15 yaşlı qız uşaq dünyaya gətirdi: 31 yaşlı kişi HƏBS EDİLDİ
Digərləri 06 Noy 2025 19:06:00 74 0
Beyləqanda 15 yaşlı qız uşaq dünyaya gətirib.
Bu xəbəri də oxu: Süni intellekt eqoistləşir: “Yoluxucu tendensiya yaranıb”
Son.az oxu.az-a istinadən xəbər verir ki,hadisə rayonun kəndlərindən birində baş verib. Rayon sakini, 2009-cu il təvəllüdlü Nahidənin dörd yaşı olanda atası ilə anası boşanıb və o, atasının himayəsində böyüyüb.
Nahidə 2023-cü ildə kənd sakini, 1994-cü il təvəllüdlü Mahir İsmayılovla (ad və soyad şərtidir) tanış olub. Mahir onunla bir müddət münasibət qurandan sonra Nahidə ilə ailə qurmaq qərarına gəlib və bu məqsədlə, o, Nahidənin atası ilə danışıb. 14 yaşlı qıza nişan mərasimi keçirilib və ailələr arasında qərara gəlinib ki, qızın 18 yaşı olandan sonra ailə qursunlar.
Amma 2024-cü ildə Nahidə evdə qardaşı ilə dalaşaraq Mahirin qardaşıgilə gəlib. O, Mahirə bildirib ki, evə qayıtmaq istəmir və onların birgə yaşamasına razıdır. Mahir də onunla razılaşıb və həmin vaxtdan etibarən ər-arvad kimi yaşamağa başlayıblar.
Cütlüyün Sevgi adlı qızları da dünyaya gələndən sonra faktla bağlı polisə məlumat daxil olub və cinayət işi başlanılıb.
Beyləqan Rayon Məhkəməsinin hökmü ilə Mahir İsmayılov altı ay azadlıqdan məhrum edilib və o, məhkəmə zalında həbs edilib. Son.az
Azərbaycan Milli İncəsənət Muzeyində noyabr ayı ərzində uşaqlar üçü
Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin (DOST Agentliyi) İdarə H
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın ölkədən çıxışına qada�
COP29 və COP30 tədbirləri çərçivəsində 2025-ci ildə Belem şəhərinə
Vətən müharibəsinə həsr olunan "44" bədii filminin çəkilişl�
Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun (IKI) Günəş
8 Noyabr - Zəfər Günü münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qo
Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və daha yeddi müxalifət
Tanınmış prodüser Təranə Səmədovanın cəzası azaldılıb.
Türkiyənin yerli dondurma markalarından birinin analizlərində insan sağlam
Azərbaycanlı xanım Hindistana səfəri zamanı məşhur Bollivud aktyoru Şah
7 noyabr saat 18:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında
Şəbnəm Tovuzlu aldığı qızılın qiymətini açıqlayıb.
