərəfindən sosial şəbəkələrdə qanunsuz onlayn qumar və kazino oyunları təşkil edən şəxslərə qarşı əməliyyat-texniki tədbirlər davam etdirilir.

Kiberpolisin keçirdiyi növbəti əməliyyatlar zamanı qeyd edilən cinayət əməllərində şübhəli bilinən Siyasət Rəcəbov, tanışı İslam Rzayev, həmçinin Şikar Əliyev, Rəsul Həşimov və onların rəhbərlik etdikləri dəstənin digər üzvləri Həsən İtirov, Qoşqar Əlizadə və Kənan Osmanlı saxlanılıblar.

Araşdırmalarla məlum olub ki, adları sadalanan şəxslər müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən qanunsuz qumar, idman mərc oyunlarının keçirildiyi "fastloto.com" və "chcplay.net" internet saytlarının təşkilatçıları ilə cinayət əlaqəsi yaradıb həmin səhifələrdə olan qumar oyunlarında iştirak hüququ verən onlayn link və kodlar alaraq virtual kassa qurublar.

Daha sonra dəstə üzvləri onlarla əlaqə saxlayan ölkə vətəndaşlarını onlayn ödənişlər müqabilində sosial şəbəkələrdə açdıqları "Batumi Kazino", "Priz Kazino" və s. səhifələr vasitəsi ilə qanunsuz kazino və mərc oyunlarına cəlb ediblər.

Saxlanılan şəxslərin paytaxtın Xətai, Yasamal və digər ərazilərində olan ofis və mənzillərinə baxış zamanı çoxsaylı elektron sübutlar, bank kartları, mobil nömrələr və iş üçün əhəmiyyət kəsb edən digər sübutlar aşkarlanıb. Dəstə üzvlərindən götürülən bank kartlarının ayrı-ayrı şəxslərdən müxtəlif ödənişlər qarşılığında alınaraq qanunsuz pul köçürmələrində istifadə edildiyi müəyyən olunub.

Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb.

S.Rəcəbov, İ.Rzayev, Ş.Əliyev və R.Həşimov təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

"Bir daha vətəndaşları sosial şəbəkələrdə qarşılaşa biləcəkləri qanunsuz mərc və qumar oyunlarında iştirak etməməyə çağırırıq. Bildiririk ki, əks halda kiberdələduzluq halları ilə üzləşə, bank hesablarınızda olan pul vəsaitlərinizi itirə və bu qanunsuz oyunlarda iştiraka görə məsuliyyətə cəlb oluna bilərsiniz", DİN-in məlumatında deyilir.

Nazirliyin qrant ayırdığı bağçalar qiymətləri artırdı  Aylığı 550 manat  FOTO like
  • 25 Noy 16:46  
Digərləri Nazirliyin qrant ayırdığı bağçalar qiymətləri artırdı Aylığı 550 manat FOTO

2025-2026 tədris ili üzrə 63 özəl məktəbəqədər təhsil müəssisəsin�

arrow Ətraflı
Yoxa çıxan Xana illər sona geri qayıdır like
  • 25 Noy 16:43  
Şou-biznes Yoxa çıxan Xana illər sona geri qayıdır

Qardaşı şəhid olduqdan sonra səhnədən uzaqlaşan Xana Babayevanın (Xanı

arrow Ətraflı
Ölü tapılan hərbçinin cəsədində işgəncə izləri aşkarlandı  İddia like
  • 25 Noy 16:38  
Digərləri Ölü tapılan hərbçinin cəsədində işgəncə izləri aşkarlandı İddia

Xəbər verdiyimiz kimi, Bakıda 3 gün əvvəl itkin düşən 62 yaşlı Kutais

arrow Ətraflı
Nömrəni söküb maşını avtobus zolağında sürdü, saxlanıldı  FOTO like
  • 25 Noy 16:35  
Digərləri Nömrəni söküb maşını avtobus zolağında sürdü, saxlanıldı FOTO

Paytaxtın Səbail rayonunda qeydiyyat nişanı olmadan idarə edilən avtomobil

arrow Ətraflı
Zabratda Əlillər binası istiliksiz qaldı  160 mənzilin 80%i borcludur like
  • 25 Noy 16:30  
Digərləri Zabratda Əlillər binası istiliksiz qaldı 160 mənzilin 80%i borcludur

Zabrat 2 qəsəbəsində yerləşən Əlillər binasında vətəndaşlar istiliy

arrow Ətraflı
Reytinqli serialda görün nə təbliğ olunur  Narazılıq doğurdu like
  • 25 Noy 16:16  
Digərləri Reytinqli serialda görün nə təbliğ olunur Narazılıq doğurdu

Kanal D-də yayımlanan "Uzak Şehir" serialının son yayımlanan ser

arrow Ətraflı
Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  FOTO like
  • 25 Noy 16:13  
Siyasət Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib FOTO

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əley

arrow Ətraflı
"Riskə gedib plugin hibrid almağınız mənasızdır"  Ekspert like
  • 25 Noy 16:00  
Digərləri "Riskə gedib plugin hibrid almağınız mənasızdır" Ekspert

"Riskə gedib plug-in hibrid almağınız mənasızdır".

arrow Ətraflı
Bakıda toy yasa döndü like
  • 25 Noy 15:58  
Digərləri Bakıda toy yasa döndü

Bakıda şadlıq sarayında gözlənilməz hadisə baş verib.

arrow Ətraflı
Rusiyanın təyyarə zavodu VURULDU  FOTO like
  • 25 Noy 15:52  
Digərləri Rusiyanın təyyarə zavodu VURULDU FOTO

Ukrayna Rusiyanın Rostov vilayətinin Taqanroq şəhərinə kütləvi dron hüc

arrow Ətraflı
Beyəlxalq Muğam Mərkəzində “Con moto” adlı növbəti konsertini keçirəcək like
  • 25 Noy 15:21  
Kriminal Beyəlxalq Muğam Mərkəzində “Con moto” adlı növbəti konsertini keçirəcək

Bakı Müasir Musiqi Cəmiyyəti Cadenza orkestrinin iştirakı ilə 29 noyabr s

arrow Ətraflı
Həkimlər yanğında anası ölən qızı oyanmağa qoymur like
  • 25 Noy 15:11  
Şou-biznes Həkimlər yanğında anası ölən qızı oyanmağa qoymur

Ləman anasını öldüyünü bilmədiyi üçün həkimlər onu ayılmağa qoymu

arrow Ətraflı
İmamoğlu 2352 ilə qədər azadlıqdan məhrum edilə bilər like
  • 25 Noy 15:10  
Digərləri İmamoğlu 2352 ilə qədər azadlıqdan məhrum edilə bilər

İstanbul bələdiyyəsində korrupsiya işi ilə bağlı ittihamnamə məhkəm�

arrow Ətraflı
Azərbaycan və Bruney liderləri birbirilərini təbrik ediblər like
  • 25 Noy 15:07  
Siyasət Azərbaycan və Bruney liderləri birbirilərini təbrik ediblər

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Prezidenti �

arrow Ətraflı
Tofiq İsmayılovun oğluna 8 il iş verildi like
  • 25 Noy 15:05  
Digərləri Tofiq İsmayılovun oğluna 8 il iş verildi

Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun dələ

arrow Ətraflı