Azərbaycan və Bruney liderləri birbirilərini təbrik ediblər


Siyasət 25 Noy 2025 15:07:00 52 0

Azərbaycan və Bruney liderləri birbirilərini təbrik ediblər

Bruney-Darüssalamın Sultanı Hacı Həssənal Bolkiah Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Son.az xəbər verir ki, məktubda deyilir:

"Əs-səlamu aleykum və rəhmətullahi və bərəkətuhu.

Zati-aliləri.

Bruney-Darüssalam ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə Zati-alinizə səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Son otuz il ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət, anlaşma və ortaq dəyərlər əsasında səmimi və möhkəm dostluq münasibətləri formalaşıb. Əminəm ki, bu sıx münasibətlər qarşıdakı illərdə daha da güclənəcəkdir.

Həmçinin ölkələrimizin, xüsusilə də İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində yeni əməkdaşlıq imkanlarını araşdırmaq üçün birlikdə çalışmasını səbirsizliklə gözləyirəm. Bu mühüm qurumlarda birgə səylərimiz xalqlarımızın və daha geniş qlobal birliyin rifahı naminə sülhün, harmoniyanın və davamlı inkişafın daha da möhkəmlənməsinə olan ortaq öhdəliyimizi əks etdirir.

Bu əlamətdar hadisəni qeyd etdiyimiz zaman Allah-taala Zati-alinizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni uğurlar, Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah nəsib etsin.

Vəssəlamu aleykum və rəhmətullahi və bərəkətuhu".

Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində Bruney-Darüssalamın Sultanını da təbrik edib.

Məktubda deyilir:

"Əlahəzrət,

Azərbaycan Respublikası ilə Bruney Darüssalam arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü ilə əlaqədar Sizi və Sizin simanızda bütün xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından səmimiyyətlə təbrik edir, ən xoş arzularımı çatdırıram.

Otuz illik dövr ərzində ölkələrimiz arasında formalaşmış dostluq münasibətləri qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli imkanlar açmışdır.

Biz Bruney Darüssalam ilə dövlətlərarası münasibətlərimizi genişləndirmək və əməkdaşlığımızı yeni məzmunla zənginləşdirmək əzmindəyik. İnanıram ki, xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Bruney Darüssalam arasında əlaqələrin möhkəmləndirilməsi, ikitərəfli qaydada və çoxtərəfli müstəvilərdə əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Fürsətdən istifadə edərək Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, dost xalqınıza daim firavanlıq və rifah arzulayıram".

Tofiq İsmayılovun oğluna 8 il iş verildi like
  • 25 Noy 15:05  
Digərləri Tofiq İsmayılovun oğluna 8 il iş verildi

Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun dələ

arrow Ətraflı
“Changan” "Hyundai"nin zavodunu aldı like
  • 25 Noy 15:00  
Digərləri “Changan” "Hyundai"nin zavodunu aldı

"Changan" avtomobil konserni "Hyundai"nin Çuntsin zavodunu

arrow Ətraflı
Yeni yol tikintisi partlayışa səbəb oldu? – AÇIQLAMA like
  • 25 Noy 14:51  
Digərləri Yeni yol tikintisi partlayışa səbəb oldu? – AÇIQLAMA

Xəbər verdiyimiz kimi, paytaxtın Nərimanov rayonunda yerləşən "AFEN

arrow Ətraflı
Jurnalist intihar məktubu paylaşdı like
  • 25 Noy 14:48  
Digərləri Jurnalist intihar məktubu paylaşdı

Tanınmış jurnalist Nicat Qafuroğlu intihar məktubu paylaşıb.

arrow Ətraflı
Azərbaycanlı müğənni 600 min manatlıq EV ALDI like
  • 25 Noy 14:45  
Şou-biznes Azərbaycanlı müğənni 600 min manatlıq EV ALDI

Müğənni Əlikram Bayramov maraqlı açıqlama verib.

arrow Ətraflı
Ana, ata və 5 yaşlı qızı evdə ölü tapıldı  Güllələniblər... FOTO like
  • 25 Noy 14:30  
Digərləri Ana, ata və 5 yaşlı qızı evdə ölü tapıldı Güllələniblər... FOTO

Mardinin Kızıltepe rayonunda 33 yaşlı ana Berna Kaya , əri Mehmet Kaya və

arrow Ətraflı
Motoyürüşçü şou zamanı həlak oldu like
  • 25 Noy 14:22  
Dünya Motoyürüşçü şou zamanı həlak oldu

Braziliyadakı motoşou zamanı 23 yaşlı italiyalı motoyarışçı qəza edib

arrow Ətraflı
Aparılan təmir uzun tıxaclar yaradır  ŞİKAYƏT like
  • 25 Noy 14:12  
Digərləri Aparılan təmir uzun tıxaclar yaradır ŞİKAYƏT

Saray qəsəbəsində aparılan təmir işləri sakinlər və sürücülər aras

arrow Ətraflı
Kenan İmirzalıoğlunun arvadıyla bu görüntüləri gündəm oldu like
  • 25 Noy 14:00  
Şou-biznes Kenan İmirzalıoğlunun arvadıyla bu görüntüləri gündəm oldu

Türkiyəli məşhur aktyor Kenan İmirzalıoğlu siması olduğu KADEM-in qadı

arrow Ətraflı
UkraynaRusiya dialoquna yeni addım like
  • 25 Noy 13:44  
Dünya UkraynaRusiya dialoquna yeni addım

ABŞ-in ordu naziri Den Driskoll Ukrayna Baş Kəşfiyyat İdarəsinin rəisi Ki

arrow Ətraflı
BYD saniyələr içində alışıb PARTLADI like
  • 25 Noy 13:30  
Digərləri BYD saniyələr içində alışıb PARTLADI

Çində park vəziyyətində olan "BYD" markalı elektrikli avtomobil

arrow Ətraflı
Maşın bazarı Ağdama köçürüləcək?  Rəsmi reaksiya like
  • 25 Noy 13:11  
Digərləri Maşın bazarı Ağdama köçürüləcək? Rəsmi reaksiya

Bakıdakı maşın bazarının Ağdama köçürüləcəyi ilə bağlı xəbər

arrow Ətraflı
"Gündə yarım kilo acı bibər yeyirəm" like
  • 25 Noy 13:00  
Şou-biznes "Gündə yarım kilo acı bibər yeyirəm"

Türk müğənni Alişanın açıqlaması marağa səbə olub.

arrow Ətraflı
Zabitlər üçün yenilik: Hərbi xidmət müddəti 6 ay azaldılır! like
  • 25 Noy 12:56  
Digərləri Zabitlər üçün yenilik: Hərbi xidmət müddəti 6 ay azaldılır!

Ehtiyatdan müddətli həqiqi hərbi xidmətə çağırılan və ya bağlaşma �

arrow Ətraflı
Bu hərbi qulluqçulara leytenant rütbəsi veriləcək like
  • 25 Noy 12:52  
Digərləri Bu hərbi qulluqçulara leytenant rütbəsi veriləcək

Müddətli həqiqi hərbi xidmət dövründə zabit hazırlığı kursunu müvə

arrow Ətraflı