“Sənət inciləri” adlı silsilə mühazirəkonsertlər başa çatıb FOTO


Kriminal 26 Sen 2025 15:44:00 83 0

“Sənət inciləri” adlı silsilə mühazirəkonsertlər başa çatıb  FOTO

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin "Sənət inciləri" layihəsi başa çatıb. 

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVII Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan layihə üzrə silsilə mühazirə-konsertlərin sonuncusu Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunub.

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının dəstəyi ilə keçirilən tədbirdə MEMİM-in direktor vəzifəsini icra edən, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Vüqar Hümbətov tədbir iştirakçılarını salamlayaraq layihə haqqında məlumat verib. Bildirib ki, layihə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu il 140 illiyi qeyd olunan dahi bəstəkar, müsəlman Şərqində ilk operanın yaradıcısı, musiqişünas, publisist, dramaturq və pedaqoq, akademik Üzeyir Hacıbəylinin zəngin irsini daha geniş auditoriyaya çatdırmaq məqsədi daşıyır. Qeyd olunub ki, Üzeyir bəy çoxcəhətli yaradıcılığı, yorulmaz pedaqoji fəaliyyəti və maarifçi görüşləri ilə xalqımızın mədəni və milli şüurunun inkişafında müstəsna rol oynayıb. Sonra tədbir MEMİM-in əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızının moderatorluğu ilə davam edib. Sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru, MEMİM-in şöbə müdiri Cəmilə Mirzəyevanın "Üzeyir Hacıbəyli yaradıcılığında Azərbaycan xalq musiqisinin tətbiqi" mövzusunda mühazirəsi dinlənilib. 

Daha sonra konsert proqramı təqdim olunub. Beynəlxalq Muğam Mərkəzinin C.Cahangirov adına Xor kollektivi (bədii rəhbər: Əməkdar müəllim Təranə Yusifova), Bakı Xoreoqrafiya Akademiyasının rəqs qrupu (bədii rəhbər: Xalq artisti Yusif Qasımov), Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri Üzeyir Hacıbəyli və Müslüm Maqomayevin (1885-1937) əsərləri əsasında hazırlanan rəngarəng proqramla tamaşaçıların könlünü oxşayıblar. Konsert təhsil ocağının professor-müəllim heyəti və tələbələri tərəfindən alqışlarla qarşılanıb.

Xatırladaq ki, "Sənət inciləri" layihəsi üzrə ilk mühazirə-konsert sentyabrın 19-da Azərbaycan Dillər Universitetində və ikincisi isə sentyabrın 22-də Bakı Dövlət Universitetində təşkil edilmişdi.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Son.az, Azernews.Az

 
Hesablama Palatası bu qurumda ciddi nöqsanlar aşkarladı like
  • 26 Sen 15:17  
Digərləri Hesablama Palatası bu qurumda ciddi nöqsanlar aşkarladı

Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində ciddi nöqsanlar aşkarlayı

arrow Ətraflı
Simonyanın əri öldü like
  • 26 Sen 15:13  
Digərləri Simonyanın əri öldü

Rejissor və televiziya aparıcısı Tigran Keosayan vəfat edib.

arrow Ətraflı
Paşinyan Moskvadan NyuYorka gedib like
  • 26 Sen 15:00  
Digərləri Paşinyan Moskvadan NyuYorka gedib

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyadan ABŞ-a səfər edib.

arrow Ətraflı
Pensiya yaşına çatmadan ölən şəxsin təqaüdünü bu şəxslər ala bilər  AÇIQLAMA like
  • 26 Sen 14:48  
Digərləri Pensiya yaşına çatmadan ölən şəxsin təqaüdünü bu şəxslər ala bilər AÇIQLAMA

Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olan hər bir şəxs pensiya ka

arrow Ətraflı
Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert baş tutub  FOTO like
  • 26 Sen 14:40  
Kriminal Üzeyir Hacıbəylinin 140 illiyinə həsr olunmuş konsert baş tutub FOTO

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və O

arrow Ətraflı
Bakıda ağacların nömrələnməsinə başlanılıb  FOTO like
  • 26 Sen 14:38  
Digərləri Bakıda ağacların nömrələnməsinə başlanılıb FOTO

Bakıda ağaclar nömrələnərək uçota alınır.

arrow Ətraflı
“Azərbaycan mahnısı ilə bağlı o səhnə qəsdən qurulmayıb” like
  • 26 Sen 14:28  
Şou-biznes “Azərbaycan mahnısı ilə bağlı o səhnə qəsdən qurulmayıb”

"Azərbaycan serial və filmlərində türkiyəlilər hər zaman yaxşı ob

arrow Ətraflı
Bakıda qardaşı arvadını barda tutan kişi cərimələndi like
  • 26 Sen 14:12  
Digərləri Bakıda qardaşı arvadını barda tutan kişi cərimələndi

Bakıda polisin qanuni tələbinə məhəl qoymayan şəxs həbs olunub.

arrow Ətraflı
Sumqayıta yeni avtobuslar verildi like
  • 26 Sen 14:10  
Digərləri Sumqayıta yeni avtobuslar verildi

Sumqayıtda nəqliyyat şəbəkəsi genişlənir.

arrow Ətraflı
Türkiyəli aktyora ağır like
  • 26 Sen 14:08  
Şou-biznes Türkiyəli aktyora ağır

Türk aktyor Aras Aydına ağır itki üz verib.

arrow Ətraflı
Türkiyədə ana və qızı azərbaycanlı gənci küçədə öldürdülər  FOTO like
  • 26 Sen 14:00  
Kriminal Türkiyədə ana və qızı azərbaycanlı gənci küçədə öldürdülər FOTO

İstanbulun Bahçelievler səmtində azərbaycanlı qətlə yetirilib.

arrow Ətraflı
Dırnaq gelləri sonsuzluğa səbəb ola bilər  Açıqlama like
  • 26 Sen 13:30  
Digərləri Dırnaq gelləri sonsuzluğa səbəb ola bilər Açıqlama

Dırnaq gelləri bir çox xanımların istifadə etdiyi baxımdır. Hər birimiz

arrow Ətraflı
ADA Universitetində 1ci AzərbaycanBritaniya Siyasi Dialoqunun ikinci günü keçirilib  FOTO like
  • 26 Sen 13:28  
Digərləri ADA Universitetində 1ci AzərbaycanBritaniya Siyasi Dialoqunun ikinci günü keçirilib FOTO

Sentyabrın 26-da ADA Universitetində İnkişaf və Diplomatiya İnstitutunun (

arrow Ətraflı
Valideynlərini itirmiş uşaqlarla bağlı qanunlarda dəyişiklik edilir like
  • 26 Sen 13:22  
Digərləri Valideynlərini itirmiş uşaqlarla bağlı qanunlarda dəyişiklik edilir

Qanunvericilikdəki "valideynlərini itirmiş uşaqlar" anlayışı &q

arrow Ətraflı
Ərdoğanın yanından ayırmadığı Fatimə kimdir? like
  • 26 Sen 13:13  
Digərləri Ərdoğanın yanından ayırmadığı Fatimə kimdir?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın beynəlxalq tədbirlərdə ingi

arrow Ətraflı