Pensiya sistemini nə gözləyir? Yeni dövr başlayır
Digərləri 04 Noy 2025 11:38:00 80 0
Hazırda Azərbaycanda müşahidə olunan demoqrafik meyillər bir çox ölkələrlə müqayisədə müsbət olsa da, uzunmüddətli dövrdə əhalinin yaşlanması, sığortaolunanlar və pensiyaçılararasındakı say nisbəti, gözlənilən orta ömür müddəti və sair bir sıra digər amillər pensiya sistemi qarşısında mühüm çağırışlar yarada bilər.
Bu xəbəri də oxu: Vaqif Vəliyev vəfat etdi
Son.az xəbər verir ki, Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə olunan "Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Layihədə bildirilib ki, hazırda ölkə əhalisinin 69,7 faizi əmək qabiliyyətli yaşda (15-65 yaş), 9,1 faizi isə 65 və daha yuxarı yaş qrupuna aiddir və dünya göstəriciləri ilə müqayisədə hazırkı vəziyyət dövlət pensiya sisteminin maliyyə dayanıqlığı baxımından qənaətbəxşdir. Lakin növbəti bir neçə onilliklərdə ölkə əhalisinin tərkibində yaşlı əhalinin sayının və xüsusi çəkisinin artması dövlət pensiya təminatı sisteminin əsas maliyyə mənbəyi olan məcburi dövlət sosial sığorta haqqı ödəyicilərinin sayının azalmasına, nəticə etibarilə isə onun maliyyə öhdəliklərinin artmasına səbəb ola bilər.
Mövcud demoqrafik meyillərə əsasən, 2024-cü ildə 0,6 faiz olan əhalinin illik artım tempinin BMT-nin "Dünya Əhalisinin Perspektivləri" hesabatına görə, 2050-ci ilədək kifayət qədər aşağı enəcəyi gözlənilir. Eyni zamanda, 15-64 yaş aralığında olan əmək qabiliyyətli əhalinin sayının 2030-cu illərin ikinci yarısında maksimum səviyyəyə çatacağı, daha sonra isə azalmağa başlayaraq 2050-ci ildə ümumi əhali strukturunda xüsusi çəkisinin 65,4 faizədək azalacağı proqnozlaşdırılır.
Digər tərəfdən, ən sürətli artım 65 və daha yuxarı yaşda olan əhali qrupunda müşahidə olunacaq. Belə ki, 2024-cü ildə 65 yaşdan yuxarı şəxslərin əhalidə xüsusi çəkisi 9,1 faiz təşkil etdiyi halda, bu göstəricinin 2050-ci ilin sonunadək 18,1 faizə çatacağı gözlənilir. Bundan əlavə, əhalinin iqtisadi rifah, tibbi xidmət, sosial təminatının yüksəlməsi fonunda əhalinin gözlənilən orta ömür uzunluğunun artması gözlənilir ki, bu da öz növbəsində əmək pensiyaçılarının orta pensiya ödənişi müddətinin uzanması və Fondun maliyyə yükünün artırılması ilə nəticələnir. 2024-cü ildə Azərbaycanda orta ömür uzunluğu 74,6 il təşkil edib və mövcud artım tendensiyasının davam edəcəyi halda, BMT-in proqnozlarına əsasən 2050-ci ildə 78,6 il olacağı gözlənilir.
Növbəti il 2025-ci illə müqayisədə televiziya, radio və nəşriyyat xərc
2026-cı ildə aksizlər üzrə büdcəyə daxilolmalar 1 584 000 000 manat məb
2026-cı ilin dövlət büdcəsində 20 il və daha çox xidmət etmiş işləy�
Rüşvət almaqda təqsirləndirilən Səhiyyə Nazirliyinin Respublika Sanitari
2022-2026-cı illər ərzində 137 min nəfər müəllim heyətinin sertifikatla
Gələn il manatın məzənnəsinin sabit qalacağı gözlənilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin AMEA-nın 80 illik yub
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi Göygöldə 2 gəncin öldüyü, 2-ni
Müğənni Aysun İsmayılova keçmiş ərindən danışıb.
2026-cı ildə Prezident təqaüdlərinin maliyyələşdirilməsi üçün 2 144
"Azərbaycan Televiziya və Radio Verilişləri" QSC üzrə dövlət v
Qaradağ Rayon İcra Hakimiyyətində Korrupsiyaya qarşı Mübarizə Baş İdar
Tamstore marketlər şəbəkəsi 5-9 noyabr tarixi aralığında "5 gün, 5
"Bakı Metropoliteni" QSC xidmət keyfiyyətinin artırılması məqs�
