Naxçıvanda əhalidən istifadə etmədiyi suya görə pul yığılıb
Digərləri 26 Sen 2025 15:55:00 62 0
Naxçıvan Muxtar Respublikasının Dövlət Su Ehtiyatları Agentliyi əhalidən istifadə etmədiyi suya görə pul yığıb.
Bu xəbəri də oxu: Çətin yaydan sonra bu BÜRCLƏRİ rahat həyat gözləyir
Bu qənaətə Hesablama Palatası Agentlikdə apardığı auditdən sonra gəlib.
Məlumata görə, audit nəticəsində tikintisi yarımçıq qalmış su təmizləyici qurğu fəaliyyət göstərməsə də, bəzi ərazilərdə abonentlərin balans mənsubiyyətində su ölçü cihazlarının quraşdırılması və əhalidən içməli suyun istifadəsinə görə vəsait toplanması halı da müəyyən edilib.
Audit qrupu suvarma suyunun mənbələrində verilən suyun həcminin ölçülməsi üçün hesablama həyata keçirib. Alınan nəticələrə əsasən Kənd Təsərrüfatı Nazirliyinin rəsmi məlumatı ilə müqayisə edildikdə 2023-cü ildə suvarma suyu üzrə itki tələb olunan suya nisbətdə 1,7 dəfə çox, 2024-cü ildə 1,4 dəfə çox olub.
Audit obyektinin ərazisində açıq havada yararsız vəziyyətdə olan 87 adda 115 ədəd böyük çəkili və əlvan metal tərkibli texnika və avadanlıqların olduğu, həmin əsas vəsaitlərin artıq istismar müddətini başa vurduğu müəyyən edilib, həmin texnika və avadanlıqların audit dövründə utilizasiyasının həyata keçirilməsinə nail olunub və utilizasiyadan əldə olunan vəsait büdcəyə ödənilib.
Naxçıvan Muxtar Respublikasında içməli su şəbəkəsinə sayğac quraşdı

ABŞ prezidenti Donald Tramp altı ildən sonra Türkiyə prezidenti Rəcəb Tay

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartır

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayı

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan ABŞ-a səfər edib.

Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan hər bir şəxs pensiya ka

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

"Azərbaycan serial və filmlərində türkiyəlilər hər zaman yaxşı ob

Bakıda polisin qanuni tələbinə məhəl qoymayan şəxs həbs olunub.

İstanbulun Bahçelievler səmtində azərbaycanlı qətlə yetirilib.

Dırnaq gelləri bir çox xanımların istifadə etdiyi baxımdır. Hər birimiz
