Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” elminəzəri konfransı keçirildi
Digərləri 06 Noy 2025 18:12:00 71 0
8 Noyabr - Zəfər Günü münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Hərbi İnstitutunda "Zəfər tarixi" adlı respublika elmi-nəzəri konfrans keçirilib. Tədbir 44 günlük Vətən müharibəsində qazanılmış Şanlı Qələbənin 5-ci ildönümünə həsr olunub.
Bu xəbəri də oxu: “Tərtər işi” ilə bağlı təqsirli bilinən generalla bağlı QƏRAR
Konfransda dövlət və ali təhsil müəssisələrinin nümayəndələri - Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsi, Azərbaycan Respublikası Milli Müdafiə Universiteti, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyası, Dövlət Gömrük Komitəsinin Akademiyası, Fövqəladə Hallar Nazirliyinin Akademiyası, Dövlət Sərhəd Xidməti Akademiyası, Dövlət Dəniz Akademiyasının nümayəndələri, kursant və tələbələri, Vətən müharibəsinin qəhrəmanları və iştirakçıları, həmçinin şəhid ailələrinin nümayəndələri qonaq qismində iştirak ediblər.
Konfrans zamanı Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinə hörmət və ehtiram bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, videoçarx nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan Hərbi İnstitutun rektoru, general-mayor Elçin Məmmədov tədbir iştirakçılarını salamlayaraq konfransın işinə uğurlar arzulayıb. Zəfər Gününün tarixi əhəmiyyətini vurğulayaraq gənc nəslin dövlətçilik ideyalarına sadiq və vətənpərvər ruhda tərbiyə almasının önəmini nəzərə çatdırıb.
Məruzələrdə Ulu Öndər Heydər Əliyevin uzaqgörən dövlətçilik məktəbinin, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyətli iradəsinin Şanlı Zəfərin əsas dayağı olduğu xüsusi vurğulanıb. Çıxışlarda Vətən müharibəsinin hərbi-siyasi nəticələri, post-müharibə dövründə təhlükəsizlik sisteminin təkmilləşdirilməsi və milli birliyin möhkəmləndirilməsi məsələləri müzakirə edilib.
Elm və Təhsil Nazirliyinin Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdir
Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili və daha yeddi müxalifət
Tanınmış prodüser Təranə Səmədovanın cəzası azaldılıb.
Türkiyənin yerli dondurma markalarından birinin analizlərində insan sağlam
Azərbaycanlı xanım Hindistana səfəri zamanı məşhur Bollivud aktyoru Şah
7 noyabr saat 18:00-da Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında
Şəbnəm Tovuzlu aldığı qızılın qiymətini açıqlayıb.
Azərbaycan Milli İncəsənət Muzeyində noyabr ayı ərzində uşaqlar üçü
İran təhlükəsizlik qüvvələri Tehranda 5 tanınmış şəxsi həbs edib.
Azərbaycan Respublikası "Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəl
"Invest in Azerbaijan" informasiya sistemi yaradılır.
17 noyabr 2025-ci ildə saat 19:30-da Opera Studiya məkanında görkəmli Azər
