75 bıçaq zərbəsi ilə öldürülən 20 yaşlı Arzunun qətlinin TƏFƏRRÜATI FOTO
Digərləri 05 Noy 2025 09:56:00 74 0
Xəbər verdiyimiz kimi, Türkiyənin Bursa şəhərində rus əsilli, 20 yaşlı Arzu Xəlilovanın amansız şəkildə qətlə yetirilib.
Bu xəbəri də oxu: Panik atakdan ölmək olarmı? – Mütəxəssislər açıqladı
Son.az Türkiyə mediasına istinadla xəbər verir ki, qətllə bağlı yeni təfərrüatlar üzə çıxıb.
Məlumatına görə, cinayət oktyabrın 3-də Yıldırım rayonundakı mənzildə, saat 15:00 radələrində baş verib. İlkin araşdırmalara əsasən, gənc qadın birgə yaşadığı Azərbaycan əsilli Salican Mehmet tərəfindən öldürülüb.
Məlumata görə, cütlük arasında yaranan mübahisə zamanı Mehmet mətbəxdən bıçaq götürərək Xəlilovaya hücum edib. Qonşular evdən gələn səs-küyü eşidərək polisə xəbər veriblər. Hadisə yerinə gələn polis əməkdaşları Salican Mehmeti yaxalayıblar.
Xəstəxanaya çatdırılan Arzu Xəlilovanın həyatını xilas etmək mümkün olmayıb. Tibbi ekspertizanın ilkin nəticələrinə əsasən, onun bədənində 75 bıçaq yarası aşkarlanıb.
İstintaq zamanı Salican Mehmet cinayəti törətdiyini etiraf edib. O, ifadəsində bildirib ki, mübahisə qadının "alış-verişə gedirəm, uşaqlara bax" deməsindən sonra yaranıb və bu sözlər onu əsəbiləşdirib.
Qeyd edək ki, cütlüyün 3,5 və 2 yaşlarında iki azyaşlı qızı var. Araşdırmada məlum olub ki, Mehmet əvvəllər dəfələrlə məhkum olunub - onun barəsində qəsdən xəsarət yetirmə, narkotik vasitələrin saxlanması və odlu silah qanunlarını pozma maddələri üzrə səkkiz cinayət qeydi mövcuddur. Bundan əlavə, o, Arzu Xəlilovaya qarşı cinsi təcavüz ittihamı ilə də istintaqa cəlb edilib.
Bursa Prokurorluğu hadisə ilə bağlı cinayət işi açıb. Araşdırmalar davam etdirilir.
Fidan Son.az
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı
Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin sabiq rə
Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.
Şair Cığatel İsaqızı və övladı Leyla Camal "Gün ortası" pro
Müasir dövrdə iş həyatının əksər hissəsi kompüter qarşısında keçi
Aparıcı Afaq Gəncəli Xalq artisti Brilliant Dadaşova ilə küsülüdür.
Yeməklərə dad və ətir qatan ədviyyatlar eyni zamanda tərkibindəki vitami
Müğənni Sahib İbrahimov Əməkdar artist Vasif Məhərrəmli ilə küsülü
Son illər aparılan elmi araşdırmalar sübut edir ki, gündəlik qidalanmada
Elm adamları bildirirlər ki, tam qaranlıqda yatmaq yalnız yaxşı yuxu üç�
Panik atak yaşayan bir çox insan bu vəziyyəti keçirdiyi an "ölürəm&
Yumurta çox vaxt sadə qida kimi qəbul edilsə də, əslində ən dəyərli v�
ABŞ-da aparılan yeni bir araşdırma beyin sağlamlığı üçün ən zərərl
Axşam yeməklərinin əvəzolunmaz tərəfi olan plov bəzən artıq qala bilə
Bağınızdan "alçaq ot" deyib çıxarıb atdığınız o bitki, Avro
