İstilik mövsümünə hazırlıq nə yerdədir?


Digərləri 04 Noy 2025 13:00:00 86 0

İstilik mövsümünə hazırlıq nə yerdədir?

"İstilik mövsümü üçün hazırlıq planlı və mərhələli şəkildə aparılır". 

Son.az xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin mətbuat katibi Elvin Basqallı bildirib.

Ölkədə payız-qış mövsümünə hazırlıq işləri mövsüm başa çatan kimi başlayır və növbəti mövsümədək davam edir. Bu mərhələdə balansda olan avadanlıqların texniki vəziyyəti yoxlanılır, xətlər sınaqdan keçirilir və ehtiyac olduğu halda yenilənir.

Onun sözlərinə görə, hər il 80 mindən çox avadanlıq sazlama prosesindən keçir, 1000 kilometrdən artıq magistral xətt isə dəfələrlə təzyiq sınaqlarına cəlb olunur. Onun sözlərinə görə, qəza və sızıntı olan sahələrdə operativ şəkildə təmir-bərpa işləri aparılır:

"Hazırda da hazırlıq prosesi intensiv davam edir. Zərurət olduqda xətlər tam yenilənir və sistem maksimal dayanıqlığa gətirilir.

Rəsmi açıqlamasında Elvin Basqallı istiliklə bağlı şikayətlərin əsas səbəbinə də toxunub. O qeyd edib ki, yaranan problemlərin təxminən 80%-i bina və mənzil daxilində olan sistemlərdən qaynaqlanır. Bizim məsuliyyət zonamıza qazanxanalar, magistral, məhəllədaxili xətlər və binanın zirzəmisinə qədər olan infrastruktur daxildir. Daxili sistemlərlə bağlı məsuliyyət bina balans saxlayıcısı və mənzil sahiblərinə məxsusdur. Lakin sosial məsuliyyət çərçivəsində hər zaman texniki dəstək göstərməyə hazırıq".

ASC rəsmisi həmçinin enerji səmərəliliyi istiqamətində görülən işlərdən danışıb:

"Ötən il 5, bu il isə 7 köhnə qazanxana sökülərək müasir tələblərə uyğun yeni qazanxanalar tikilir. Bu yeni sistemlər enerji itkilərini azaldır və istilik keyfiyyətini xeyli artırır. Ölkə üzrə bütün qazanxanalar eyni təsdiqlənmiş qrafiklə çalışır və regionlar arasında istilik təminatında fərq yoxdur. Köhnə sistemli qazanxanalarda müəyyən fərqlər müşahidə oluna bilsə də, ümumi standart eynidir".

Yeni abonentlərin qoşulması ilə bağlı məsələlərə də aydınlıq gətirən Elvin Basqallı bildirib ki, texniki imkan daxilində yeni binaların da sistemə inteqrasiyası mümkündür: "Yeni qazanxanaların tikintisi zamanı ətraf binalardan çoxsaylı müraciətlər daxil olur. Əgər istilik mənbəyi yaxınlıqda yerləşirsə, qoşulma prosesini operativ şəkildə həyata keçiririk".

Asya Hüseyn Son.az

Məktəb partası arxasındakı ali təhsil... like
  • 04 Noy 12:51  
Digərləri Məktəb partası arxasındakı ali təhsil...

Müasir dövrdə təhsil sistemində keyfiyyətli dəyişikliklərin həyata ke�

arrow Ətraflı
Binaların qarşısında cərimələnən sakinlər narazılıq edir like
  • 04 Noy 12:42  
Digərləri Binaların qarşısında cərimələnən sakinlər narazılıq edir

Paytaxtda bəzi sakinlər yaşadıqları binaların qarşısında avtomobilləri

arrow Ətraflı
"Ermənistan Türkiyə ilə Azərbaycan arasında yüklərin tranzitini təmin etməyə hazırdır" like
  • 04 Noy 12:30  
Dünya "Ermənistan Türkiyə ilə Azərbaycan arasında yüklərin tranzitini təmin etməyə hazırdır"

Ermənistan bu gün Türkiyə ilə Azərbaycan arasında yüklərin tranzitini t

arrow Ətraflı
Müsəlman namizəd irəlidədir: Trampdan sərt xəbərdarlıq like
  • 04 Noy 12:10  
Dünya Müsəlman namizəd irəlidədir: Trampdan sərt xəbərdarlıq

ABŞ-da Nyu-York şəhər meri seçkiləri öncəsi gərginlik artır. Sorğular

arrow Ətraflı
Məşhur blogger və müğənnilərin reklam etdiyi Azər İsmayılov saxlanıldı  YENİLƏNİB  VİDEO  FOTO like
  • 04 Noy 11:58  
Digərləri Məşhur blogger və müğənnilərin reklam etdiyi Azər İsmayılov saxlanıldı YENİLƏNİB VİDEO FOTO

Endirimli ingilis dili kursu təşkil edəcəyi vədi verərək dələduzluq ed�

arrow Ətraflı
Səmaya nəzarət: JF17 ilə Su30 qarşıqarşıya  Qafqazın həqiqi sahibi kimdir? like
  • 04 Noy 11:43  
Siyasət Səmaya nəzarət: JF17 ilə Su30 qarşıqarşıya Qafqazın həqiqi sahibi kimdir?

2025-ci il avqustun 8-də ABŞ prezidenti Donald Trampın vasitəçiliyi ilə A�

arrow Ətraflı
Pensiya sistemini nə gözləyir?  Yeni dövr başlayır like
  • 04 Noy 11:38  
Digərləri Pensiya sistemini nə gözləyir? Yeni dövr başlayır

Hazırda Azərbaycanda müşahidə olunan demoqrafik meyillər bir çox ölkəl�

arrow Ətraflı
Dövlət büdcəsində media üçün rekord artım like
  • 04 Noy 11:36  
Digərləri Dövlət büdcəsində media üçün rekord artım

Növbəti il 2025-ci illə müqayisədə televiziya, radio və nəşriyyat xərc

arrow Ətraflı
Aİ95in istehsalı niyə dayandırılır?  Yeni proqnozlar açıqlandı like
  • 04 Noy 11:32  
Digərləri Aİ95in istehsalı niyə dayandırılır? Yeni proqnozlar açıqlandı

2026-cı ildə aksizlər üzrə büdcəyə daxilolmalar 1 584 000 000 manat məb

arrow Ətraflı
Ehtiyatda olan hərbçilərə dəstək  Milyonlarla manat ayrılır like
  • 04 Noy 11:31  
Digərləri Ehtiyatda olan hərbçilərə dəstək Milyonlarla manat ayrılır

2026-cı ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş işləy�

arrow Ətraflı
Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU like
  • 04 Noy 11:30  
Digərləri Səhiyyə Nazirliyinin rüşvət alan vəzifəli şəxslərinə HÖKM OXUNDU

Rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyinin Respublika Sanitari

arrow Ətraflı
Bu müəllimlərə daha yüksək maaş veriləcək like
  • 04 Noy 11:26  
Digərləri Bu müəllimlərə daha yüksək maaş veriləcək

2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətinin sertifikatla

arrow Ətraflı
Gələn il manatın məzənnəsi dəyişəcək?  Komitə sədri açıqladı like
  • 04 Noy 11:24  
Digərləri Gələn il manatın məzənnəsi dəyişəcək? Komitə sədri açıqladı

Gələn il manatın məzənnəsinin sabit qalacağı gözlənilir.

arrow Ətraflı