Avtovağzallar 24 saat rejimə keçir Bu tarixlərdə
Digərləri 05 Noy 2025 12:38:00 78 0
8 Noyabr - Zəfər Günü və 9 Noyabr - Dövlət Bayrağı Günü ilə əlaqədar respublika ərazisində fəaliyyət göstərən bütün avtovağzal və avtostansiyalar əhalinin nəqliyyat xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin edilməsi üçün 8-11 noyabr tarixlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Bu xəbəri də oxu: "Vegetarian qadınların uşaqları əqli cəhətdən zəif ola bilər"
Son.az xəbər verir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) şəhərlərarası və rayonlararası marşrutlar üzrə sərnişindaşımaları yerinə yetirən daşıyıcılar tərəfindən fasiləsiz və təhlükəsiz hərəkətin təmin edilməsi, kassalardan tariflərə uyğun biletlərin qanunamüvafiq qaydada satışının həyata keçirilməsi, yarana biləcək sərnişin sıxlığının qarşısının alınması, eləcə də avtobusların təsdiq edilmiş cədvəl üzrə hərəkət qrafiklərinə ciddi riayət edilməsi ilə bağlı bütün avtovağzal və avtostansiyalara müvafiq tapşırıqlar verib.
Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) bayram günlərində sərnişin axınına uyğun olaraq, marşrutlar üzrə xətlərə buraxılan avtobusların intervalına, sürücülərin sərnişindaşımada təhlükəsizlik qaydalarına əməl etmələrinə xüsusi nəzarət olunacaq.
Sərnişin sıxlığının qarşısını almaq üçün xəttə lazımi sayda əlavə avtobusun buraxılması təmin ediləcək. Vətəndaşlar biletləri avtovağzalların kassalarından, həmçinin, "biletim.az" portalından onlayn qaydada əldə edə bilərlər. Qeyd edək ki, "biletim.az" portalında 56 şəhər və rayona, 86 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 346 reys olmaqla 394 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək. Xatırladaq ki, Bakıdan bölgələrə böyük sərnişin axını nəzərə alınaraq reyslərin vaxtında yola düşməsi, avtobusların düzgün komplektləşdirilməsi və digər təşkilati məsələləri əngəlsiz təmin etmək məqsədilə reyslər üzrə bilet satışları avtobusların yola düşməsinə 15 dəqiqə qalmışa qədər həyata keçirilir. Avtobusun yola düşməsinə 15 dəqiqədən az vaxt qaldıqda biletlər artıq növbəti reys üçün təqdim olunur. Bu qayda "biletim.az" portalı üzərindən və avtovağzalın kassalarından əldə edilən biletlərə şamil edilir.
Vətəndaşlara daha rahat və təhlükəsiz qaydada mənzil başına çatmaq üçün biletləri onlayn qaydada "biletim.az" portalı vasitəsilə əldə etmələri tövsiyə olunur.
Aysel Əkbər Son.az
Enerji içkilərin insanlara zərərləri tez-tez müzakirə olunan məsələlə
Əməkdar artist Bəsdi Bəkirovanın şəxsi otel sahibi olduğu üzə çıxıb
Son günlər sosial şəbəkələrdə tələbələrin köçürülməsi prosesin�
Gürcüstanda kriminal qruplarla əlaqəli 34 nəfər saxlanılıb, xüsusi əm�
Ermənistan hökuməti Rusiyadan buğda daşıyan qatarın Azərbaycan ərazisin
"Əmək pensiyalarının orta aylıq məbləğinin gələn il üçün 590 m
ABŞ-da 19 ildir uşaq sahibi ola bilməyən cütlük Kolumbiya Universitetinin
Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Rusiyaya səfər e
Sosial şəbəkələrdə yaradılan saxta profillər vasitəsilə vətəndaşlar
Dövlət Vergi Xidmətinin saytında problem yaranıb.
İqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin gəlirlərinin real
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Ərəb K
Peşə standartlarının hazırlanması maddəsi üzrə 2026-cı ildə 1,0 milyo
Növbəti ildə əhaliyə ödənişlər 8196,45 mln. manat həcmində və ya Dö
