Zəmanət verilməyən malı necə qaytarmaq olar?
Digərləri 26 Avq 2025 10:54:00 81 0
Hər hansı bir məhsulu alarkən diqqət yetirdiyimiz əsas məqam onun yararlılığı ilə bağlı zəmanətinin olub-olmamasıdır. Xüsusilə də mobil telefon və məişət əşyalarının alışı zamanı zəmanət amili daha çox aktuallaşır.
Bu xəbəri də oxu: "Gənclərin biznes emalatxanası" layihəsi uğurla davam edir FOTO
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, təcrübədə belə məhsulların satışında zəmanətin olmadığı hallar da az deyil. Hətta müştəri bu barədə əvvəlcədən məlumatlandırılır. Bir çox hallarda isə məhsula zəmanətin verilməsi qiyməti artıran amilə çevrilir. Yəni zəmanət verilən məhsulun qiyməti zəmanətsiz məhsula nisbətən daha yüksək olur.
Maraqlıdır, bəs qanunvericilik bu barədə nə deyir? Ümumiyyətlə, məhsula zəmanət verilməyə bilər?
"İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Qanuna görə, zəmanət müddəti malın pasportunda və ya yarlığında, yaxud mala əlavə olunan digər sənəddə göstərilir. Əgər alqı-satqı müqaviləsində ayrı müddət nəzərdə tutulmayıbsa, zəmanət müddətləri malın istehlakçıya verildiyi gündən hesablanır. Qanunvericiliyə görə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri bu şərtlə irəli sürə bilər ki, həmin qüsurlar müəyyənləşdirilmiş müddətdə aşkar edilsin.
Mülki Məcəlləyə görə isə əgər əşya üçün zəmanət müəyyənləşdirilməyibsə, alıcı əşyanın qüsurları ilə bağlı tələbləri həmin əşyanın verildiyi gündən 2 il ərzində və ya müqavilədə nəzərdə tutulmuş daha uzun müddətdə irəli sürə bilər. Daşınmalı və ya poçtla göndərilməli əşyanın qüsurlarının aşkar edilməsi müddəti isə əşyanın təyinat yerinə çatdırıldığı gündən hesablanır. Bu o deməkdir ki, zəmanətsiz məhsulun də zəmanət müddəti olur. Alıcı 2 il ərzində əşyanın qüsurları ilə bağlı tələblər irəli sürə bilər.
Zəmanət müəyyənləşdirilməyən məhsullar üçün 2 illik zəmanət bu müddətdən aşağı olan qarantı aktuallaşdırır. Maraqlıdır, zəmanət müəyyən olunduqda, müddət nə qədər olmalıdır?
Avqustun 25-dən etibarən ulduzlar bəzi bürclərin həyatına sevgi, harmoniy

"Öz coğrafi mövqeyinə görə böyük strateji əhəmiyyət kəsb edən

ABŞ Prezidenti Donald Tramp Müdafiə Departamentinin adını Müharibə Depart

Müğənnilər Sevil və Sevinc Səfərova bacıları arxiv görüntülərini ya

Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu Ankara-Ni

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ölkəsi ilə Azərbaycan

Bəzi bürclərin həyatında yaxın günlərdə maliyyə baxımından böyük d

Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Əmək və Əhalinin So

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.

Müğənni Afət Fərmanqızı yay tətilindən maraqlı görüntülərini izlə
