Azərbaycanlı avtoritet zərərsizləşdirildi
Digərləri 05 Noy 2025 11:50:00 84 0
Gürcüstanda kriminal qruplarla əlaqəli 34 nəfər saxlanılıb, xüsusi əməliyyatda polis əməkdaşı yaralanıb.
Bu xəbəri də oxu: Hakim Rasim Sadıxov işdən çıxarıldı FOTO
Son.az xəbər verir ki, beş cinayət işi üzrə aparılan genişmiqyaslı əməliyyat çərçivəsində saxlanılan şəxslərə qarşı "cinayətkarlar aləminə üzv olmaq", "kriminal aləmin fəaliyyətinə dəstək vermək" və "cinayətkar aləmin üzvünə müraciət etmək" ittihamları irəli sürülüb.
Onlardan bir neçəsinə qiyabi ittiham elan olunub.
Əməliyyat zamanı Laqodexi rayonunun Kəbəli kəndində saxlanılmağa cəhd edilən 1973-cü il təvəllüdlü Mirzə Əliyev polisə silahlı müqavimət göstərib. O, xüsusi təyinatlılara atəş açıb, nəticədə əməkdaşlardan biri döş qəfəsindən ağır yaralanıb. Polis cavab atəşi ilə Mirzə Əliyevi zərərsizləşdirib.
Nazirliyin açıqlamasında bildirilib ki, saxlanılan şəxslər uzun müddətdir "qanuni oğrular"la əlaqə saxlayır, onlardan təlimat alır və maliyyə mübahisələrinə müdaxilə edərək təhdid və zor tətbiq ediblər. Eyni zamanda, cinayətkar qruplaşma üzvləri tərəfindən "oğru söhbətləri" təşkil olunub, şərtlərə əməl etməyən şəxslər cərimələnib və ölüm ilə hədələnib.
Məlumata görə, əməliyyat zamanı kriminal avtoritet kimi tanınan Elmuraz Məmmədov da saxlanılanlar arasında olub və prosesdə mühüm rol oynayıb. Axtarışlar zamanı şübhəlilərin evlərindən komputer və mobil telefonlar, narkotik vasitələr, odlu silahlar və böyük məbləğdə pul götürülüb.
İş üzrə Gürcüstan Cinayət Məcəlləsinin bir neçə maddəsi, o cümlədən qanunsuz silah dövriyyəsi, qəsdən adam öldürməyə cəhd və mütəşəkkil cinayətkarlıq ittihamları ilə istintaq aparılır.
DİN rəhbərliyinin açıqlamasında qeyd olunub ki, əməliyyatlar nəticəsində bir neçə il öncə qeydə alınmış qanunsuz silah dövriyyəsi faktı da ifşa edilib və şübhəlilərdən Davit Çubinidze həbs olunub, Davit Mikadze barəsində isə qiyabi ittiham veriləcək.
"Gürcüstan DİN mütəşəkkil cinayətkarlığa qarşı mübarizəni qətiyyətlə davam etdirir və ölkədə cinayət səviyyəsinin tarixi minimuma endirilməsi istiqamətində fəaliyyət göstərəcək", - deyə daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze bildirib./Report
Ermənistan hökuməti Rusiyadan buğda daşıyan qatarın Azərbaycan ərazisin
"Əmək pensiyalarının orta aylıq məbləğinin gələn il üçün 590 m
ABŞ-da 19 ildir uşaq sahibi ola bilməyən cütlük Kolumbiya Universitetinin
Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov Rusiyaya səfər e
Sosial şəbəkələrdə yaradılan saxta profillər vasitəsilə vətəndaşlar
Dövlət Vergi Xidmətinin saytında problem yaranıb.
İqtisadi aktivliyin yüksəlməsi ilə əlaqədar əhalinin gəlirlərinin real
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 5-də Ərəb K
Peşə standartlarının hazırlanması maddəsi üzrə 2026-cı ildə 1,0 milyo
Növbəti ildə əhaliyə ödənişlər 8196,45 mln. manat həcmində və ya Dö
Bakıda, Suraxanı rayonunda ağır yol qəzası baş verib.
Rusiya Federasiyası Təhlükəsizlik Şurasının (TŞ) katibi Sergey Şoyqu no
Sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik �
