İlham Əliyev “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb


Siyasət 24 Sen 2025 11:04:00 78 0

İlham Əliyev “Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu” mövzusunda Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Azərbaycan Prezidenti İlham Əliyev "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda Beynəlxalq Statistika Forumunun iştirakçılarına müraciət ünvanlayıb.

Müraciətdə deyilir:

"Hörmətli Forum iştirakçıları!

Sizi Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində keçirilən "Statistikanın inkişaf perspektivləri: beynəlxalq layihələrin rolu" mövzusunda Beynəlxalq Statistika Forumunun öz işinə başlaması münasibətilə salamlayır, hər birinizə ən xoş arzularımı çatdırıram.

Məmnuniyyətlə vurğulamaq istəyirəm ki, bu mötəbər tədbir milli statistika sistemlərinin inkişafı, qlobal statistik təşəbbüslərə inteqrasiya və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, Forum çərçivəsində müxtəlif ölkələrin statistika qurumlarının, beynəlxalq təşkilatların, elmi dairələrin nümayəndələrinin bir araya gəlməsi statistika sahəsində qabaqcıl bilik və təcrübələrin bölüşülməsi, eləcə də birgə layihələrin təşviqi üçün əlverişli mühit yaradacaqdır.

Müasir dövrdə statistika cəmiyyətin tərəqqisini, dövlət siyasətinin effektivliyini və qlobal çağırışlara cavabvermə qabiliyyətini qiymətləndirmək üçün öz əhəmiyyətini daha da artıraraq mühüm vasitələrdən birinə çevrilmişdir. Etibarlı statistik məlumatlar dayanıqlı inkişafın təmin olunmasında, əsaslandırılmış qərarların qəbulunda və şəffaf idarəetmənin qurulmasında böyük rol oynayır. Bu səbəbdən, Beynəlxalq Statistika Forumu metodoloji yeniliklərin təqdim edilməsi və çoxtərəfli əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından universal bir platforma kimi çıxış edir.

Bu gün Azərbaycanda milli statistika sistemi ardıcıl şəkildə inkişaf etdirilir, rəsmi statistik məlumatların beynəlxalq standartlara uyğun, innovativ yanaşmalar əsasında istehsalı daim diqqət mərkəzində saxlanılır. Eyni zamanda, süni intellekt kimi müasir çağırışlar statistika sahəsində yeni metodologiyaların, alət və yanaşmaların işlənib hazırlanmasını, gələcək hədəflərin düzgün müəyyənləşdirilməsini zəruri edir. Bu hədəflərin reallaşdırılması üçün isə effektiv beynəlxalq əməkdaşlıq və onun imkanlarının düzgün dəyərləndirilməsi vacibdir. Biz rəsmi statistika sahəsində müasir texnologiyalara, süni intellektə və rəqəmsal transformasiyaya əsaslanan islahatlara xüsusi önəm veririk. Ölkəmiz bu istiqamətdə aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edərək qlobal inkişaf gündəliyinə töhfə verməyə səy göstərir.

Bildiyiniz kimi, BMT-nin Statistika Komissiyasının qərarı ilə bu il oktyabrın 20-də "Hər kəs üçün keyfiyyətli statistika ilə inkişafa təkan verək" şüarı altında Ümumdünya Statistika Günü qeyd ediləcəkdir. Əminəm ki, həmin əlamətdar gün ərəfəsində baş tutan Forum statistika cəmiyyətinin bir araya gələrək gələcəyə yönələn önəmli təşəbbüslər irəli sürəcəyi, qarşılıqlı bilik və təcrübə mübadiləsi aparacağı məhsuldar müzakirələrlə yadda qalacaqdır.

Hər birinizi qarşıdan gələn Ümumdünya Statistika Günü münasibətilə təbrik edir, Forumun işinə uğurlar arzulayıram".

Ərdoğan NyuYorkda tıxaca düşdü  VİDEO like
  • 24 Sen 11:00  
Dünya Ərdoğan NyuYorkda tıxaca düşdü VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda tıxaca düşüb.

arrow Ətraflı
Bakıda ölümlə nəticələnən dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ like
  • 24 Sen 10:56  
Digərləri Bakıda ölümlə nəticələnən dəhşətli qəzanın ANBAAN GÖRÜNTÜLƏRİ

Bakının Xətai rayonu, Babək prospektində baş verən dəhşətli yol-nəqli

arrow Ətraflı
Sumqayıtda hakimi təhqir edən şəxs cəzalandırılacaq like
  • 24 Sen 10:47  
Digərləri Sumqayıtda hakimi təhqir edən şəxs cəzalandırılacaq

Məhkəmə proseslərində iştirak edən şəxslərin davranışları qanunla c

arrow Ətraflı
Rusiyada məhkəmədən qaçıb Ermənistan konsulluğunda gizlənmişdi  Meyiti tapıldı like
  • 24 Sen 10:44  
Dünya Rusiyada məhkəmədən qaçıb Ermənistan konsulluğunda gizlənmişdi Meyiti tapıldı

Ermənistanın Sankt-Peterburqdakı baş konsulluğunda "Rosimuşestvo"

arrow Ətraflı
Bir günə 15 milyon dollar qazandı like
  • 24 Sen 10:36  
Şou-biznes Bir günə 15 milyon dollar qazandı

Məşhur amerikalı pop ulduzu Teylor Sviftin "The Life of a Showgirl"

arrow Ətraflı
Məşhur italiyalı aktrisa vəfat etdi  FOTO like
  • 24 Sen 10:25  
Şou-biznes Məşhur italiyalı aktrisa vəfat etdi FOTO

İtaliyanın məşhur kino ulduzu Klaudiya Kardinale vəfat edib.

arrow Ətraflı
Müəllimlər Günü ilə bağlı XƏBƏRDARLIQ like
  • 24 Sen 10:24  
Digərləri Müəllimlər Günü ilə bağlı XƏBƏRDARLIQ

Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyi 5 oktyabr - Beynəlxalq Mü�

arrow Ətraflı
Sentyabrın sonunda şans qapıları açılır  Həyatı dəyişəcək 3 bürc like
  • 24 Sen 10:20  
Digərləri Sentyabrın sonunda şans qapıları açılır Həyatı dəyişəcək 3 bürc

Sentyabrın son günləri bəzi bürclər üçün dönüş nöqtəsi olacaq. Onl

arrow Ətraflı
İki nazirin eyni gündə həbsi: Adnanla onları nə birləşdirirdi?  Sensasion like
  • 24 Sen 10:15  
Digərləri İki nazirin eyni gündə həbsi: Adnanla onları nə birləşdirirdi? Sensasion

Azərbaycanda vaxtaşırı səs-küylü həbslər həyata keçirilir. Zaman-zama

arrow Ətraflı
"Uşaqlarım anasız qalmasın deyə mücadilə edirəm" like
  • 24 Sen 10:10  
Şou-biznes "Uşaqlarım anasız qalmasın deyə mücadilə edirəm"

"Onlar üçün çox darıxıram. Bunu izah edə bilmirəm. Heç yoxluqları

arrow Ətraflı
"Tramp indi Putindən çox mənə inanır" like
  • 24 Sen 10:01  
Dünya "Tramp indi Putindən çox mənə inanır"

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı etibarsız məlumatlar verdiyi

arrow Ətraflı
3cü Beynəlxalq Statistika Forumu keçirilir like
  • 24 Sen 09:57  
Siyasət 3cü Beynəlxalq Statistika Forumu keçirilir

Bakıda Ümumdünya Statistika Günü ilə əlaqədar Azərbaycan Respublikasın

arrow Ətraflı
Xəzər dənizində zəlzələ oldu like
  • 24 Sen 09:52  
Digərləri Xəzər dənizində zəlzələ oldu

Siyəzən stansiyasından 134 km şimal-şərqdə Xəzər dənizində zəlzələ

arrow Ətraflı
Qüdrət İsmayılov vəfat etdi like
  • 24 Sen 09:50  
Digərləri Qüdrət İsmayılov vəfat etdi

Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi Qüdrət İsmayılov vəfa

arrow Ətraflı
Saat 11:00da işıqlar sönəcək  Bu ərazilərdə like
  • 24 Sen 09:42  
Digərləri Saat 11:00da işıqlar sönəcək Bu ərazilərdə

Bu gün Masallı rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.

arrow Ətraflı