Bu xəstəxanada həkimi evdən çağırmaq 100 manatdır ŞİKAYƏT
Digərləri 04 Noy 2025 15:40:00 82 0
Bakıda yerləşən özəl xəstəxanalardan biri olan "Leyla Medical Center"də mövcud olan fantastik qiymətlər və göstərilən xidmət arasında uyğunsuzluq vətəndaşın etirazına səbəb olub.
Bu xəbəri də oxu: Saatlı rayonunda sahibkarlarla görüş keçirilib FOTO
Son.az-a müraciət edən vətəndaş bildirir ki, ani diqqətsizlikdən yıxılıb və diz qapağı sınıb.
"Bundan sonra "Leyla Medical Center"ə üz tutdum. Əsas məsələ də bundan sonra başladı. Növbətçi uyğun həkim olmadığına görə həkimi evdən çağıracaqlarını bildirdilər və yerindəcə məndən "Həkimin evdən çağırışı" xidməti adı altında 100 manat ödəniş aldılar. Həmin vaxt məni kimi sınıq problemi ilə gələn 5 nəfər var idi, eyni həkimin evdən çağırılmasına görə hərəmizdən 100 manat aldılar.
1 saat həkimi gözlədikdən sonra həkim gəldi və rentgen lazım olduğunu bildirdi. Rentgenə görə isə 50 manat ödəniş etdim. Daha sonra gipsin qoyulması üçün isə 40 manat ödəniş etdim.
Ən sonda isə "gips altı pambıq" adı altında 86 manat almaq istəyirdilər, ona isə etiraz edəndən sonra guya mənə güzəşt etdilər, endirim olaraq 6 manat aldılar. Toplam da 1 saat ərzində göstərilən bu xidmətə görə 196 manat ödəniş etdim. Təbiki analyıram özəl xəstəxanadır, xidmətlər ödənişlidir, amma bu qədəri də insafsızlıqdır axı, həkimi evdən çağırmağa görə 100 manat istəyirlər, daha sonra həmin həkim resept yazanda da əlavə pul istəyirlər və göstərilən xidmət isə qiymətlə uyğun gəlmir qətiyən. 1 saat həkimin gəlməsini gözləmişik, övladım yanımda olmasaydı, orda məni palatadan palataya daşımağa belə adam yox idi. Kimə salam, verirsən pul istəyir, xəstəni bir palatadan digərinə aparmağa görə belə pus istəyirdilər".
Qeyd edək ki, "Referans Medical Group"un tərkibində fəaliyyət göstərən "Leyla Medical Center"in Tibbi direktoru Sevda Cəfərovadır.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Mehman Əsədov Son.az
8 noyabr - Zəfər Günü Azərbaycanın dövlətçilik tarixinin parlaq səhif
Bakıda keçiriləcək Zəfər Paradı ilə əlaqədar 5, 6 və 8 noyabr tarixl�
Görüşdə sahibkarlarla dövlət dəstəyi alətlərindən istifadə olunmaqla
Noyabrın 3-də Ədliyyə Nazirliyi və Kiçik və Orta Biznesin İnkişafı Age
Abşeronda ad gününə gedən xanım taksi sürücüsü tərəfindən qarət ed
1992-ci ildə ABŞ dövlət katibi Sayrus Vens Azərbaycana gəldi. Onu helikopt
Son günlər "WhatsApp" istifadəçilərinin hesablarına icazəsiz gi
"3 noyabr 2025-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik
Bu gün Maştağa ETSİ-nə daxil olan bir sıra ərazilərdə yenidənqurma və
Noyabrın 4-də Günəşdə ikinci ən güclü sinfə aid olan M3.5 dərəcəli
"SOCAR-da hərc-mərclik də, qeyri-səmərəlilik də var idi. Hansı arqu
Son.az yazıçı-jurnalist Azər Qismətin yazısını təqdim edir:
Paytaxtın Xətai rayonu Gəncə prospektində çoxmərtəbəli binaların bəzi
Səhiyyə Nazirliyinin Respublika Sanitariya-Karantin Mərkəzinin külli miqdar
