Azərbaycanlıların qışda ən çox yediyi yeməklə bağlı həkimdən xəbərdarlıq
Digərləri 04 Noy 2025 15:50:00 70 0
Havanın soyuması ilə insanların qida seçimlərində də dəyişiklik müşahidə olunur. Xəngəl, qutab, düşbərə kimi xəmir və ətli yeməklərə tələbat artır, masalar daha kalorili və ağır qidalarla zənginləşir.
Bu xəbəri də oxu: Binaların qarşısında cərimələnən sakinlər narazılıq edir
Bəs, bu qidaların insan orqanizmi üçün hansı təhlükələri var?
Mövzu ilə bağlı terapevt Günay Lətifova Son.az-a açıqlamasında bildirib ki, soyuq havalarda insanlar daha çox xəmir, yağlı və ətli yeməklərə üstünlük verirlər.
G.Lətifovanın sözlərinə görə, qış aylarında yayla müqayisədə fiziki aktivlik azalır, yürüyüş və hərəkət imkanları məhdudlaşır. Qeyd edib ki, bu səbəbdən orqanizmi yükləyən ağır qidalar əksinə, sağlamlığa mənfi təsir göstərir.
Terapevt nəzərə çatdırıb ki, soyuq mövsümdə qida rasionunun mümkün qədər yüngülləşdirilməsi daha məqsədəuyğundur:
"Bədən hərəkətsiz qaldıqda maddələr mübadiləsi ləngiyir, yağların yığılması sürətlənir. Bu da kökəlməyə meyilliyi artırır, bağırsaq sistemində zəifləmə yaradır və digər təhlükəli problemlərə səbəb olur".
Bu aylarda bol maye qəbuluna, tərəvəz və yüngül yeməklərə üstünlük verilməli olduğunu vurğulayan mütəxəssis əlavə edib ki, yatmazdan ən azı 3-4 saat əvvəl qida qəbulunun dayandırılması vacibdir:
"Mədə gecə boyu işləmək məcburiyyətində qalmamalıdır. İnsan yatırsa, mədə də istirahət etməlidir ki, növbəti gün orqanizmi yormasın". Günay Lətifovanın fikrincə, sağlam həyat tərzinin qorunması üçün qışda daha çox diqqət tələb olunur:
"Çünki qışda insanlar daha passiv olur, aktiv enerji sərf etmirlər. Bu səbəbdən rasionu yüngülləşdirmək həm bədən, həm də psixoloji rahatlıq üçün vacibdir".
Qida eksperti Fərid Səfərov Son.az-a açıqlamasında bildirib ki, soyuq havalarda ağır yeməklərə maraq artsa da, bu yeməklərin gigiyenik və qida tərkibi baxımından müəyyən riskləri nəzərə alınmalıdır.
Ekspert ilk növbədə xəngəldə istifadə olunan ətin keyfiyyətinə diqqət çəkib. Söyləyib ki, ətin mənşəyi və saxlanma şəraiti mütləq məlum olmalıdır:
"Əgər ət düzgün şəraitdə saxlanmayıbsa, xüsusilə soyuducu zəncir pozulubsa, bu, Salmonella, E. coli və Listeria kimi mikrobioloji risklərə səbəb ola bilər". Fərid Səfərovun sözlərinə görə, xəngəl çoxlu əl təması tələb etdiyindən gigiyenik şərait olduqca önəmlidir:
"Xəmirin yoğrulması, kəsilməsi və qatlanması zamanı təmizlik qaydalarına əməl edilməlidir. Kütləvi şəkildə hazırlanıb, isti buxarda uzun müddət saxlanılan xəngəl bakteriyalar üçün ideal şərait yarada bilər. Buna görə də "təzə bişmiş" prinsipinə riayət edən məkanlara üstünlük verilməlidir".
Ekspert əlavə edib ki, xəngəl tərkibinə görə ağır yemək sayılır və həzm sistemi ilə bağlı problemləri olanlar üçün diqqətli istifadəsi vacibdir:
"Karbohidrat, yağlı ət və bulyon qarışığı həzmi çətinləşdirə bilər. Xüsusilə qəbizlik, mədə yanması, öd problemi və ya qaraciyər yağlanması olan şəxslər axşam saatlarında bu yeməkdən çəkinməlidir".
Onun fikrincə, bəzi vərdişlər də bu yeməyi daha da təhlükəli edə bilər:
"Xəngələ əlavə edilən yağ, qaymaq, qatıq kimi əlavələr kalori yükünü artırır. Üstəlik, yanında təqdim edilən turşu, ayran və qazlı içkilər mədə turşusunu yüksəldərək narahatlığa səbəb ola bilər".
Mina Mikayılova Son.az
Dövlət İmtahan Mərkəzi (DİM) imtahanların təşkili üçün istifadə olu
Bakıda yerləşən özəl xəstəxanalardan biri olan "Leyla Medical Cente
Daima korporativ sosial məsuliyyət layihələrinə və ekoloji təşəbbüslə
8 noyabr - Zəfər Günü Azərbaycanın dövlətçilik tarixinin parlaq səhif
Bakıda keçiriləcək Zəfər Paradı ilə əlaqədar 5, 6 və 8 noyabr tarixl�
Görüşdə sahibkarlarla dövlət dəstəyi alətlərindən istifadə olunmaqla
Noyabrın 3-də Ədliyyə Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Age
Abşeronda ad gününə gedən xanım taksi sürücüsü tərəfindən qarət ed
1992-ci ildə ABŞ dövlət katibi Sayrus Vens Azərbaycana gəldi. Onu helikopt
Son günlər "WhatsApp" istifadəçilərinin hesablarına icazəsiz gi
"3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik
Bu gün Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma və
Noyabrın 4-də Günəşdə ikinci ən güclü sinfə aid olan M3.5 dərəcəli
"SOCAR-da hərc-mərclik də, qeyri-səmərəlilik də var idi. Hansı arqu
