Qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nuri: "Narkotikə görə öldürmüşəm"
Kriminal 12 Noy 2025 23:13:00 64 0
Bakının Binəqədi rayonunda qardaşını qətlə yetirməkdə təqsirləndirilən Amin Nurinin cinayət işi üzrə məhkəmə baxışı keçirilib.
Bu xəbəri də oxu: Uşaq Junior Liqası: 1/8 final mərhələsinin parlaq startı! FOTO
Son.az oxu.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakimi Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilənin vəkili müvəkkilinin hal-hazırda hər hansı bir psixi xəstəliyinin olub-olmaması barədə təkrar psixoloji ekspertizanın təyin olunması ilə bağlı vəsatətlə çıxış edib.
Prokuror vəsatəti əsassız sayaraq, təmin olunmamasını istəyib. Müşavirədən sonra vəsatət sənədlərin tədqiqi mərhələsinədək baxılmamış saxlanılıb.
Prosesin növbəti mərhələsində prokuror Eldar Həmzə təqsirləndirilənə ittiham aktını elan edib.
Amin Nuri qardaşının qətli ilə bağlı özünü qismən təqsirli hesab edib. Hakim onun ittiham olunduğu maddələrin sübuta yetiriləcəyi təqdirdə 20 ilədək azadlıqdan məhrum edilə biləcəyini təqsirləndirilənə xatırladıb.
Qətlə yetirilən Aslan Nurinin hüquqi varisi olan həyat yoldaşı şahid kimi ifadə verərkən onun müəyyən ifadələri təqsirləndirilən Amin Nurinin etirazına səbəb olub. Amin Nuri qardaşını mülkə görə yox, onun narkotik maddə aludəçisi və digər zərərli vərdişlərinə görə yaranmış narazılıqlar zəminində qətlə yetirdiyini deyib. O, qardaşının həyat yoldaşına onu dəfələrlə ərinin döydüyü zaman əlindən aldığını deyib və şahid də bunu təsdiq edib.
Növbəti proses dekabrın 10-na təyin olunub.
8 noyabr Bakıda təşkil olunan hərbi parada hazırlıq prosesindən görünt�
Gürcüstan ərazisində qəzaya uğrayan "C130" tipli hərbi nəqliyy
Lənkəran rayonunun Osakücə kənd sakini Hüseynəli Rzayev Baku TV-nin qayna
Aralıq dənizində yerləşən Malta son illər həm işləyənlər, həm də t
Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan C-130 tipli hərbi təyya
"Bu il rayon və şəhərlərdə musiqi məktəblərinə qəbul yerləri az
Mətbəx süngəri mikroorqanizmlərin inkişafı üçün ideal mühitdir.
Müğənni Aysun İsmayılova anası Rəqsanə İsmayılovanın həbsdə olması
ABŞ prezidenti Donald Tramp Ağ Evdə Suriyanın prezidenti Əhməd əl-Şəraa
Bakıda metroda ödəniş sisteminin yenilənməsi insanlar tərəfindən müsb�
20 türk hərbçinin şəhid olduğu hadisə ilə əlaqədar Türkiyə Prezident
Azərbaycanın xalq artisti Bilal Əliyev "Tarixin bir günü" verili�
Türkiyəli müğənni Muazzez Abacı 78 yaşında doğum günündə vəfat edib
Rusiyalı həkim-diyetoloq, tibb elmləri doktoru Mixail Ginzburq bildirib ki, u
Müğənni Təranə Qumral sosial şəbəkədə maraqlı açıqlaması ilə gün
