Bir günə 15 milyon dollar qazandı
Şou-biznes 24 Sen 2025 10:36:00 69 0
Məşhur amerikalı pop ulduzu Teylor Sviftin "The Life of a Showgirl" adlı yeni albomunun çıxışı münasibətilə təşkil olunan kinonümayiş ilk 24 saat ərzində 15 milyon dollarlıq gəlir əldə edib.
Bu xəbəri də oxu: Özündən 11 yaş kiçik sevgilisi üzə çıxdı
Son.az xarici mətbuata istinadən xəbər verir ki, bu layihənin ABŞ-də ilin ən böyük kassalı mədəniyyət hadisələrindən birinə çevriləcəyi proqnozlaşdırılır.
İfaçının on ikinci studiya albomu 3 oktyabr 2025-ci ildə təqdim olunacaq. Albomun buraxılışı ilə bağlı, Svift 3-5 oktyabr tarixlərində "Taylor Swift: The Official Release Party of a Showgirl" adlı 89 dəqiqəlik xüsusi kinogecə keçirəcək. Tədbir zamanı albomun əsas sinqlı "The Fate of Ophelia" üçün hazırlanan klipin də premyerası reallaşacaq.
Ekspertlərin qiymətləndirməsinə görə, ABŞ-də ilk həftəsonu ərzində kinonümayişin ümumi gəliri 30-50 milyon dollar arasında dəyişə bilər.
Xatırladaq ki, Teylor Sviftin daha əvvəl təqdim etdiyi "Eras Tour" adlı konsert filmi 267,1 milyon dollar gəlirlə bütün dövrlərin ən çox gəlir gətirən konsert filmi olmuşdu.
Yeni layihənin nümayişi yalnız ABŞ-lə məhdudlaşmır. Film eyni zamanda Kanada, Meksika, Birləşmiş Krallıq, Fransa, Almaniya, İsveçrə, Avstriya, Skandinaviya ölkələri, Belçika, Niderland, Lüksemburq, Cənubi Afrika, Avstraliya və Yeni Zelandiyada da ekranlara çıxacaq. Biletlərin satışı isə 23 sentyabr tarixindən başlayacaq.
Musa Son.az
İtaliyanın məşhur kino ulduzu Klaudiya Kardinale vəfat edib.

Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyi 5 oktyabr - Beynəlxalq Mü�

Sentyabrın son günləri bəzi bürclər üçün dönüş nöqtəsi olacaq. Onl

Azərbaycanda vaxtaşırı səs-küylü həbslər həyata keçirilir. Zaman-zama

"Onlar üçün çox darıxıram. Bunu izah edə bilmirəm. Heç yoxluqları

ABŞ Prezidenti Donald Tramp Ukrayna ilə bağlı etibarsız məlumatlar verdiyi

Bakıda Ümumdünya Statistika Günü ilə əlaqədar Azərbaycan Respublikasın

Siyəzən stansiyasından 134 km şimal-şərqdə Xəzər dənizində zəlzələ

Azərbaycanın beynəlxalq dərəcəli şahmat hakimi Qüdrət İsmayılov vəfa

Bu gün Masallı rayonunda elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Gədəbəy rayonunda baş verən avtomobil qəzasında xəsarət alanların say�

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə

Birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesablarında sentya

Bu gün Bakının Sabunçu rayonunun bəzi ərazilərində təbii qazın verili�

Bəzi istehsalçılar çox bahalı avtomobillər istehsal edirlər. Bununla bel�
