Qəzada həlak olan hərbçi xərçəng xəstəsinə donor olubmuş
Digərləri 12 Noy 2025 22:21:00 84 0
Gürcüstan-Azərbaycan sərhədində qəzaya uğrayan C-130 tipli hərbi təyyarədə şəhid olan Hava Qüvvələri Astsubay Başçavuş Ramazan Yağızın iki il əvvəl kök hüceyrə (sümük iliyi) donoru olaraq bir xərçəng xəstəsinin həyatını xilas etdiyi ortaya çıxıb.
Bu xəbəri də oxu: Naxçıvanda yanacaqdoldurma məntəqəsindəki yanğın söndürüldü
Son.az xəbər verir ki, şəhidin xəbəri doğulduğu Harmancık rayonunun Çatalsöğüt kəndindəki ailəsinə, eləcə də anasının yaşadığı Bursa şəhərinin Osmanqazi rayonundakı evinə çatdırılıb.
Hər iki məhəllə Türkiyə bayraqları ilə bəzədilib.
Ramazan Yağızın iki qız atası olduğu, atasını kiçik yaşda itirdiyi və liseyi bitirdikdən sonra orduya qoşulmağa qərar verdiyi bildirilib.
Məlum olub ki, şəhid Başçavuş Ramazan Yağız təxminən 10 il əvvəl kök hüceyrə (sümük iliyi) donoru kimi qeydiyyata alınıb.
2023-cü ilin iyun ayında Ankara Bilkent Şəhər Xəstəxanasında müalicə alan xərçəng xəstəsi ilə onun uyğun donor olduğu müəyyən edilib və nəql əməliyyatı uğurla həyata keçirilib.
Ramazan Yağız bu hadisədən sonra Səhiyyə Nazirliyi tərəfindən təşəkkürnamə ilə təltif edilib və o, sevincini sosial mediada belə paylaşmışdı:
"Təxminən 10 il əvvəl mənə 'kök hüceyrə (sümük iliyi) donoru olmaq istəyirsinizmi?' sualı verilmişdi, mən də 'bəli' dedim. 10 il sonra, bu ilin mart ayında mənə bir xərçəng xəstəsi ilə uyğun olduğum bildirildi. Müxtəlif testlərdən sonra iyun ayında Ankara Bilkent Şəhər Xəstəxanasında nəql əməliyyatı baş tutdu. 3 aydan çox davam edən müalicə müddətinin sonunda xəstənin sağaldığını və evə buraxıldığını öyrəndim. Səhiyyə Nazirliyinin qərarına əsasən, xəstəni tanımıram, amma çox xoşbəxtəm. Allah heç kimi ümidini itirəcək xəstəliklə sınağa çəkməsin." Lalə Qüdrətova Son.az
"Bu il rayon və şəhərlərdə musiqi məktəblərinə qəbul yerləri az
Mətbəx süngəri mikroorqanizmlərin inkişafı üçün ideal mühitdir.
Müğənni Aysun İsmayılova anası Rəqsanə İsmayılovanın həbsdə olması
ABŞ prezidenti Donald Tramp Ağ Evdə Suriyanın prezidenti Əhməd əl-Şəraa
Bakıda metroda ödəniş sisteminin yenilənməsi insanlar tərəfindən müsb�
20 türk hərbçinin şəhid olduğu hadisə ilə əlaqədar Türkiyə Prezident
Azərbaycanın xalq artisti Bilal Əliyev "Tarixin bir günü" verili�
Türkiyəli müğənni Muazzez Abacı 78 yaşında doğum günündə vəfat edib
Rusiyalı həkim-diyetoloq, tibb elmləri doktoru Mixail Ginzburq bildirib ki, u
Müğənni Təranə Qumral sosial şəbəkədə maraqlı açıqlaması ilə gün
Xəbər verdiyimiz kimi, Monqolustan mənşəli qoyun əti ilə bağlı narazıl
Azərbaycanla Ermənistan arasındakı ərazidə baş vermiş yanğının böyü
Müğənni Yeganə Mürsəlovanın səhhətində problem yaranıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) üzv təşkila
Alimlər arıqlamağın niyə çətin olduğunu izah ediblər.
